"Ermənistan tikintiyə başlamamışdan əvvəl Azərbaycanla müzakirələr aparmalı idi" - Nəsib Məhəməliyev
Ermənistan Azərbaycanla sərhədinin 500-600 metr yaxınlığında iri metallurgiya kombinatının inşasına başlayıb.
Mövzu ilə bağlı Sonxeber.az-a danışan Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib ki Ermənistan tikintiyə başlamamışdan əvvəl həmsərhəd dövlət olan Azərbaycanla müzakirələr aparmalı, razılaşdırmalı idi.
Deputat qeyd edib ki, bu, onsuz da gərgin olan münasibətlərin daha da mürəkkəbləşdirilməsinə xidmət edir:
"Ermənistanın Azərbaycanla sərhədinin cəmi 500-600 metr yaxınlığında iri metallurgiya kombinatının inşasına başlaması onsuz da gərgin olan münasibətlərin daha da mürəkkəbləşdirilməsinə xidmət edir. Beynəlxalq ekoloji normalara görə, Ermənistan tikintiyə başlamamışdan əvvəl həmsərhəd dövlət olan Azərbaycanla müzakirələr aparmalı, razılaşdırmalı idi. Əfsuslar olsun ki, Ermənistan hər zaman olduğu kimi məsələnin sivil yolla həllinə yox, konfrantasiya yoluna üstünlük verdi. Bu da təbii olaraq aparılan sülh danışıqlarına zərbə vurmaqdır".
Deputat ABŞ-nin bayrağının zavoddan asılmasına da münasibət bildirib. O qeyd edib ki, ermənilər zavodun Amerika şirkətinin investisiyası hesabına tikildiyini göstərməyə çalışırlar:
"ABŞ bayrağının asılması məsələsinə gəldikdə isə, ermənilər göstərmək istəyirlər ki, zavod Amerika şirkətinin investisiyası hesabına tikilir və təhlükəsizlik baxımından çəkindirici amil ola bilər. Yaxşı olardı ki, hər zaman, ATƏT-in Minsk qrupu həmsədrliyində Azərbaycanın haqlı mövqeyini dəstəkləmiş Birləşmiş Ştatlar belə bir həssas dönəmdə dövlət bayrağının qaranlıq məqsədlər üçün istufadəsinə icazə verməsin. Belə cılız təxribatlar, sülhə yönəlik atılmış addımların səmərəliliyini azaldır, münasibətlərin gərginləşməsinə səbəb olur".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb