Fotosu ilə gündəm olan məzun danışdı: "Uşaqlıqda həkim olmaq istəyirdim..." - VİDEO

Fotosu ilə gündəm olan məzun danışdı: "Uşaqlıqda həkim olmaq istəyirdim..." - VİDEOSosial şəbəkədə daha bir foto geniş müzakirə mövzusuna çevrilib.

Söhbət boynunda məzun lenti, iş mopedi ilə gündəm olan fotonun qəhrəmanı Vüsaldan gedir. Həmin gün də Vüsal aidiyyəti üzrə erkən saatlardan iş başında idi, biləndə ki məktəblərində son zəng çalınır son dəfə 9-cu sinifədək oxuduğu məktəblə, sinif yoldaşları ilə görüşüb sağollaşmaq istəyib.

Vüsal "Xəzər Xəbər"ə deyib ki, heç ağlına da gəlməzdi ki, fotosu paylaşılar və bir gündə bütün sosial şəbəkələrdə gündəmə çevrilər. Həmin fotoya yazılan bəzi şərhlər onu bir az təsirləndirib də.

Vüsal istəsə də, istəməsə də çalışmağa məcbur olduğunu deyir. Qəhrəmanımızın 4 bacısı və 1 qardaşı var. 2-si ailəlidir. O, hazırda 2 bacısı, qardaşı və anası ilə yaşayır. Qardaşı da onun kimi kuryer işləyir.

Atası o, hələ 6 yaşında ikən onları tərk edib və o gündən bu yana bir dəfə də olsun axtarmayıb. Deyir ki, xəyal qurmaq ağlının ucundan belə keçmir, çünki buna nə vaxtı var, nə də həvəsi. Tək düşündüyü pul qazanıb evə çörək aparmaqdır. İndi həyat ona xəyal qurmağa imkan verməsə də o, əslində həkim olmaq istəyirmiş.
Bizimlə həmsöhbət olduqdan dərhal sonra Vüsal yenə telefonunu açıb sifariş aparmaq üçün yola düşdü.

Ümid edirik və inanırıq ki, bu gün öz ayaqları üzərində durmağa çalışan, ailəsi üçün xəyal qurmaqdan vaz keçən bu oğlan bir gün xəyallarında o həyatı yaşaya biləcək.

BAKU.WS


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1568   Tarix: 16 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Beauty Derm" Estetik Mərkəzində pasiyentlərə Esmira İbrahimli tərəfindən edilən qüsurlu əməliyyatlar nə zaman dayandırılacaq? -Video

Qulağının yarısı kəsilib, üzü iflic olub, kəllə beyin travması alıb, 5 aydır şiddətli ağrılardan əziyyət çəkir. XALQ-ın xəbərinə görə, uğursuz estetik əməliyyatın qurbanı olduğunu iddia edən Gülnarə Həmidova deyir ki, tik-tok sosial sosial platformasında qarşısına çıxan "Beauty Derm" Esteti

25 fevral
.

Elgiz Əkbər və Tarix Əliyevin verilişləri niyə bağlanıb? - ELGİZ ƏKBƏRDƏN AÇIQLAMA

Dünən mediada yayılan xəbərlərə görə, televiziya proqramları ilə tanınan Elgiz Əkbər və Tarix Əliyev-in verilişlərinin bağlanması ilə bağlı məlumatlar ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub. Hər iki aparıcının populyar proqramlarının birdən-birə dayandırılması televiziya izləyiciləri tərəfində

25 fevral
.

Gənclər arasında kitaba maraq niyə azalıb? - AÇIQLAMA

Son illərdə gənclər arasında mütaliəyə marağın azalması tez-tez müzakirə olunur. Bu məsələni yalnız "gənclər dəyişib" kimi sadə izahla başa salmaq düzgün olmaz. İnsan beyni həmişə daha sürətli, daha asan və daha çox stimullaşdırıcı məlumatı seçməyə meyllidir. Müasir rəqəmsal mühit isə məh

26 fevral
.

"Xocalı soyqırımı insanlığa qarşı yönəlmiş ən ağır cinayətdir" - DEPUTAT

1992-ci il fevralın 26-da Xocalı şəhərində Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı XX əsrin ən ağır və qanlı cinayətlərindən biri kimi tarixə həkk olunmuşdur. Erməni silahlı birləşmələrinin və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə həyata keçirilən soyqırım nəticəsində 61

26 fevral
.

Ramazanın 8-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 8-ci günüdür. xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda imsak saat 05:55-də, iftar isə saat 18:42-dədir. Ramazan ayının 8-ci gününün duası:. "Allahummərzuqni fihi rəhmətəl-əytami və it-amət-təami. Və ifşa əs-səlami və söhbətəl-kiram

25 fevral
.

Ramiz Əzizbəylinin həyat yoldaşı vəfat edib

Mərhum Xalq artisti Ramiz Əzizbəylinin həyat yoldaşı Zümrüd Əzizbəyli vəfat edib. xəbər verir ki, Zümrüd Əzizbəyli bir ay komada qaldıqdan sonra dünyasını dəyişib. Bu barədə saytımıza açıqlamasında Ramiz Əzizbəylinin qardaşı gəlini Nərmin Əzizbəyli bildirib. O qeyd edib ki, Zümrüd Əzizbəyli uzun sürə

26 fevral
.

Sumqayıtda 8 aylıq hamilə xəstəxanada ölüb

Sumqayıt Tibb Mərkəzi hamilə qadının ölümü ilə hadisəyə münasibət bildirib. -a istinadən xəbər verir ki, fevralın 26-da gecə saat 2 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1996-cı il təvəllüdlü şəxs (qadın) hospitalizasiya olunub. Pasiyentə naməlum mənşəli komatoz vəziyyət

26 fevral
.

"Regional Hospital"ın 824 min manatdan çox vergi borcu üzə çıxdı

"Regional Hospital" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) külli miqdarda vergi borcu üzə çıxıb. "Unikal"a istinadən xəbər verir ki, "Regional Hospital"ın hazırda dövlətə 824 min 946 manat vergi borcu mövcuddur. Qeyd edək ki, nizamnamə kapitalı cəmi 4 AZN olan MMC-nin direktor

25 fevral
.

Vətəndaş işğaldan azad olunmuş ərazilərdə öz evini özü tikməlidir? - AÇIQLAMA

Məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərdəki evlərini özlərinin tikməsi ilə bağlı təklif irəli sürülüb. Bu barədə deputat Razi Nurullayev Milli Məclisin plenar iclasında danışıb. "Məncə, dövlətin əsas rolu ev tikmək yox, şərait yaratmaq olmalıdır. Dövlət yol çəksin, su, işıq, qaz, internet

25 fevral