"Naxçıvan iqtisadiyyatı üçün 11 prioritet sahə müəyyən edilib" -AÇIQLAMA
"2023-2027-ci illəri əhatə edən yeni sosial iqtisadi inkişaf planında Naxçıvan iqtisadiyyatı üçün 11 prioritet sahə müəyyən edilib. Bu prioritetlər üzrə hədəflərə nail olmaq üçün nəzərdə tutulan tədbirlər planına 81 tədbir daxil edilib.
Amma bu tədbirlər və tədbirlərin nəticəsində əldə edilən göstəricilər (nəticə indikatorları) illər üzrə öz əksini tapmayıb, ilkin, aralıq və yekun indekatorlar olaraq qeyd edilib".
Mövzu ilə bağlı Sonxeber.az xəbər verir ki iqtisadçı Eldəniz Əmirov açıqlama verib.
O bildirib ki, Azərbaycanın 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının Tədbirlər Planında isə bu detallar daha dəqiq göstərilmişdir.
"Amma Naxçıvanla bağlı planda fərqli yanaşmanın olması əslində başa düşüləndir. Çünki, bu Planın həyata keçirilməsi üçün kənar amillərin rolu hədsiz böyük olacaqdır. Bura Ermənistanla münasibətlərin perspektivi, İranla münasibətlər, Zəngəzur dəhlizinin salınması müddəti və şərtləri, ümumiyyətlə gözlənilən sülh sazişinin şərtləri və bu şərtlərə əməl edilmə parametrləri, Türkiyənin Naxçıvan üzərindən Orta Asiyaya çıxışı və s. kimi bir çox xarici amillərin rolu olacaqdır.
Əslində hər bir proqram hazırlanmazdan əvvəl bu təhlil aparılır, sadəcə proqram daxilinə salınmırdı. Yeri gəlmişkən təhlilinin "G" hissəsində güclü tərəf kimi əsasən təbii amillər göstərilib, bu həqiqətən də belədir. Oranın güclü tərəfi məhz təbii faktorlarla bağlıdır. Amma göstərilən təhlükələr arasında ən böyük təhlükə qeyd edilməyib. Naxçıvanın sərhədlərinin uzunluğu 465 km-dir ki, onun 450 km-i Naxçıvana xor baxanlarla əhatələnib. Aydın məsələdir ki, bunun siyasi factor olması səbəbindən Proqramda əksini tapması mümkün deyildir. Amma reallıqda bunu bilməliyik ki, Naxçıvanın inkişafına mane olan təhlükələr arasında bu "450 km" amil öndə gəlir. Bu Azad İqtisadi Zonanın (AİZ) yaradılmasıdır. Əgər bu AİZ yaradılandan sonra idarəçiliyini dövlət əlində saxlamayıb, dünyada böyük nüfuza malik beynəlxalq subyektlərdən birinə verərsə, beynəlxalq təcrübəyə uyğun məhkəmə-hüquq sistemi qurularsa bu zaman bura xarici investorların üztutması və AİZ uğur qazanması daha real olar. AİZ uğurlu fəaliyyəti isə bu Dövlət Proqramının icrasına ciddi töhfə verə bilər".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Britaniya şirkəti Azərbaycanda mis istehsalını 7 dəfədən çox artırıb
Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator olan Böyük Britaniyanın "Anglo Asian Mining PLC" şirkəti (AAM) bu ilin birinci yarısında 12,329 unsiya qızıl hasil edib. şirkətin məlumatına istinadən xəbər verir ki, bu, 2025-cü ilin ilk yarəsə ilə müqayisədə 1,8 % çoxdur. "Angl
21 sentyabrAzərbaycan Dominikandan siqar idxalını 10 dəfə artırıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 745 min ABŞ dolları dəyərində 2,02 milyon ədəd siqar (tərkibində tütün olan, ucları kəsilmiş və nazik) idxal edib. -n Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind
24 sentyabrAzərbaycanda pul bazası 15 %-dən çox artıb
Bu il oktyabrın 1-nə Azərbaycanda pul bazası 24 milyard 817,9 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 2,4 % çoxdur. Ölkədə pul bazası ilin əvvəlinə nisbətən 10,4 %, son 1 ildə isə 15,2 % artıb
2 oktyabrMal ətinin qiyməti niyə BAHALAŞIR? - AÇIQLAMA
Son dövrlər mal ətinin qiymətində artım müşahidə olunur və bu, istehlakçıların gündəlik xərclərinə təsir edən əsas məsələlərdən birinə çevrilib. Ət bazarında qiymətlərin yüksəlməsi heyvandarlıq təsərrüfatlarının xərcləri, yem və digər istehsal məsrəfləri, həmçinin bazarda tələb və təklif arasındakı nisbətl
25 sentyabrBrent markalı neftin qiyməti artaraq 101,74 dollar/barelə çatıb
Bazar iştirakçıları Yaxın Şərqdəki vəziyyəti və onun həlli perspektivlərini qiymətləndirərkən, neft qiymətləri çərşənbə axşamı səhər dörd günlük enişdən sonra yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışl
22 sentyabrNaxçıvanda qadın sahibkarlar 1,4 milyon manatdan artıq güzəştli kredit alıb
İndiyə qədər Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu qadın sahibkarların layihələrinin maliyyələşdirilməsə 1,4 milyon manatdan çox güzəştli kredit ayırıb. "Report"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvanın iqtisadiyyat naziri Kazım Hüseynəliye
18 sentyabrBrent markalı neftin qiyməti artaraq 107,32 dollar/barelə çatıb
Neft qiymətləri, Yaxın Şərq münaqişəsinin tez bir zamanda sona çatacağına dair şübhələrdən irəli gələn əvvəlki günkü artımdan sonra çərşənbə axşamı səhəri yüksəlir. xəbər verir ki, Londondakı ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti 2,04 dollar və ya 1,94 fai
29 sentyabr