"Neftçi TV"yə platforma yayımçısı lisenziyası verildi - SİYAHI

"Neftçi TV"yə platforma yayımçısı lisenziyası verildi - SİYAHIİyunun 14-də Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib və bir sıra məsələlər müzakirə olunub, eyni zamanda bir neçə şirkətə platforma yayımçısı lisenziyası verilib.

Bu barədə şuradan məlumat verilib.

Bildirilib ki, ilk olaraq yeni lisenziyaların alınması üçün şuraya təqdim olunan müraciətlər müzakirə olunub. Şuranın hüquq xidməti tərəfindən bu ilin aprel və may ayları ərzində lisenziya alınması məqsədi ilə daxil olan müraciətlər və sənəd topluları araşdırılmış və şura üzvlərinin müzakirəsinə təqdim olunub. Keçirilmiş müzakirələrdən sonra "Neftçi Media" MMC-yə (televiziya redaksiya adı "Neftçi TV"), "TVNET Telecom" MMC-yə (televiziya redaksiya adları "TVNET Kino" və "TVNET Sport") peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyalarının verilməsi barədə müvafiq qərarlar qəbul olunub. Həmçinin şuranın müvafiq qərarları ilə "AzəriGlobalServis" QSC-yə (xidmət adı "AGS TV") və "A2Z Technologies" QSC-yə (xidmət adı "AzNet") universal platforma operatoru lisenziyaları verilib.
Bundan sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində radio və televiziya yayımının təmin olunması və inkişaf etdirilməsi məsələsinə baxılıb. Həmin bölgədə FM yerüstü radio yayımının əhatə zonasının genişləndirilməsi məqsədilə, habelə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-dən və "İctimai Televiziya və Radio Yayımları Şirkəti"ndən şuraya daxil olan müraciətləri nəzərə alaraq Laçın rayonu ərazisində yerləşən radio-televiziya yayım stansiyasından (RTYS) "Azərbaycan Radiosu" üçün 105,0 MHs, "İctimai Radio" üçün 90,0 MHs, Kəlbəcər rayonu ərazisində yerləşən "Kəlbəcər" RTYS-dən "İctimai Radio" üçün 90,0 MHs radiotezliklərinin ayrılması barədə qərar qəbul olunub. Həmçinin Laçın rayonu ərazisində yerləşən RTYS-dən ümumölkə televiziya kanallarının açıq yerüstü rəqəmsal yayımını həyata keçirmək üçün 27-ci TV yayım kanalı ayrılıb.

Daha sonra iclasda Bakı şəhəri ərazisində televiziya yayımı üçün radiotezliklərin səmərəli istifadəsi məsələsinə baxılıb, Dövlət Radiotezliklər İdarəsindən şuraya daxil olan məlumatlar əsasında "Bakı Teleqüllə Kompleksi"ndən 33-cü və 36-cı TV yayım kanallarının boş və istifadəyə yararlı olması məsələsi müzakirə olunub. Şura "Media haqqında" Azərbaycan Respublikası Qanununun 34.1-ci, 50.5-ci, 51.1-ci maddələrini rəhbər tutaraq həmin TV yayım kanallarının ödənişli rəqəmsal yerüstü televiziya retranslyasiya xidməti həyata keçirən multipleks operatorlarının istifadəsinə verilməsi üçün müsabiqə elan etmək barədə qərar qəbul edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 828   Tarix: 14 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Maye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA

Əllərin gündəlik gigiyenasında sabundan istifadə vacibdir. Amma seçim qarşısında qaldıqda bir sual ortaya çıxır: mayə əl sabunu daha yaxşıdır, yoxsa bərk sabun? Hansı variant əlləri daha effektiv təmizləyir və gigiyena baxımından daha təhlükəsiz hesab olunur?. Bu iki sabun növü arasında həqiqətən fər

7 oktyabr
.

