Finlandiyalı mütəxəssislərin iştirakı ilə "Media və hibrid təhdidlər" mövzusunda seminarlara başlanılıb

Finlandiyalı mütəxəssislərin iştirakı ilə "Media və hibrid təhdidlər" mövzusunda seminarlara başlanılıbMedianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə 20-dən çox media subyektinin nümayəndələri üçün Finlandiyanın media və böhran kommunikasiyası üzrə ekspertləri tərəfindən "Media və hibrid təhdidlər" mövzusunda seminarlara başlanılıb.

Seminarın açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli ölkəmizdə informasiya məkanının çoxsaylı təhdid və təzyiqlərə məruz qaldığını, Azərbaycana qarşı aparılan dezinformasiyaların qarşısının alınmasının vacibliyini bildirib. Vurğulanıb ki, bu mövzuda Finlandiyanın qabaqcıl təcrübəsinin öyrənilməsi məqsədilə belə seminarların təşkili mühüm töhfə olacaq.

Finlandiya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kirsti Narinen bildirib ki, belə seminarların keçirilməsi mediada hibrid təhlükələrin aşkarlanması, doğru informasiya ilə saxta məlumat arasındakı sərhədin müəyyənləşdirilməsi, hibrid təhlükənin olduğu şəraitdə jurnalistlərin düzgün hərəkət edə bilməsi üçün əhəmiyyətli rol oynayır. O qeyd edib ki, seminarlarda risklərin müəyyənləşdirilməsi və necə mübarizə aparılacağına dair mühüm məsələlər müzakirə ediləcək.

İki gün davam edəcək seminarlarda Finlandiyanın Xarici İşlər Nazirliyinin eksperti Vesa Kekäle, Milli Audiovizual İnstitutun direktor müavini Leo Pekkala və Fövqəladə Təchizat Təşkilatı "Mediapooli"də Hazırlıq bölməsinin rəhbəri Tero Koskinen "Media savadlılığı", "Finlandiyada media savadlılığı işinin necə təbliğ edildiyi, uğurlu nümunələr", "Keçid periodunda media", "İnformasiya manipulyasiyasının təsviri, informasiya manipulyasiyası üçün ilkin şərtlər", "Medianın rolu: jurnalistika və qərar qəbul edənlər arasında əlaqə", "İnformasiya manipulyasiyasına qarşı dayanıqlılıq: hökumət tərəfindən əks tədbirlər daxil olmaqla bütün cəmiyyət yanaşması", "Finlandiyada ənənəvi medianın situasiya məlumatlılığının təhlili", "Finlandiyada jurnalistika infrastrukturu: Xəbər mediasına güvən" və s. mövzularda çıxış edəcəklər. Eyni zamanda "Azərbaycanın media landşaftında situasiya məlumatlılığının təhlili", "Təhlildə müəyyən edilmiş riskləri necə prioritetləşdirmək, praktikada riskləri necə həll etmək olar?" mövzusunda vörkşopun keçirilməsi nəzərdə tutulub.

Seminarların yekununda iştirakçılara sertifikatlar təqdim olunacaq.
Finlandiyalı mütəxəssislərin iştirakı ilə "Media və hibrid təhdidlər" mövzusunda seminarlara başlanılıbFinlandiyalı mütəxəssislərin iştirakı ilə "Media və hibrid təhdidlər" mövzusunda seminarlara başlanılıbFinlandiyalı mütəxəssislərin iştirakı ilə "Media və hibrid təhdidlər" mövzusunda seminarlara başlanılıbFinlandiyalı mütəxəssislərin iştirakı ilə "Media və hibrid təhdidlər" mövzusunda seminarlara başlanılıbFinlandiyalı mütəxəssislərin iştirakı ilə "Media və hibrid təhdidlər" mövzusunda seminarlara başlanılıbFinlandiyalı mütəxəssislərin iştirakı ilə "Media və hibrid təhdidlər" mövzusunda seminarlara başlanılıbFinlandiyalı mütəxəssislərin iştirakı ilə "Media və hibrid təhdidlər" mövzusunda seminarlara başlanılıb


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 670   Tarix: 20 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda istilik mövsümü vaxtından əvvəl başlayacaq?

