Vətəndaş işğaldan azad olunmuş ərazilərdə öz evini özü tikməlidir? - AÇIQLAMA

Vətəndaş işğaldan azad olunmuş ərazilərdə öz evini özü tikməlidir? - AÇIQLAMAMəcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərdəki evlərini özlərinin tikməsi ilə bağlı təklif irəli sürülüb.

Bu barədə deputat Razi Nurullayev Milli Məclisin plenar iclasında danışıb.

"Məncə, dövlətin əsas rolu ev tikmək yox, şərait yaratmaq olmalıdır. Dövlət yol çəksin, su, işıq, qaz, internet, məktəb, xəstəxana yaratsın. Amma evlərin tikintisi mərhələli şəkildə, dövlətin nəzarəti və güzəştli mexanizmləri ilə vətəndaşın özünə verilsin. Köçkün öz evini özü tikəndə o torpağa daha çox bağlanır. Tikə-tikə ora öyrəşir, ətrafı tanıyır, dolanışıq yolu axtarır, qonşuluq münasibətləri formalaşır. Bu, psixoloji və sosial baxımdan da daha sağlam modeldir. Üstəlik, bu yanaşma dövlət büdcəsi üçün də qat-qat ucuz başa gəlir. Vətəndaş öz evini indiki qiymətlərdən iki dəfə daha ucuz məbləğə tikəcək", - deyə deputat bildirib.

Bəs görəsən doğurdan vətəndaş işğaldan azad olunmuş ərazilərdə öz evini özü tikməlidir?

Sosioloq Mətanət Məmmədova bu barədə Sonxeber.az -a açıqlama verib:

"Məncə, dövlətin bütün işləri təkbaşına üzərinə götürməsi həm onun yükünü artırır, həm də bəzi məsələlərin effektiv həllinə əngəl olur. İşğaldan azad olunmuş torpaqlarda infrastrukturun qurulması, məktəblərin açılması, səhiyyə müəssisələrinin bərpası kimi məsələlər dövlətin prioriteti olmalıdır. Amma evlərin tikilməsi məsələsi fərqlidir - bu, əsasən vətəndaşların üzərinə düşməlidir, dövlət yalnız nəzarət və dəstək rolunu oynamalıdır.

İnsan özü evinin təməlini qoyanda, hər kərpicini ucaltdıqda, oranın dəyərini və önəmini anlayacaq. Dövlət bir kənd və ya şəhər salanda bütün evlər eyni olur, sıradan görünür. Mən isə istərdim ki, işğaldan azad olunmuş ərazilərdə evlər insanların öz arzularına uyğun şəkildə tikilsin. Belə olduqda əvvəlki kənd ab-havası bərpa olunar, evlər bir-birinə bənzəməz, bəsit görüntü aradan qalxar və ərazi daha canlı görünər. İndiki layihələr isə çox vaxt qaçqın düşərgələrini xatırladır - eyni tipli evlər, oxşar həyətlər, monoton görünüş. İnsanlar öz evlərini tiksələr, orada həyat daha təbii və fərdi olacaq.

Şəhərlərdə isə evlərin tikintisi dövlət nəzarəti və müəyyən qaydalara uyğun aparılmalıdır. Bu həm dövlətin işini asanlaşdırar, həm də vətəndaşlara öz zövqlərinə görə ev tikmək imkanı verər. Beləcə, insanlar evlərinə bağlılığını artırar, dövlət isə infrastruktur layihələrini daha məqsədyönlü və səmərəli həyata keçirə bilər.

Bundan əlavə, vətəndaşların öz evlərini tikməsi dövlətə vaxt qazandırar. Çünki bəziləri işğaldan azad olunmuş torpaqlara gedib qayıtmaq, iş yeri tapmaq və dolanışıqla bağlı çətinliklər yaşaya bilər. İnsan öz evini özü tikərsə, dövlət də bu fürsətdən istifadə edərək orada iş yerlərini artırar və iqtisadi həyatın canlanmasına dəstək olar. Bu, işsizlik probleminin həlli üçün önəmli addımdır. Unutmaq olmaz ki, rayonlarda işsizlik yalnız işğaldan azad olunmuş ərazilərə aid deyil; bütün regionlarda bu problem mövcuddur. Əgər bölgələrdə kollektiv iş yerləri yaradılmazsa, insanlar yalnız Bakıya axın edəcək, regionların inkişafı isə əngəllənəcək.