Azərbaycanda istilik mövsümü vaxtından əvvəl başlayacaq?

Hər il Azərbaycanda istilik mövsümü noyabrın 15-dən etibarən başlayır. Bu isə sakinlərin bir qisminin narazılığına səbəb olur. Sakinlər istilik mövsümünün noyabrın 1-dən başlamasını istəyirlər. Maraqlıdır, bəs görəsən, istilik mövsümü təyin olunan vaxtdan əvvəl başlaya bilərmi?. Məsələ ilə bağlı -a açıqlamasınd

7 oktyabr
.

Qızlar "kişi peşələri"nə üz tutur: Əmək bazarında nələr dəyişəcək?

Son dövrlərdə peşə təhsilinə maraq göstərən qızların sayında artım müşahidə olunur. Əmək bazarında praktiki bacarıqlara və müxtəlif peşələr üzrə ixtisaslı kadrlara tələbatın yüksəlməsi, eləcə də peşə təhsilinin məşğulluq imkanları yaratması bu marağın artmasına təsir edən amillər sırasında göstəril

6 oktyabr
.

Dövlət sifarişli yerlər niyə boş qalır? - Tələbələr niyə ödənişli təhsili seçir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Universitetlərdə dövlət hesabına təhsil almaq imkanı olduğu halda bəzi dövlət sifarişli yerlərin boş qalması diqqət çəkir. 2026/2027-ci tədris ili üzrə qəbuldan sonra istifadə olunmayan dövlət sifarişli yerlər əlavə müsabiqəyə çıxarılıb və nəticədə 1 870 tələbə ödənişli əsaslarla qəbuldan dövlət sifariş

8 oktyabr
.

Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR

Milyonlarla dövlət vəsaitini mənimsəməkdə ittiham olunan Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sabiq sədri Hicran Rüstəmov ona təyin edilmiş 4 il 6 aylıq şərti həbs cəzasının azaldılması üçün Naxçıvan Ali Məhkəməsinə müraciət edib. -ın əldə etdiyi məlumata görə, o, vurulmu

8 oktyabr
.

Şagird və müəllimlər üçün ŞAD XƏBƏR - Bakı, Quba, Siyəzəndə...

Respublika üzrə bir sıra təhsil müəssisələrində təmir və kommunal-kommunikasiya işlərinin aparılması nəzərdə tutulur. -in məlumatına görə, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən bununla bağlı satınalma prosesi həyata keçirilir. İşlər üçün ehtimal oluna

7 oktyabr
.

Bakıda yeni dəmir yolu tıxacları azaldacaq? - Ekspertdən AÇIQLAMA

Bakıda yeni dəmir yolu xəttinin tikintisi şəhərdaxili sərnişindaşıma imkanlarının genişləndirilməsi və nəqliyyat yükünün daha səmərəli bölüşdürülməsi baxımından əhəmiyyətli ola bilər. Sərnişinlərin şəxsi avtomobillərdən dəmir yoluna keçidinin artması şəhərin əsas yollarında nəqliyyat sıxlığının azalmasın

6 oktyabr
.

Heyvanlara qarşı zorakılıq artır: Cəzaların sərtləşdirilməsi gündəmdə - VƏKİLDƏN AÇIQLAMA

Bakıda hamilə itin çoxmərtəbəli binanın pəncərəsindən aşağı atılaraq öldürülməsi cəmiyyətdə heyvanlara qarşı zorakılıq məsələsini yenidən gündəmə gətirib. Hadisə ilə bağlı şəxsin saxlanılması və inzibati qaydada cəzalandırılması məsuliyyət məsələsini önə çıxarsa da, əsas sual olaraq qalır: heyvanlar

7 oktyabr
.

Bakının böyük ərazisi və Abşeronun bir hissəsində su kəsiləcək

Bakının bəzi rayonlarında suyun verilişində fasilə yaranacaq. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. Magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlı Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının bəzi ərazilərini

6 oktyabr