Depozit hesabı, bank kartı və elektron pulqabı: pulu hansında saxlamaq daha sərfəlidir?

Depozit hesabı, bank kartı və elektron pulqabı: pulu hansında saxlamaq daha sərfəlidir?Deyirlər ki, pulu xərcləmək qazanmaqdan daha çətindir, saxlamaq isə ən çətinidir. Siz də pul vəsaitlərinizi harada saxlamağa qərar verməmisinizsə, yeni yazımız suallarınıza cavab tapmaqda yardımçı ola bilər.

Elektron pulqabılar

Elektron pulqabılar və ya e-pulqabılar pul vəsaitlərinizi saxlaya və idarə edə biləcəyiniz rəqəmsal hesablardır. Bu ödəmə vasitələri onlayn əməliyyatlar, ödənişlər və hətta investisiyalar üçün rahat imkanlar təklif edir. Bəzi elektron pulqabılar bir sıra üstünlüklərlə yanaşı, keşbek və rahat funksiyalar özəlliyi ilə də seçilir. Məsələn, PashaPay-in m10 tətbiqi daxilində bütün ödənişlərdə, həmçinin müxtəlif aptek və marketlərdə QR ödənişləri etməklə 2% keşbek əldə edə bilərsiniz. Əgər gündəlik həyatda mobil telefondan bütün işlərdə istifadə edirsinizsə, elektron pulqabılar tam sizə uyğundur.

Depozit hesabı, bank kartı və elektron pulqabı: pulu hansında saxlamaq daha sərfəlidir?Depozit hesabları

Depozit və ya əmanət hesabları həm pul saxlamaq, həm də gəlir əldə etmək istəyənlər üçün ideal seçimdir. Belə ki, siz manat vəsaitlərinizi ölkənin müxtəlif banklarında depozit hesabına yatırmaqla illik 11% ətrafında gəlir əldə edə bilərsiniz. Bu, pullarınızı saxlamağın ən təhlükəsiz yollarından biri olsa da, diqqət etməli olduğunuz məqamlar var. Məsələn, seçim edərkən daha etibarlı banklara üstünlük verməyə çalışın və əmanətlərin sığortalanması barədə məlumat alın. Onu da qeyd edək ki, 2023-ci il, 1 fevral tarixindən etibarən faiz gəlirlərinə 10% vergi tətbiq olunur.

Depozit hesabı, bank kartı və elektron pulqabı: pulu hansında saxlamaq daha sərfəlidir?Bank kartları

Pullarınızı debet və ya kredit kartlarında saxlamaqla rahat ödəniş və nağdlaşdırma imkanı əldə edəcəksiniz. Bank kartları pul vəsaitlərini uzun müddət saxlamaq üçün nəzərdə tutulmasa da, onlar hər zaman əlinizin altında olur. Bəzi banklar (məsələn, Yelo Bank, ATB, Rabitabank) kartdakı qalıq məbləğə uyğun olaraq müəyyən faiz ödənişləri edir, digərləri isə (məsələn, Kapital Bank, ABB, Unibank) ödəniş və digər əməliyyatlara görə daxili bonuslar və keşbek təqdim edir.

Depozit hesabı, bank kartı və elektron pulqabı: pulu hansında saxlamaq daha sərfəlidir?Sonda seçim etmək sizə qalır. Qərar verərkən tələsməyin, maliyyə hədəflərinizi müəyyənləşdirin, riskləri götür-qoy edin və öz rahatlığınızı nəzərə alın.

https://www.shutterstock.com/image-photo/azerbaijan-manat-money-hand-2148838299
https://www.shutterstock.com/image-photo/bank-building-362054459
https://www.shutterstock.com/image-photo/rome-italy-feb-17-2017-illustrative-597146837
https://www.shutterstock.com/image-photo/paying-through-smartphone-using-nfc-technologycustomer-2034152801


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1036   Tarix: 14 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ombudsmanın maaşı artırıldı - Prezident təsdiqlədi

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanunu təsdiq edib. bu barədə -a istinadən xəbər verir. Azərbaycan Respublikas

6 oktyabr
.

10 illik vergi güzəşti bitir - Un və çörəyin qiyməti bahalaşacaq? - İQTİSADÇIDAN AÇIQLAMA

Buğda, un və çörəklə bağlı 10 illik ƏDV güzəştinin müddəti başa çatmaq üzrədir. 2027-ci il yanvarın 1-dən etibarən güzəşt uzadılmasa, bu məhsullar üzrə vergi yükünün dəyişməsi gündəmə gələ bilər. Bu isə xüsusilə gündəlik tələbat məhsulu olan çörəyin və unun qiymətinə mümkün təsirlə bağlı suallar yaradır

8 oktyabr
.

98 saylı bağçada azyaşlı ilə bağlı ŞOK İDDİA - araşdırma başladı - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda 98 saylı uşaq bağçasında baş verdiyi bildirilən hadisə ciddi suallar yaradıb. Bağçaya gedən azyaşlının qanında psixotrop maddənin aşkarlanması ilə bağlı iddia araşdırmaya səbəb olub. Məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılıb və bağçanın fəaliyyətində bir sıra nöqsanla

8 oktyabr
.

Bakının altı rayonunda su niyə hələ də verilməyib?

Oktyabrın 6-da Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlı Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının bəzi ərazilərinin su təminatında fasilə yaranacağı ilə bağlı məlumat verilib. Suyun verilişini

7 oktyabr
.

"Müəllimlərin maaşı mənim dövrümə nisbətən artıb" - Misir Mərdanov

"Elə bir ölkə yoxdur ki, onun təhsil sahəsində problemi olmasın. Mən işləyən dövrdə də olub, bu gün də var, gələcəkdə də olacaq. Ancaq fikrimcə, təhsildə ən ciddi problemlərdən biri müəllimlərin əməkhaqqı məsələsi idi". Qaynarinfo xəbər verir ki, bu barədə AZƏRTAC-a müsahibəsində keçmiş təhsi

6 oktyabr
.

Azər Aydəmirə yeni vəzifə verildi

Aktyor Azər Aydəmirə yeni vəzifə verilib. OLAY yazır ki, aktyor Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni tərkibdə formalaşan İdarə Heyətinin üzvü seçilib. Qeyd edək ki, Xalq artisti Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilməsi ilə bağlı protokollaşdırılan və təsdi

7 oktyabr
.

"Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz"

Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz. "Report"a istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Dünya və Ənənəvi Din Liderləri Qurultayı Katibliyinin XXIV iclasında çıxışı zamanı deyib. Onun sözlərin

7 oktyabr
.

Bakının böyük ərazisi və Abşeronun bir hissəsində su kəsiləcək

Bakının bəzi rayonlarında suyun verilişində fasilə yaranacaq. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. Magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlı Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının bəzi ərazilərini

6 oktyabr
.

Şəhidimizin adını daşıyan gəmiyə dron hücumunun anbaan görüntüləri - Video

Ukraynadan İtaliyaya taxıl daşıyan "Royad Məmmədov" yük gəmisinin PUA hücumuna məruz qalmasının anbaan görüntüləri yayılıb. həmin görüntüləri təqdim edir:. Xatırladaq ki, hücum nəticəsində gəminin kapitanı Rüstəm Həsənov həlak olub və aşpaz Məhəmməd Süleymanzadə isə itkin düşüb. Həmçinin on

7 oktyabr