"Xocalı soyqırımı insanlığa qarşı yönəlmiş ən ağır cinayətdir" - DEPUTAT
1992-ci il fevralın 26-da Xocalı şəhərində Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı XX əsrin ən ağır və qanlı cinayətlərindən biri kimi tarixə həkk olunmuşdur. Erməni silahlı birləşmələrinin və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə həyata keçirilən soyqırım nəticəsində 613 nəfər dinc sakin, qadınlar, uşaqlar və yaşlı insanlar amansızcasına qətlə yetirilmiş, yüzlərlə insan yaralanmış, minlərlə soydaşımız doğma yurd-yuvasından didərgin salınmışdır. Xocalı faciəsi beynəlxalq humanitar hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması, insanlığa qarşı yönəlmiş ağır cinayətdir.
Dövlətimizin, xüsusilə Heydər Əliyev fondunun Vitse-Prezidenti Leyla xanım Əliyevanın "Xocalıya Ədalət" kampaniyası çərçivəsində həyata keçirilən ardıcıl fəaliyyətə baxmayaraq, içərisində qadın, uşaq və yaşlı insanların olduğu 613 nəfər günahsız mülki əhalinin barbarcasına qətlə yetirilməsi, təəssüflər olsun ki, hələ də Beynəlxalq səviyyədə soyqırım kimi tanınmır. Xocalı soyqırımına beynəlxalq səviyyədə lazımi hüquqi-siyasi qiymətin verilməməsi, insanlığa qarşı törədilmiş bəşəri cinayətə göz yumulması kimi dəyərləndirilir.
Möhtərəm Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti həm diplomatik müstəvidə, həm də hərbi-siyasi sahədə prinsipial mövqe nümayiş etdirmiş, 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmişdir. Bu Zəfər işğala son qoyulmasının, tarixi ədalətin bərqərar edilməsinin və şəhidlərimizin qanının yerdə qalmadığının sübutudur.
İşğal dövründə Azərbaycan torpaqlarında törədilmiş vandalizm aktları, dağıdılmış şəhər və kəndlər, məhv edilmiş tarixi-mədəni abidələr, talan olunmuş məscidlər və qəbiristanlıqlar erməni işğal siyasətinin mahiyyətini bir daha dünyaya göstərmişdir.
Bu faktlar beynəlxalq ictimaiyyətin obyektiv mövqe sərgiləməsinin nə qədər vacib olduğunu ortaya qoyur.
Ana Vətən Partiyası ermənilərin törətdiyi vəhşilikləri qətiyyətlə qınayır və Beynəlxalq təşkilatları, tərəqqipərvər bəşəriyyəti erməni silahlı qüvvələri və terror təşkilatlarının törətdiyi Xocalı soyqırımına hüquqi və siyasi qiymət verməyə səsləyir.
Günay Ağamalı
Milli Məclisin deputatı
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 476 Tarix: 26 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ
2026-cı ilin qarşıdakı aylarında Azərbaycanda 4 qeyri-iş günü olacaq. xəbər verir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü iş günü hesa
19 sentyabrSOCAR neftçiləri təbrik edib
20 Sentyabr - Neftçilər Günü münasibətilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən neftçi peşəsinin əhəmiyyətini, bu sahədə çalışan insanların zəhmətini və ölkənin enerji sektorunun inkişafına verdikləri töhfəni əks etdirən videoçarx hazırlanıb. paylaşımı təqdim edir:
19 sentyabrİşsiz şəxslərin diqqətinə: 478 manat...
Bu il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,7 min nəfər olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, onların 53,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişini
20 sentyabrAzərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir
Üç il bundan əvvəl sentyabrın 20-i saat 13:00-da Azərbaycan ordusunun ölkənin suverenliyinin bərpası üçün başladığı lokal antiterror əməliyyatı Qarabağda erməni separatçılarının qalıqlarının ağ bayraq qaldırması və Azərbaycan hakimiyyətinin şərtlərini tam olaraq qəbul etməsi ilə bitib. "Report"
20 sentyabrDərslərin başlama saatı dəyişdirilir? SON DƏQİQƏ AÇIQLAMASI
Yeni dərs ilinin başlaması ilə paytaxtda nəqliyyat sıxlığı və təhsilalanların, eləcə də müəllimlərin təhsil müəssisələrinə gediş-gəlişiylə bağlı müəyyən problemlər yenidən gündəmə gəlib. Xüsusilə metro istiqamətində aparılan təmir və tikinti işləri ictimai nəqliyyatda sərnişindaşımanın yükünü artırıb
19 sentyabrSabahın havası açıqlandı
Sentyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gec
19 sentyabrAzərbaycan armatur istehsalını 14 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 264 min ton armatur istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 % çoxdur. Təkcə avqustda isə ölkədə 32,8 min ton armatur istehsal olunub. Bu, 1 il əvvələ nisbətən 3,
19 sentyabr