"Azərbaycanda internet qiyməti dünya ölkələrindən baha olsa da, sürət bərbad haldadır" - Səbuhi Abbasov
İstiqamət: İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi
"Azərbaycanda rabitə və İT sahəsində ciddi islahatlar aparılmalıdır. Bu isə ilk növbədə Nazirlikdən başlamalıdır və bu sahədə peşəkar olan insanlar birbaşa icraedici vəzifəyə gətirilməlidir. Orada fəaliyyət göstərən insanların əksəriyyəti peşəkar deyil, ümumiyyətlə bu sahənin adamları deyil, sadəcə tanış-biliş, qohumlar ora yığılıblar və ciddi şəkildə nöqsan yaradırlar".
Bu sözləri internet-media eksperti Səbuhi Abbasov Sonxeber.az-a deyib.
O bildirib ki, Azərbaycanda qiymət dünya ölkələrindən bir neçə dəfə çox olsa da, sürət bərbad haldadır. Xüsusilə də regionlarda şikayətlər eşidirik. Regionlarda onlayn təhsili formalaşdırmaq qəti şəkildə mümkün deyil:
"Azərbaycanda son 10 ildə prezident İlham Əliyevin tapşırığı ilə informasiya texnologiyaları sahəsində xüsusi proqramlar hazırlanıb və o proqrama uyğun işlər həyata keçirilib. Türkiyə ilə olan münasibətləri xüsusilə vurğulamaq istəyirəm. Türkiyə ilə son 5 ildə bağlanan müqavilələr, xüsusilə Türkiyədə başlanan Teknofestin Bakıda keçirilməsi bu sahənin inkişafına mühüm töfhələr verməkdədir. Ancaq ümumilikdə mənzərə o qədər də ürəkaçan deyil.Azərbaycanda İT inkişafı olduqca ləng gedir. Həll olunması mümkün olan xırda problemlər var ki, həll olunmur. Birincisi, söhbət İT təhlükəsizliyindən gedir. Azərbaycanda sosial media ilə bağlı addımlar atılsa da, təəssüf ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu missiyanı həyata keçirə bilmir. Xüsusilə sosial şəbəkələrdə ölkənin İT təhlükəsizliyində yaratdığı təhdidlər ilə bağlı boşluq var. İkinci məsələ internetin təminatıdı. Azərbaycanda qiymət dünya ölkələrindən bir neçə dəfə çox olsa da, sürət bərbad haldadır. Xüsusilə də regionlarda şikayətlər eşidirik. Regionlarda onlayn təhsili formalaşdırmaq qəti şəkildə mümkün deyil. Dövlət proqramı var, amma təəssüf ki, müəyyən nəzarətsizlik mühiti bu sahənin inkişafını əngəlləyir. Azərbaycanda rabitə və İT sahəsində ciddi islahatlar aparılmalıdır. Bu isə ilk növbədə Nazirlikdən başlamalıdır və bu sahədə peşəkar olan insanlar birbaşa icraedici vəzifəyə gətirilməlidir. Artıq dünya İT üzərində formalaşmağa başlayır. Hər şey onlayn sistemə keçir, onlayn platformalara daşınır. Belə bir məqamda müəyyən qurumlarda nöqsanları görüb və onların həll edilməsi ilə bağlı zaman xərcləmək olar. Amma sırf Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə bağlı nöqsan yarandığı halda dərhal cəzalandırma mexanizminə keçilməli və yüksək səviyyədə tədbir görülməlidir. Çünki orda keçirilən hər gün, həftə, ay hətta hər saat ölkənin dünyada baş verən proseslərdən də bir o qədər geri qalması ilə nəticələncək. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və kabel qurumlarında ciddi islahatlar başlamalıdır. Peşəkar insanlar ora gətirilməlidir. Orada fəaliyyət göstərən insanların əksəriyyəti peşəkar deyil, ümumiyyətlə bu sahənin adamları deyil, sadəcə tanış-biliş, qohumlar ora yığılıblar və ciddi şəkildə nöqsan yaradırlar. Üçüncü bir məsələ isə müxtəlif media qurumlarının, özəl sahibkarlıq qurumlarının onlayn platformalara daşınması ilə bağlıdır. Burda da ciddi problemlər var.Digər məsələ təhlükəsizlik ilə bağlıdır. Hər gün insanlar müxtəlif formada kiberterror qurbanı olurlar. Bütün bunlar hamısı müşahidə etdiyimiz hadisələrdir və heç bir tədbir görülmür . Mən elə hesab edirəm ki, Rəqəmsal inkişaf və nəqliyyat naziri başda olmaqla bütün komandası istefa verməlidir".
Material Azərbaycan Respublikasının
Medianın İnkişafı Agentliyinin maliyyə
dəstəyi ilə hazırlanmışdır.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyalar bu tarixdə ödəniləcək
Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
Avtobuslar qarajda, sərnişinlər dayanacaqda: Sürücülər niyə işləmək istəmir? - İQTİSADÇIDAN AÇIQLAMA
Şəhidimizin adını daşıyan gəmiyə dron hücumunun anbaan görüntüləri - Video
Bakının altı rayonunda su niyə hələ də verilməyib?
Ölkədə qızıl ucuzlaşdı, yoxsa bahalaşdı?
Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb
Fatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib
Türkiyə müharibənin astanasında? Qara dənizdə hücumlar, Səudiyyədə hərbi hazırlıq
Mehriban Rəhimliyə hökm oxundu