Meteohəssas insanların nəzərinə - Bu tarixədək geomaqnit sahəsi qeyri-sabit olacaq
Günəş fəallığı orta səviyyədə olub, maksimum aktivlik 3336 oblastında M 2.52 (R1) sinifli alışma olub. Alışmalara bağlı olaraq II tip radioemissiya qeydə alınıb.
Şamaxı Astrofizika Rəsədxanasından Sonxeber.az-a verilən xəbərə görə, Günəş ləkələri azalmış, 6 ləkə qrupu və 110 ləkə qeyd edilib. 17 iyun Yerə qismən istiqamətlənmiş CME (Coronal Mass Ejections - Tac Kütlə Atılmaları) qeydə alınıb. Günəşin səthində Tac dəlikləri müşahidə olunur.
Enerjisi 2 MeV-dən çox olan elektron seli yüksəlib (maks: 1619 pfu), 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olub.
Hesabat dövründə Günəş küləyinin sürəti 696 km/san-yə kimi, planetlərarası mühitdə maqnit sahəsi 20 nT, radial istiqamətdə isə -13 nT-yə kimi artmışdır. Hal-hazırda Günəş küləyinin sürəti normallaşaraq 394 km/san, planetlərarası maqnit sahəsinin qiyməti Yer orbitində 5 nT, radial istiqamətdə isə -1 nT təşkil edir.
Hesabat dövrü ərzində Yerə istiqamətlənmiş CME və Tac dəliyinin təsiri nəticəsində, 15-16 iyun tarixində G2 (orta) səviyyəli geomaqnit qasırğası baş verib. Hal-hazırda geomaqnit sahəsi sakitdir (Kp=2.67).
Proqnoz günlərində (19-26 iyun) C sinif alışmanın baş vermə ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 40%, X (R3) sinif isə 10% təşkil edir.
2 MeV-dən çox enerjili elektron selinin yüksək səviyyələrə qalxacağı, enerjisi 10 MeV-dən çox olan proton selinin S1 səviyyəsinə qədər yüksələcəyi gözlənilir.
Günəş küləyinin sürətinin bir neçə CH HSS-in (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selin) təsiri ilə yenidən artacağı gözlənilir.
Geomaqnit sahəsinin də CH HSS-in təsiri ilə 22 iyun tarixinədək qeyri-sabit olacağı proqnozlaşdırılır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 905 Tarix: 19 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Texnologiya müəllimi əvəz edə bilməz" - Reyhan Rzayeva ilə MÜSAHİBƏ
"Texnologiya müəllimin fəaliyyətinə təsir göstərir və düşünürəm ki, gələcəkdə də daha çox təsir göstərəcək. Belə deyək ki, texnologiyadan istifadə etmək lazımdır, vacibdir. Sadəcə, texnologiya müəllimi əvəz edə bilməz". Bu fikirləri -a müsahibəsi zamanı 207 nömrəli məktəbin ingilis dili müəllim
6 oktyabrNaxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR
Milyonlarla dövlət vəsaitini mənimsəməkdə ittiham olunan Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sabiq sədri Hicran Rüstəmov ona təyin edilmiş 4 il 6 aylıq şərti həbs cəzasının azaldılması üçün Naxçıvan Ali Məhkəməsinə müraciət edib. -ın əldə etdiyi məlumata görə, o, vurulmu
8 oktyabrAzər Aydəmirə yeni vəzifə verildi
Aktyor Azər Aydəmirə yeni vəzifə verilib. OLAY yazır ki, aktyor Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni tərkibdə formalaşan İdarə Heyətinin üzvü seçilib. Qeyd edək ki, Xalq artisti Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilməsi ilə bağlı protokollaşdırılan və təsdi
7 oktyabr"Nənələr"in üzvünün oğlu Ukrayna müharibəsində öldürüldü
Rusiya-Ukrayna müharibəsinə həkim kimi qatılan 58 yaşlı azərbaycanlı dron hücumu zamanı öldürülüb. Axşam.az xəbər verir ki, Lənkəran rayonunun Separadi kəndindən olan 1968-ci il təvəllüdlü Vahab Ramazan oğlu Quliyev Rusiya-Ukrayna müharibəsi başlayandan bir il sonra Ukrayna tərəfindən ixtisası üzrə fəaliyyə
7 oktyabrBakıda yeni dəmir yolu tıxacları azaldacaq? - Ekspertdən AÇIQLAMA
Bakıda yeni dəmir yolu xəttinin tikintisi şəhərdaxili sərnişindaşıma imkanlarının genişləndirilməsi və nəqliyyat yükünün daha səmərəli bölüşdürülməsi baxımından əhəmiyyətli ola bilər. Sərnişinlərin şəxsi avtomobillərdən dəmir yoluna keçidinin artması şəhərin əsas yollarında nəqliyyat sıxlığının azalmasın
6 oktyabrAqşin Fatehə ağır itki
Meyxanaçı Aqşin Fatehə ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib. Bu haqda Aqşin Fateh özü məlumat yayıb. Allah rəhmət eləsin!
7 oktyabrQarabağda 16 nəfərə aid insan qalıqları aşkarlandı
Üç gün əvvəl Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb. Qaynarinfo xəbər verir ki, bunu AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Məhkəmə arxeologiyası şöbəsinin müdiri Akif Quliyev "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"da təşkil olunan paneld
8 oktyabrİlqar Mustafayevin oğlu məhkəmədə nəyi etiraf etmədi?
Dənizkənarı Bulvar İdarəsində mənimsəmədə təqsirləndirilən İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və "GİRASOL" MMC-nin direktoru Fuad Babayevin məhkəməsinin növbəti iclası keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanı
7 oktyabr