Məcburi köçkünlərə verilən "çörəkpulu" dayandırılacaq? - RƏSMİ AÇIQLAMA

Məcburi köçkünlərə verilən "çörəkpulu" dayandırılacaq? - RƏSMİ AÇIQLAMAQaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi VÖEN-i olan məcburi köçkünlərə verilən "çörəkpulu"nın dayandırılacağı barədə məlumata münasibət bildirib.

Dövlət Komitəsindən BAKU.WS-ə bildirib ki, bəzi media subyektləri "VÖEN-i olan və sahibkar kimi fəaliyyət göstərən məcburi köçkünlərə dövlət tərəfindən verilən "çörəkpulu" avqust ayından etibarən dayandırılacağı" barədə məlumat yayıblar.

Bununla əlaqədar olaraq bildiririk ki, məcburi köçkünlərin sosial müdafiəsi və yaşayış şəraitinin yaxşılaşdırılması dövlət siyasətinin prioritet istiqamətidir, onlara dövlət büdcəsindən ayrılan vəsait hesabına vahid aylıq müavinət ödənilir. Müavinət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş Qayda əsasında təyin edilir və hər ay ödəniş aparılır.

Qaydanın 2.13. bəndinə əsasən, məcburi köçkün statusu olan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan məcburi köçkünlərə vahid aylıq müavinət şamil edilmir.

Vahid aylıq müavinət dövlətin sosial müdafiə aləti kimi həqiqətən ağır şəraitdə yaşayan, gəlirgətirən fəaliyyətdən müxtəlif səbəblərə görə kənarda qalan, sosial müdafiəyə xüsusi ehtiyacı olan məcburi köçkünlərə verilir.
Mövcud qanunvericiliyə görə, sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürmək olan fəaliyyətdir. Bu fəaliyyətlə məşğul olanlar dövlət vergi orqanında qeydiyyata alınır və onlara Vergi Ödəyicilərinin Eyniləşdirmə Nömrəsi (VÖEN) verilir.

Vergi orqanında qeydiyyata düşərək qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məcburi köçkünə öz yaşayış səviyyəsini yaxşılaşdırmaq imkanı qazandırır, dövlət belə şəxslərin sahibkarlıq imkanlarının genişləndirilməsinə dəstək verir və onlar sosial müdafiəyə xüsusi ehtiyacı olmayan vətəndaşlar sayılırlar.

Məlumatda qeyd edilib ki, VÖEN-i olan məcburi köçkün vətəndaşlara yalnız onların aktiv sahibkarlıq fəaliyyəti dövründə vahid aylıq müavinətin verilməsi dayandırılır. İqtisadi rəqabət mühitində sahibkarlıq fəaliyyəti bəzən davamlı və dayanıqlı olmaya bilər. Belə halda vergi orqanına müraciət etməklə VÖEN-i bağlamaq mümkündür. Bununla da sahibkarlıq fəaliyyəti başa çatmış sayılır və məcburi köçkün vətəndaşın vahid aylıq müavinət almasına yenidən imkan yaranır. Bir daha xatırladırıq ki, vahid aylıq müavinətin şamil edildiyi məcburi köçkünlərin siyahısında hər ay dürüstləşdirmə aparılır. Mövcud Qaydanın tələblərinə uyğun gəlməyən hallarda müavinət verilməsi dayandırılır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1388   Tarix: 15 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Maye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA

Əllərin gündəlik gigiyenasında sabundan istifadə vacibdir. Amma seçim qarşısında qaldıqda bir sual ortaya çıxır: mayə əl sabunu daha yaxşıdır, yoxsa bərk sabun? Hansı variant əlləri daha effektiv təmizləyir və gigiyena baxımından daha təhlükəsiz hesab olunur?. Bu iki sabun növü arasında həqiqətən fər

7 oktyabr
.

Azərbaycanda istilik mövsümü vaxtından əvvəl başlayacaq?

