Bu il yazda qeyri-sabit havanın tez-tez qeydə alınmasının səbəbi açıqlanıb

Bu il yazda qeyri-sabit havanın tez-tez qeydə alınmasının səbəbi açıqlanıbBu il yaz fəslində qeyri-sabit havanın qeydə alındığı günlərin sayı daha çox təkrarlanır, bir çox bölgələrə dolu, leysan yağışları yağır və çaylardan sel keçir.

BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı apa-ya açıqlama verən Coğrafiya İnstitutunun Xəzər dənizinin Hidrometeorologiya şöbəsinin müdiri Səid Səfərov deyib ki, şimaldan soyuq hava kütlələri, Qərbdən Atlantik okeanı və Aralıq dənizindən daxil olan rütubətli hava kütlələrinin Azərbaycan ərazisində görüşməsi halları nə qədər tez-tez təkrarlanarsa, təhlükəli atmosfer proseslərinin və onlarla əlaqədar olan intensiv leysan, dolu, ildırım, şiddətli qasırğa küləkləri, həmçinin daşqın və sellərin ehtimalı da bir o qədər çox olur:

"Qeyd olunan hava kütlələrinin daxil olması özünü soyuq hava cəbhələri və cənub siklonlarının əraziyə yaxınlaşması ilə büruzə verir. Soyuq hava cəbhələrində isti və nisbətən soyuq hava kütlələri sərhəddində temperatur kontrastı nə qədər kəskin olarsa, baş verən təhlükəli atmosfer prosesləri daha şiddətli olur. Yaz, hətta bəzən yay aylarında hava şəraitinin kəskin pisləşməsi əsasən əraziyə daxil olan hava kütlələri ilə əlaqədar olur. İndi get-gedə hava isinir və Şimaldan soyuq hava kütlələri daxil olanda burada olan rütbəli isti hava kütlələrini yuxarı qaldırır, nəticədə dolu düşür, leysan yağır. Yerüstü isti hava nə qədər böyük sürətlə yuxarı qalxarsa, əmələ gələn topa-yağış buludları bir o qədər təhlükəli olur. Hər gün müxtəlif rayonlarda intensiv dolu düşdüyünü, güclü leysan yağdığını, sel və daşqınlar baş verdiyini eşidirik. Əraziyə daxil olan iri miqyaslı hava kütlələri yerli oroqrafiya və torpaq örtüyünün xüsusiyyətləri ilə qarşılıqlı təsirə girməklə, daha kiçik miqyaslı (mezzo miqyaslı) atmosfer hava dövranlarını yaradır ki, bu da son nəticədə ayrı-ayrı rayonlarda baş verən təhlükəli atmosfer hadisələrinin intensivliyini, davametmə müddətini və ərazi üzrə paylanma xarakterini müəyyən edir".
Səid Səfərov qeyd edib ki, bu il əvvəlki illərdən fərqli olaraq daha çox leysan yağması və dolu düşməsinin əsas səbəbi də məhz Şimaldan soyuq, Qərbdən isə rütubətli hava kütlələrinin əraziyə daha tez-tez daxil olmasıdır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1623   Tarix: 19 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakının bu yollarında hərəkət məhdudlaşdırılacaq

Bakının Binəqədi və Sabunçu rayonlarında yolların təmiri ilə əlaqədar oktyabrın 7-dən nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, təmir işlərinə oktyabrın 7-də saa

7 oktyabr
.

Universitet seçimi: Reytinq önəmlidir, yoxsa gələcək iş imkanı? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Universitet seçimi abituriyentin qarşısında duran ən vacib qərarlardan biridir. Bu seçim zamanı yalnız universitetin reytinqinə diqqət yetirmək gələcək karyera üçün kifayət etmir. İxtisasın əmək bazarında tələbatı, məzun olduqdan sonra iş imkanları və həmin sahədə inkişaf perspektivləri də nəzərə alınmalıdır

7 oktyabr
.

Gürcüstana gedənlərə şad xəbər: Artıq vaxt itirmədən, bir neçə dəqiqəyə səyahət sığortasını onlayn almaq mümkündür

Gürcüstana səfər planlaşdıran vətəndaşlar üçün səyahət sığortasının əldə olunması artıq daha rahat və sürətli şəkildə həyata keçirilə bilər. "SIGORTA online" platforması Gürcüstana səfər edənlərə sərhəd tələblərinə uyğun səyahət sığortasını tam onlayn formada təqdim edir. İstifadəçilər sığort

7 oktyabr
.

Pensiyalar bu tarixdə ödəniləcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının oktyabrın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Qeyd edək ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların pensiyalarının bu ayın 20-dən, müavinətləri

7 oktyabr
.

Elza Seyidcahan Rəşid həkimi 500 manat cərimələtdirdi

Əməkdar artist, bəstəkar Elza Seyidcahanın (Qasımova) tibb elmləri namizədi Rəşid Mahmudova qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib. APA-ya istinadən xəbər verir ki, mülki iddiaya Yasamal rayon Məhkəməsində hakim Fuad Hüseynovun sədrliyi ilə baxılıb. Prosesdə Elza Seyidcahanın vəkili Elşən Behbudo

7 oktyabr
.

Qarabağda 16 nəfərə aid insan qalıqları aşkarlandı

Üç gün əvvəl Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb. Qaynarinfo xəbər verir ki, bunu AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Məhkəmə arxeologiyası şöbəsinin müdiri Akif Quliyev "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"da təşkil olunan paneld

8 oktyabr
.

Aqşin Fatehə ağır itki

Meyxanaçı Aqşin Fatehə ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib. Bu haqda Aqşin Fateh özü məlumat yayıb. Allah rəhmət eləsin!

7 oktyabr
.

Bakının altı rayonunda su niyə hələ də verilməyib?

Oktyabrın 6-da Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlı Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının bəzi ərazilərinin su təminatında fasilə yaranacağı ilə bağlı məlumat verilib. Suyun verilişini

7 oktyabr
.

Bakının böyük ərazisi və Abşeronun bir hissəsində su kəsiləcək

Bakının bəzi rayonlarında suyun verilişində fasilə yaranacaq. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. Magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlı Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının bəzi ərazilərini

6 oktyabr