"Azərbaycanın razılığı olmadan belə bir addımın atılması Ermənistanın ölkəmizə qarşı növbəti təxribatıdır"- DEPUTAT

"Azərbaycanın razılığı olmadan belə bir addımın atılması Ermənistanın ölkəmizə qarşı növbəti təxribatıdır"- DEPUTAT"Ermənistan təxribatları ilə regionda vəziyyəti gərginləşdirməyə çalışır".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, Ermənistan Azərbaycanla sərhədinin 500-600 metr yaxınlığında iri metallurgiya kombinatının inşasına başlaması ölkəmizə qarşı növbəti təxribatdır:

"30 il ərzində torpaqlarımızı işğal altında saxlayan Ermənistan Azərbaycan xalqına və dövlətinə qarşı misilsiz cinayətlərə, terrorlara imza atıb. Bu terrorlar təkcə insanlarımıza qarşı deyil, eyni zamanda ekologiyamıza qarşı da törədilib. Bu gün Ermənistan ekoloji terroru davam etdirmək üçün Azərbaycanın 500-600 metr yaxınlığında iri metallurgiya kombinatının tikintisinə başlayıb. Arazdəyəndə inşa olunan metallurgiya zavodunun illik istehsal gücü 180 min tondan yuxarıdır. Bu isə kifayət qədər böyük tullantı və zəhərli qaz deməkdir. Ermənistanın bu addımı açıq-aşkar ekologiyamıza qarşı cinayətdir. Dövlət olaraq biz bu cür ekoloji cinayətə göz yuma bilmərik".

Deputat vurğulayıb ki, Ermənistan bu zavodu tikməzdən öncə mütləq şəkildə Azərbaycanın da razılığını almalı idi:

"Azərbaycanın razılığı olmadan belə bir addımın atılması Ermənistanın ölkəmizə qarşı növbəti təxribatıdır. Düşünürəm ki, ekologiyanın qorunmasını özünün başlıca prinsipi hesab edən beynəlxalq təşkilatlar və birliklər Ermənistanın bu addımını pisləməli, bu ölkəyə qarşı sanksiyalar tətbiq etməlidir".

Deputat söyləyib ki, Ermənistanın son günlər atdığı addımlar sülh müqaviləsinin imzalanmasına maneə olmaq və regionda vəziyyəti gərginləşdirməyə yönəldib:

"Ermənistan 44 günlük Vətən müharibəsində aldığı dərsi unutmamalı, Azerbaycanla münasibətlərin normallaşması istiqamətində addımlar atmalıdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1651   Tarix: 20 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda istilik mövsümü vaxtından əvvəl başlayacaq?

Hər il Azərbaycanda istilik mövsümü noyabrın 15-dən etibarən başlayır. Bu isə sakinlərin bir qisminin narazılığına səbəb olur. Sakinlər istilik mövsümünün noyabrın 1-dən başlamasını istəyirlər. Maraqlıdır, bəs görəsən, istilik mövsümü təyin olunan vaxtdan əvvəl başlaya bilərmi?. Məsələ ilə bağlı -a açıqlamasınd

7 oktyabr
.

"Texnologiya müəllimi əvəz edə bilməz" - Reyhan Rzayeva ilə MÜSAHİBƏ

"Texnologiya müəllimin fəaliyyətinə təsir göstərir və düşünürəm ki, gələcəkdə də daha çox təsir göstərəcək. Belə deyək ki, texnologiyadan istifadə etmək lazımdır, vacibdir. Sadəcə, texnologiya müəllimi əvəz edə bilməz". Bu fikirləri -a müsahibəsi zamanı 207 nömrəli məktəbin ingilis dili müəllim

6 oktyabr
.

Gürcüstana gedənlərə şad xəbər: Artıq vaxt itirmədən, bir neçə dəqiqəyə səyahət sığortasını onlayn almaq mümkündür

Gürcüstana səfər planlaşdıran vətəndaşlar üçün səyahət sığortasının əldə olunması artıq daha rahat və sürətli şəkildə həyata keçirilə bilər. "SIGORTA online" platforması Gürcüstana səfər edənlərə sərhəd tələblərinə uyğun səyahət sığortasını tam onlayn formada təqdim edir. İstifadəçilər sığort

7 oktyabr
.

"Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz"

Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz. "Report"a istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Dünya və Ənənəvi Din Liderləri Qurultayı Katibliyinin XXIV iclasında çıxışı zamanı deyib. Onun sözlərin

7 oktyabr
.

Qızlar "kişi peşələri"nə üz tutur: Əmək bazarında nələr dəyişəcək?

Son dövrlərdə peşə təhsilinə maraq göstərən qızların sayında artım müşahidə olunur. Əmək bazarında praktiki bacarıqlara və müxtəlif peşələr üzrə ixtisaslı kadrlara tələbatın yüksəlməsi, eləcə də peşə təhsilinin məşğulluq imkanları yaratması bu marağın artmasına təsir edən amillər sırasında göstəril

6 oktyabr
.

Korrupsiya xəbərini verən işçiyə təzyiqin qarşısı necə alınacaq?

Korrupsiya barədə məlumatlara 20 iş günü ərzində baxılacaq. Qaynarinfo-nun məlumatına görə, sözügedən məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan "Korrupsiya ilə əlaqədar hüquqpozmalarl

6 oktyabr
.

Aqşin Fatehə ağır itki

Meyxanaçı Aqşin Fatehə ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib. Bu haqda Aqşin Fateh özü məlumat yayıb. Allah rəhmət eləsin!

7 oktyabr
.

Azərbaycan Universitetinin dərs otağına yağış suları damıb

"Kiçik tutumlu auditoriyalardan birində su sızması olub". Bu barədə -in sorğusuna cavab olaraq Azərbaycan Universitetinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, aidiyyəti şöbə tərəfindən həmin auditoriyaya baxış keçirilib və yaranmış vəziyyətlə bağlı tədbirlər görülür:. "Videoda

6 oktyabr
.

Səidə Sultandan hakimə sərt çağırış: "Camaatın balalarını bədbəxt etməyin" - VİDEO

Səidə Sultan uzun fasilədən sonra sosial media paylaşımı edib. "Yeni Sabah" xəbər verir ki, ifaçı bir neçə gün əvvəl Bakıda 4 uşaq atasının hamilə iti döyərək balkondan aşağı atması və öldürməsinə münasibət bildirib. Səidə Sultan hadisə ilə bağlı vətəndaşa 25 sutka inzibati həbs cəzası verilməsin

7 oktyabr