Hər il Azərbaycanda istilik mövsümü noyabrın 15-dən etibarən başlayır. Bu isə sakinlərin bir qisminin narazılığına səbəb olur. Sakinlər istilik mövsümünün noyabrın 1-dən başlamasını istəyirlər. Maraqlıdır, bəs görəsən, istilik mövsümü təyin olunan vaxtdan əvvəl başlaya bilərmi?. Məsələ ilə bağlı -a açıqlamasınd

7 oktyabr
.

Qızlar "kişi peşələri"nə üz tutur: Əmək bazarında nələr dəyişəcək?

Son dövrlərdə peşə təhsilinə maraq göstərən qızların sayında artım müşahidə olunur. Əmək bazarında praktiki bacarıqlara və müxtəlif peşələr üzrə ixtisaslı kadrlara tələbatın yüksəlməsi, eləcə də peşə təhsilinin məşğulluq imkanları yaratması bu marağın artmasına təsir edən amillər sırasında göstəril

6 oktyabr
.

Dövlət sifarişli yerlər niyə boş qalır? - Tələbələr niyə ödənişli təhsili seçir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Universitetlərdə dövlət hesabına təhsil almaq imkanı olduğu halda bəzi dövlət sifarişli yerlərin boş qalması diqqət çəkir. 2026/2027-ci tədris ili üzrə qəbuldan sonra istifadə olunmayan dövlət sifarişli yerlər əlavə müsabiqəyə çıxarılıb və nəticədə 1 870 tələbə ödənişli əsaslarla qəbuldan dövlət sifariş

8 oktyabr
.

Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR

Milyonlarla dövlət vəsaitini mənimsəməkdə ittiham olunan Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sabiq sədri Hicran Rüstəmov ona təyin edilmiş 4 il 6 aylıq şərti həbs cəzasının azaldılması üçün Naxçıvan Ali Məhkəməsinə müraciət edib. -ın əldə etdiyi məlumata görə, o, vurulmu

8 oktyabr
.

Şagird və müəllimlər üçün ŞAD XƏBƏR - Bakı, Quba, Siyəzəndə...

Respublika üzrə bir sıra təhsil müəssisələrində təmir və kommunal-kommunikasiya işlərinin aparılması nəzərdə tutulur. -in məlumatına görə, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən bununla bağlı satınalma prosesi həyata keçirilir. İşlər üçün ehtimal oluna

7 oktyabr
.

Bakıda yeni dəmir yolu tıxacları azaldacaq? - Ekspertdən AÇIQLAMA

Bakıda yeni dəmir yolu xəttinin tikintisi şəhərdaxili sərnişindaşıma imkanlarının genişləndirilməsi və nəqliyyat yükünün daha səmərəli bölüşdürülməsi baxımından əhəmiyyətli ola bilər. Sərnişinlərin şəxsi avtomobillərdən dəmir yoluna keçidinin artması şəhərin əsas yollarında nəqliyyat sıxlığının azalmasın

6 oktyabr
.

Heyvanlara qarşı zorakılıq artır: Cəzaların sərtləşdirilməsi gündəmdə - VƏKİLDƏN AÇIQLAMA

Bakıda hamilə itin çoxmərtəbəli binanın pəncərəsindən aşağı atılaraq öldürülməsi cəmiyyətdə heyvanlara qarşı zorakılıq məsələsini yenidən gündəmə gətirib. Hadisə ilə bağlı şəxsin saxlanılması və inzibati qaydada cəzalandırılması məsuliyyət məsələsini önə çıxarsa da, əsas sual olaraq qalır: heyvanlar

7 oktyabr
.

Bakının böyük ərazisi və Abşeronun bir hissəsində su kəsiləcək

Bakının bəzi rayonlarında suyun verilişində fasilə yaranacaq. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. Magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlı Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının bəzi ərazilərini

6 oktyabr