Əslində bu yanaşma həm vətəndaşa, həm də dövlətə fayda gətirir. Vətəndaş öz evini, həyətini, məkanını quraraq aidiyyət hissini gücləndirir, dövlət isə böyük layihələrə fokuslana bilər. Mən bu fikirlə tam razıyam - işğaldan azad olunmuş torpaqlara qayıdan vətəndaşlar öz evlərini özləri tikməlidir. Bu həm dövlətə dəstək olacaq, həm də vətəndaşların oraya bağlılığını artıracaq, həm də iqtisadi həyatı canlandıracaq.

Əsas mesaj budur: dövlət və vətəndaş əl-ələ verməli, hər birinin rolu düzgün müəyyən edilməlidir ki, həm torpaqlar bərpa olunsun, həm də regionlarda davamlı inkişaf təmin edilsin"


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1525   Tarix: 25 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ

2026-cı ilin qarşıdakı aylarında Azərbaycanda 4 qeyri-iş günü olacaq. xəbər verir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü iş günü hesa

19 sentyabr
.

SOCAR neftçiləri təbrik edib

20 Sentyabr - Neftçilər Günü münasibətilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən neftçi peşəsinin əhəmiyyətini, bu sahədə çalışan insanların zəhmətini və ölkənin enerji sektorunun inkişafına verdikləri töhfəni əks etdirən videoçarx hazırlanıb. paylaşımı təqdim edir:

19 sentyabr
.

İşsiz şəxslərin diqqətinə: 478 manat...

Bu il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,7 min nəfər olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, onların 53,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişini

20 sentyabr
.

Lokal xarakterli antiterror tədbirləri: Qarabağda 30 illik separatizmə son qoyan tarixi dönüş

2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri kimi yadda qaldı. Cəmi 23 saat 50 dəqiqə davam edən hərbi əməliyyat nəticəsində Azərbaycanın öz ərazisində uzun illər mövcud olmu

19 sentyabr
.

Azərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir

Üç il bundan əvvəl sentyabrın 20-i saat 13:00-da Azərbaycan ordusunun ölkənin suverenliyinin bərpası üçün başladığı lokal antiterror əməliyyatı Qarabağda erməni separatçılarının qalıqlarının ağ bayraq qaldırması və Azərbaycan hakimiyyətinin şərtlərini tam olaraq qəbul etməsi ilə bitib. "Report"

20 sentyabr
.

Lokal xarakterli antiterror tədbirləri: Qarabağda suverenliyin bərpasının siyasi və tarixi nəticələri

2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunda keçirilmiş lokal xarakterli antiterror tədbirləri Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirilir. Bu hadisə 2020-ci il Vətən müharibəsindən sonra yaranmış hərbi-siyasi reallığın məntiqi davamı olmaqla yanaşı

19 sentyabr
.

Dərslərin başlama saatı dəyişdirilir? SON DƏQİQƏ AÇIQLAMASI

Yeni dərs ilinin başlaması ilə paytaxtda nəqliyyat sıxlığı və təhsilalanların, eləcə də müəllimlərin təhsil müəssisələrinə gediş-gəlişiylə bağlı müəyyən problemlər yenidən gündəmə gəlib. Xüsusilə metro istiqamətində aparılan təmir və tikinti işləri ictimai nəqliyyatda sərnişindaşımanın yükünü artırıb

19 sentyabr
.

Sabahın havası açıqlandı

Sentyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gec

19 sentyabr
.

Azərbaycan armatur istehsalını 14 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 264 min ton armatur istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 % çoxdur. Təkcə avqustda isə ölkədə 32,8 min ton armatur istehsal olunub. Bu, 1 il əvvələ nisbətən 3,

19 sentyabr