Hər il Azərbaycanda istilik mövsümü noyabrın 15-dən etibarən başlayır. Bu isə sakinlərin bir qisminin narazılığına səbəb olur. Sakinlər istilik mövsümünün noyabrın 1-dən başlamasını istəyirlər. Maraqlıdır, bəs görəsən, istilik mövsümü təyin olunan vaxtdan əvvəl başlaya bilərmi?. Məsələ ilə bağlı -a açıqlamasınd

7 oktyabr
.

"Texnologiya müəllimi əvəz edə bilməz" - Reyhan Rzayeva ilə MÜSAHİBƏ

"Texnologiya müəllimin fəaliyyətinə təsir göstərir və düşünürəm ki, gələcəkdə də daha çox təsir göstərəcək. Belə deyək ki, texnologiyadan istifadə etmək lazımdır, vacibdir. Sadəcə, texnologiya müəllimi əvəz edə bilməz". Bu fikirləri -a müsahibəsi zamanı 207 nömrəli məktəbin ingilis dili müəllim

6 oktyabr
.

Gürcüstana gedənlərə şad xəbər: Artıq vaxt itirmədən, bir neçə dəqiqəyə səyahət sığortasını onlayn almaq mümkündür

Gürcüstana səfər planlaşdıran vətəndaşlar üçün səyahət sığortasının əldə olunması artıq daha rahat və sürətli şəkildə həyata keçirilə bilər. "SIGORTA online" platforması Gürcüstana səfər edənlərə sərhəd tələblərinə uyğun səyahət sığortasını tam onlayn formada təqdim edir. İstifadəçilər sığort

7 oktyabr
.

"Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz"

Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz. "Report"a istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Dünya və Ənənəvi Din Liderləri Qurultayı Katibliyinin XXIV iclasında çıxışı zamanı deyib. Onun sözlərin

7 oktyabr
.

Qızlar "kişi peşələri"nə üz tutur: Əmək bazarında nələr dəyişəcək?

Son dövrlərdə peşə təhsilinə maraq göstərən qızların sayında artım müşahidə olunur. Əmək bazarında praktiki bacarıqlara və müxtəlif peşələr üzrə ixtisaslı kadrlara tələbatın yüksəlməsi, eləcə də peşə təhsilinin məşğulluq imkanları yaratması bu marağın artmasına təsir edən amillər sırasında göstəril

6 oktyabr
.

Korrupsiya xəbərini verən işçiyə təzyiqin qarşısı necə alınacaq?

Korrupsiya barədə məlumatlara 20 iş günü ərzində baxılacaq. Qaynarinfo-nun məlumatına görə, sözügedən məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan "Korrupsiya ilə əlaqədar hüquqpozmalarl

6 oktyabr
.

Aqşin Fatehə ağır itki

Meyxanaçı Aqşin Fatehə ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib. Bu haqda Aqşin Fateh özü məlumat yayıb. Allah rəhmət eləsin!

7 oktyabr
.

Azərbaycan Universitetinin dərs otağına yağış suları damıb

"Kiçik tutumlu auditoriyalardan birində su sızması olub". Bu barədə -in sorğusuna cavab olaraq Azərbaycan Universitetinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, aidiyyəti şöbə tərəfindən həmin auditoriyaya baxış keçirilib və yaranmış vəziyyətlə bağlı tədbirlər görülür:. "Videoda

6 oktyabr
.

Səidə Sultandan hakimə sərt çağırış: "Camaatın balalarını bədbəxt etməyin" - VİDEO

Səidə Sultan uzun fasilədən sonra sosial media paylaşımı edib. "Yeni Sabah" xəbər verir ki, ifaçı bir neçə gün əvvəl Bakıda 4 uşaq atasının hamilə iti döyərək balkondan aşağı atması və öldürməsinə münasibət bildirib. Səidə Sultan hadisə ilə bağlı vətəndaşa 25 sutka inzibati həbs cəzası verilməsin

7 oktyabr