VI Beynəlxalq Muğam Festivalı başlayır
Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə iyunun 18-25-də "Muğam aləmi" VI Beynəlxalq Muğam Festivalı keçiriləcək.
Festival çərçivəsində Bakı, Ağcabədi və Şuşada yerli və xarici musiqiçilərin iştirakı ilə müxtəlif konsertlərin, beynəlxalq simpoziumun, muğam və poeziya ifalarının təşkili nəzərdə tutulur.
İyunun 18-də Heydər Əliyev Sarayında Alim Qasımov və xüsusi qonaqların, Azərbaycan Milli Konservatoriyasında isə Ənvər Sadıqov və Emil Əfrasiyabın iştirakı ilə açılış mərasimi baş tutacaq.
Festival iyunun 19-da İrandan Mahan Mirarabın gitarada, həmyerlimiz Elçin Şirinovun pianoda ifası və Beynəlxalq muğam müsabiqəsi ilə Azərbaycan Milli Konservatoriyasında davam edəcək. Həmin gün Beynəlxalq Muğam Mərkəzində Əfqanıstanı təmsil edən Daud Khan Sadozainin konserti, Daş Salnaməsi Muzeyində isə Xalq artisti Mənsum İbrahimovun, Əməkdar artistlər – Təyyar Bayramovun, Babək Niftəliyevin, Sevinc Sarıyevanın, xanəndələr Hüseyn Məlikovun, Aytən Məhərrəmovanın və Mirələm Mirələmovun iştirakı ilə muğam axşamı keçiriləcək.
Üçüncü gün Azərbaycan Milli Konservatoriyasında Beynəlxalq muğam müsabiqəsi və Azərbaycan Tarix Muzeyində Beynəlxalq Simpozium keçiriləcək. Bununla yanaşı, Azərbaycan Milli Konservatoriyasında azərbaycanlı pianoçu Etibar Əsədlinin, Milli Kamera və Orqan musiqisi zalında isə xanəndə Səkinə İsmayılovanın, Hindistandan vokalçı Vasumathi Badrinathanın, violin ifaçısı Jyotsna Srikanthın musiqiləri səslənəcək.
İyunun 21-dən 24-dək Azərbaycan Milli Konservatoriyasında, Milli Azərbaycan Tarix Muzeyində, Daş Salnaməsi Muzeyində, Beynəlxalq Muğam Mərkəzində, Kamera və Orqan musiqisi zalında, Heydər Əliyev Mərkəzində, eləcə də Şuşa və Ağcabədidə Azərbaycan, Özbəkistan, Tacikistan, İordaniya, Misir, Yunanıstan və Hindistan təmsilçilərinin ifaları nəzərdə tutulur.
Festival çərçivəsində 24 saat ərzində eyni məkanda bir-birini əvəz edən 24 qrupun ifasında muğam marafonu və açıq havada "Muğam saatı" təşkil olunacaq.
İyunun 25-də "Muğam aləmi" VI Beynəlxalq Muğam Festivalının Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcək yekun konserti çərçivəsində festival qaliblərinin mükafatlandırılması da nəzərdə tutulur.


Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ceki Çan Bakıdakı işini yekunlaşdırdı - FOTOLAR
"Tanrının zirehi 4: Ultimatum" filminin Azərbaycanda lentə alınan hissəsinin çəkilişləri uğurla başa çatıb. Ölkə.az xəbər verir ki, bu, ölkəmizdə indiyə qədər reallaşdırılmş ən irimiqyaslı xarici film istehsalı layihəsidir. Xarici film istehsalçılarının ölkəyə cəlb olunması Azərbaycan Respublikasını
17 avqust"Odissey"in kitab satışları 1400 faiz artdı
Dünyaşöhrətli rejissor Kristofer Nolanın Homerin məşhur "Odissey" dastanı əsasında çəkdiyi film Böyük Britaniyada qədim yunan mifologiyasına marağı kəskin artırıb. Filmin nümayişindən sonra "Odissey"in kitab satışlarında rekord artım qeydə alınıb. "Qafqazinfo" xəbər veri
31 iyul15 il sonra "Harri Potter"dəki roluna qayıdır
Britaniyalı aktyor Rupert Qrint 15 ildən sonra "Harry Potter"də canlandırdığı məşhur "Ron Uizli" obrazına qayıdacaq. Axşam.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. Aktyor "Harry Potter and the Cursed Child" tamaşasının Brodvey heyətinə qoşulub
28 avqust"Məni "Söylü"yə oxşatmayın"
Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. Axşam.az xəbər verir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın. Mə
2 oktyabrPrezident və xanımı Şarovskinin vida mərasiminə əklil göndərdi
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artistinin vida mərasiminə əklil göndəriblər. Qeyd edək ki, 78 yaşlı A. Şarovski b
9 sentyabrBir şilləyə görə küsdü, boşandığı qadınla eyni evdə yaşadı
Azərbaycan kino səhnəsinin ən yadda qalan simalarından biri olan bu sənətkar tamaşaçını təkcə sözlə deyil, baxışı, jesti və özünəməxsus intonasiyası ilə güldürməyi bacarırdı. Onun yaratdığı obrazlar illər keçsə də köhnəlmir, bu gün də eyni maraqla izlənilir. Lakin şöhrətli səhnə həyatının arxasında çoxlarını
23 avqustXalq rəssamı Arif Hüseynov vəzifələrindən ayrılır
Xalq rəssamı Arif Hüseynov Azərbaycan Rəssamlar İttifaqının Rəyasət Heyətinə üzvlüyünə və "Kitab Qrafikası və Miniatür" bölməsinə sədrliyinə xitam verilməsi ilə bağlı İttifaqın Rəyasət Heyətinə açıq məktubla müraciət edib. Qaynarinfo xəbər verir ki, müraciətdə deyilir:. "Azərbaycan Rəssamla
20 iyulXanəndənin ürəyində 4 damar dəyişdirildi
Əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikov əməliyyat olunub. Bu barədə "Qafqazinfo"ya onun oğlu, xanəndə Hüseyn Məlikov məlumat verib. O bildirib ki, atası açıq ürək əməliyyatı keçirib və hazırda vəziyyəti qənaətbəxşdir: "Şükürlər olsun, hazırda səhhəti yaxşıdır. İyulun 31-də əməliyya
3 avqustRiskli əməliyyat olunan Afaq Bəşirqızı nə vaxt evə buraxılacaq? - AÇIQLAMA
Xalq artisti Afaq Bəşirqızı bu gün xəstəxanadan evə buraxılacaq. Bu barədə -a açıqlamasında A.Bəşirqızı özü məlumat verib. O qeyd edib ki, artıq xəstəxanadan çıxışı üçün hazırlıq işləri görülür. Səhhətinin normallaşdığını deyən Xalq artisti keçirdiyi əməliyyatın çox riskli olduğunu vurğulayıb:. "Yaxşıyam
8 iyun