"Avto Lizinq Azərbaycan" Qarabağda 1 500-dək avtomobilə xidmət göstərəcək

"Avto Lizinq Azərbaycan" Qarabağda 1 500-dək avtomobilə xidmət göstərəcəkPrezident İlham Əliyev və Rusiyanın Tatarıstan bölgəsinin rəisi Rüstəm Minnixanovun iştirakı ilə bu gün "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında açılışı olmuş Azərbaycan-Rusiya birgə müəssisəsi "Avto Lizinq Azərbaycan" MMC işğaldan azad olunmuş ərazilərimizdə istifadə olunan 1500-dək avtomobilə, həmçinin yüklərin daşınmasını həyata keçirəcək tranzit avtomobillərə və digər texnikalara peşəkar xidmət göstərəcək.

Bunun üçün şirkət sənaye parkının 3 hektar ərazisində texniki servis mərkəzi yaradıb.

Mərkəz yük avtomobilləri və kənd təsərrüfatı texnikalarına xidmət göstərilməsi sahəsində hab rolunu oynayacaq. Burada texniki xidmət bloku, təmir emalatxanası, gözləmə zalı, tədris otağı, anbar, portal tipli avtoyuma məntəqəsi və xidməti otaqlar yaradılıb. Texniki təmir emalatxanasında mühərriklərin və digər aqreqatların, elektrik avadanlıqlarının, pnevmatik və hidravlik qurğuların təmiri sahələri, daxili yanma mühərriklərinin yuyulması məntəqəsi fəaliyyət göstərəcək.

Mərkəzdə həmçinin mehmanxana, ehtiyat hissələri mağazası və digər xidmət sahələri istifadəyə verilib. Bununla yanaşı, Mərkəzdə mobil təmir və texniki servis briqadaları da fəaliyyət göstərəcək ki, bu da işğaldan azad olunmuş ərazilərimizdə istifadə olunan bütün texnikalara yerində xidmət göstərməyə imkan yaradacaq.

Ümumi investisiya həcmi 10,2 milyon manat olan müəssisənin inşasına artıq 9,4 milyon manatdan çox investisiya yatırılıb. Müəssisənin fəaliyyətə başlaması məşğulluğun təmin edilməsinə də töhfə verəcək.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1142   Tarix: 17 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bir manata görə üç il həbs cəzası aldı

Bakıda sosial şəbəkədə tanımadığı qadını şantaj edən 1992-ci il təvəllüdlü Y.M-ya hökm oxunub. -a istinadla xəbər verir ki, o, qarşı tərəfdən hədə-qorxu ilə 200 AZN istəyib. Qadın isə həmin şəxsin əsl kimliyini üzə çıxarmaq üçün onun göndərdiyi bank kartına bir manat ödəniş edib. Bu zaman qadın onu

7 oktyabr
.

Azər Aydəmirə yeni vəzifə verildi

Aktyor Azər Aydəmirə yeni vəzifə verilib. OLAY yazır ki, aktyor Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni tərkibdə formalaşan İdarə Heyətinin üzvü seçilib. Qeyd edək ki, Xalq artisti Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilməsi ilə bağlı protokollaşdırılan və təsdi

7 oktyabr
.

Avtobuslar qarajda, sərnişinlər dayanacaqda: Sürücülər niyə işləmək istəmir? - İQTİSADÇIDAN AÇIQLAMA

Avtobuslar qarajlarda dayanır, sərnişinlər isə dayanacaqlarda uzun müddət gözləyir. Ortada isə ciddi bir sual yaranır: problem avtobus çatışmazlığındadır, yoxsa bu avtobusları idarə edəcək sürücülərin olmamasında?. Marşrut sürücülərinin sözlərinə görə, qarajlarda işlək avtobuslar kifayət qədərdir, laki

7 oktyabr
.

Universitet seçimi: Reytinq önəmlidir, yoxsa gələcək iş imkanı? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Universitet seçimi abituriyentin qarşısında duran ən vacib qərarlardan biridir. Bu seçim zamanı yalnız universitetin reytinqinə diqqət yetirmək gələcək karyera üçün kifayət etmir. İxtisasın əmək bazarında tələbatı, məzun olduqdan sonra iş imkanları və həmin sahədə inkişaf perspektivləri də nəzərə alınmalıdır

7 oktyabr
.

Niyə bəzi qızlar evli kişilərlə münasibət qurmağa üstünlük verir? - PSİXOLOQDAN AÇIQLAMA

Son dövrlərdə münasibətlərdə yaş fərqi və evli şəxslərlə münasibət qurmaq kimi mövzular daha çox diqqət çəkir. Xəzər rayonu Binə qəsəbəsində 24 yaşlı Fatimə Rəhmanzadənin özündən iki dəfə böyük münasibətdə olduğu kişi tərəfindən öldürülməsi bu mövzunu yenidən gündəmə gətirdi. Bəzən gənc qadınların özlərində

8 oktyabr
.

Bakının böyük ərazisi və Abşeronun bir hissəsində su kəsiləcək

Bakının bəzi rayonlarında suyun verilişində fasilə yaranacaq. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. Magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlı Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının bəzi ərazilərini

6 oktyabr
.

"Kənd yumurtası"ndan embrion çıxdı: Nə etmək lazımdır? - Ekspertdən AÇIQLAMA

Mağazalarda "kənd yumurtası" adı ilə satılan məhsulların keyfiyyəti və təhlükəsizliyi istehlakçılar üçün mühüm məsələlərdəndir. Yumurtanın içindən embrion çıxması onun mayalanmış olması ilə bağlı ola bilər, lakin məhsulun saxlanma şəraiti və temperatur rejimi də bu prosesə təsir göstərə bilər

7 oktyabr
.

Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü

"AİD Group" xaricdə təhsil şirkətinin həbsdə olan faktiki rəhbəri Samir Yəhyazadə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülüb. -ın "Qafqazinfo"ya istinadən məlumatına görə, məhkəmə təqsirləndirilən şəxsin müraciəti əsasınd

8 oktyabr
.

"Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz"

Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz. "Report"a istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Dünya və Ənənəvi Din Liderləri Qurultayı Katibliyinin XXIV iclasında çıxışı zamanı deyib. Onun sözlərin

7 oktyabr