Nazir müavini: "Bölgələrdə tullantıların çeşidlənməsi və utilizasiyası zavodları tikiləcək"
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Lənkəranda dəniz sahilində təmizlik aksiyası keçirib.
Aksiyanın keçirilməsində məqsəd sahilyanı ərazilərin məişət tullantıları ilə çirklənməsinin qarşısını almaq, Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaqdır.
Aksiyada 200 nəfərə qədər insan 25000 kvadratmetr ərazidə təmizlik işləri görüb. İməcilikdə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, nazirliyin ərazi üzrə nümayəndələri, bələdiyyə, Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin işçiləri, eləcə də idarə-müəssisələrin əməkdaşları iştirak ediblər.
Aksiya zamanı sahil ərazisi plastik qablardan, şüşə və digər tullantılardan təmizlənib. Toplanan tullantılar xüsusiləşmiş nəqliyyat vasitəsilə rayon ərazisindəki poliqonuna daşınıb.
V.Kərimov hər kəsi ətraf mühitin mühafizəsinə yönəldən belə tədbirlərdə fəal iştirak etməyə, təbiətə qayğı və həssas münasibət göstərməyə çağırıb: "Çox yaxşı olar ki, vətəndaşlarımız məsuliyyətli olsunlar, istirahət etdikdən sonra ətrafda təmizlik qaydalarına riayət etsinlər. Belə olan təqdirdə bu kimi tədbirlərə ehtiyac qalmayacaq. Bu kimi xoşagəlməz hallar mövcud olduqdca, mövsüm boyu belə aksiyalar davam etdiriləcək".
Nazir müavini regionlarda zibil poliqonların mövcud vəziyyətinə də münasibət bildirib: "Regionlarda tullantıların idarə olunmasına dair Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb. Qarşıdakı illərdə Bakıda olduğu kimi digər regionlarda da mərhələli şəkildə poliqonların və qəbul məntəqələrinin yardılması nəzərdə tutulub. Lənkəran da bu siyahıya daxil edlilib. Həm poliqonların, həm də emal zavodlarının tikintisi nəzərdə tutulub. Bu məqsədlə çox böyük vəsait tələb olunur. Problem mərhələli şəkildə bir neçə ilə həll ediləcək. Əvvəlcə poliqonlar tikiləcək. Üstəlik, tullantıların çeşidlənməsi və utilizasiyası üçün zavodun tikintisi də nəzərdə tutulur".
Report.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Maye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA
Pensiyalar bu tarixdə ödəniləcək
Bakıda yeni dəmir yolu tıxacları azaldacaq? - Ekspertdən AÇIQLAMA
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Şəhidimizin adını daşıyan gəmiyə dron hücumunun anbaan görüntüləri - Video
Bakının altı rayonunda su niyə hələ də verilməyib?
Ölkədə qızıl ucuzlaşdı, yoxsa bahalaşdı?
Şəkidəki hadisə Ermənistanda generalın istefasına səbəb oldu: Növbə MN-dədir
Qızlar "kişi peşələri"nə üz tutur: Əmək bazarında nələr dəyişəcək?
Türkiyə müharibənin astanasında? Qara dənizdə hücumlar, Səudiyyədə hərbi hazırlıq
Fatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib
Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb