Azərbaycanla Qazaxıstan arasında bir sıra sənədlər imzalanıb - FOTO

Azərbaycanla Qazaxıstan arasında bir sıra sənədlər imzalanıb - FOTOAzərbaycanla Qazaxıstan arasında bir sıra sənədlər imzalanıb.

Nazirlər Kabinetindən verilən məlumata görə, iyunun 22-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Bakıda rəsmi səfərdə olan Qazaxıstan Respublikasının Baş naziri Alixan Smailov ilə görüşüb.

Hökumət başçıları əvvəlcə təkbətək görüş keçirərək ikitərəfli gündəliyin aktual məsələlərinə toxunublar.

Sonra Ə.Əsədov və A.Smailov iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə görüşü davam etdiriblər.

Görüşdə A.Smailovun Qazaxıstanın baş naziri vəzifəsinə yenidən təyin olunduqdan sonra ilk xarici rəsmi səfərini məhz Azərbaycana etməsindən məmnunluq ifadə olunub.

Qeyd edilib ki, ötən il Azərbaycan və Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlamətdar olub. Bu illər ərzində iki ölkə bütün sahələrdə konstruktiv dialoq və qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına nail olub.

Vurğulanıb ki, prezidentlər İlham Əliyev və Kasım-Jomart Tokayevin birgə səyləri ilə Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlığı bu gün bütün istiqamətlər üzrə inkişaf edir və hərtərəfli xarakter daşıyır.

Tərəflər ali səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin iki ölkənin səmərəli əlaqələrinə böyük töhfə verdiyini qeyd ediblər. Azərbaycan Prezidentinin cari ilin aprelində Qazaxıstana uğurlu rəsmi səfəri bunun növbəti təsdiqi kimi qiymətləndirilib.

Səfər çərçivəsində bir sıra vacib sənədlərin imzalanmasının əhəmiyyəti vurğulanıb, bunlardan ən mühümünün "Azərbaycan Respublikası və Qazaxıstan Respublikası Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Protokol"un olduğu bildirilib.

Ə.Əsədov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Qazaxıstanda tədbirlərin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını ifadə edib.

Hökumət başçıları Qazaxıstan prezidentinin Azərbaycana ötənilki rəsmi səfərinin səmərəli nəticələrini də qeyd ediblər. Vurğulanıb ki, bu səfər bir sıra çox mühüm sənədlərin imzalanması ilə əlamətdar olub. Xüsusilə "Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə" Azərbaycan-Qazaxıstan əlaqələrini keyfiyyətcə yeni səviyyəyə çıxarıb.

Qazaxıstan prezidentinin işğaldan azad edilən Füzuli şəhərində uşaqlar üçün Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin inşası ilə bağlı təşəbbüsünə görə minnətdarlıq ifadə olunub.

Qeyd edilib ki, Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın əsas istiqamətini ticari-iqtisadi əlaqələr təşkil edir. Tərəflər 2022-ci ildə əmtəə dövriyyəsinin əhəmiyyətli şəkildə - təxminən 4,5 dəfə artaraq 600 milyon dollar həddinə çatmasından məmnunluq ifadə ediblər.

İki ölkənin iqtisadi inkişaf səviyyəsi və potensialı nəzərə alınmaqla, yeni göstəricilərə nail olmaq üçün bundan sonra da birgə səylərin göstərilməsinə hazırlıq ifadə olunub.

Ticari-iqtisadi əlaqələrin inkişafı ilə bağlı məsələlərin həllində Birgə hökumətlərarası komissiyanın rolu qeyd edilib.

Nəqliyyat-logistika əlaqələrinə prioritet əhəmiyyət verildiyi bildirilib. Transxəzər beynəlxalq nəqliyyat marşrutunun (Orta Dəhliz) əhəmiyyəti xüsusi qeyd olunub. Ötən il Azərbaycan və Qazaxıstan arasında yükdaşımaların ümumi həcminin təxminən 3 dəfə, tranzit yükdaşımalarının isə 3,2 dəfə artmasından məmnunluq ifadə edilib. Orta Dəhliz üzrə yüklərin nəqlinin artırılmasına dair dövlət başçılarının tapşırıqlarının hökumət xətti ilə icra edilməsinə tərəflərin sadiqliyi ifadə olunub.
Baş nazirlər neft-qaz sahəsində əməkdaşlığın müsbət məcrada inkişafını vurğulayıblar, Qazaxıstan neftinin cari ildə Azərbaycan vasitəsilə üçüncü ölkələrin bazarlarına təchizatının başlanmasını məmnunluqla qeyd ediblər.

İki ölkənin kənd təsərrüfatı, mədəni-humanitar və digər sahələrdə qarşılıqlı əlaqələri müsbət qiymətləndirilib.

Hökumət başçıları, həmçinin bir sıra digər istiqamətlərdə, o cümlədən yüksək texnologiyalar, telekommunikasiyalar və bərpa olunan enerji sahələrində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.

Danışıqların yekunlarına görə Azərbaycan və Qazaxıstan arasında aşağıdakı sənədlər imzalanıb:

- "AzerTelekom" MMC ilə "Kazakhtelecom" SC arasında Səhmdarlar Müqaviləsi";

- "Azərbaycan Dəmir Yolları" QSC, "Qazaxıstan Dəmir Yolları Milli Şirkəti" SC və "Gürcüstan Dəmir Yolları" SC arasında birgə müəssisənin yaradılması və fəaliyyətinin əsas prinsipləri haqqında Saziş";

- "Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə "KazMunayQaz Milli Şirkət" SC arasında Qazaxıstan neftinin Azərbaycan Respublikasının ərazisindən tranzitinə dair strateji əməkdaşlıq haqqında Memorandum";

- "Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu";

- "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi arasında idman sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu";

- "Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu";

- "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Qazaxıstan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında 24 may 2005-ci il tarixli Saziş"in icrası ilə bağlı 2023-2024-cü illər üçün Tədbirlər Planı";

- "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi arasında Görüşün Protokolu";

- "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi arasında nəqliyyat sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi və Orta Dəhlizin rəqəmsallaşdırılması üzrə əməkdaşlıq Memorandumu";

- "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi arasında gəmilərin və dəmir yolu lokomotivlərinin təchizatı sahəsində əməkdaşlıq haqqında Memorandum".
Azərbaycanla Qazaxıstan arasında bir sıra sənədlər imzalanıb - FOTOAzərbaycanla Qazaxıstan arasında bir sıra sənədlər imzalanıb - FOTO


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 758   Tarix: 22 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Əli Əsədov Denis Afanasyevi qəbul edib

İyunun 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasının Həştərxan vilayətinin vitse-qubernatoru və Hökumətinin sədri Denis Afanasyevi qəbul edib. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, qəbul zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyasını

25 iyun
.

İki qardaş dövlət arasındakı əlaqələrin yeni mərhələyə yüksəldilməsi

Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasındakı strateji müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi və iki qardaş dövlət arasındakı əlaqələrin yeni bir mərhələyə yüksəldilməsidir. Bəyannamənin imzalanması elə bir zaman kəsiyinə təsadüf edir ki, həm mənəvi, həm də siyasi yükünə görə, bundan dah

9 iyun
.

"Türk xalqlarının birliyi ideyası əsrlər boyu formalaşıb" - DEPUTAT

"Birinci Türkoloji Qurultay ilk dəfə 1926-cı ildə Bakıda keçirilib. 100 il sonra keçirilməsi təşəbbüsü Prezident İlham Əliyev tərəfindən 2025-ci il oktyabrın 6-7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə Görüşündə irəli sürülüb", - bunları -a danışa

30 iyun
.

Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb

Prezident İlham Əliyev dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb. -a istinadən xəbər verir ki, Fərmana əsasən "Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi" publik hüquqi şəxsin əsasında Azərbayca

25 iyun
.

"Bu gün Azərbaycan Ordusu regionun ən güclü silahlı qüvvələrindən biri hesab olunur" - Pərvanə Vəliyeva

"Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin və milli təhlükəsizliyinin əlamətdar tarixi günlərindən olan 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qəhrəmanlıq salnaməsini, ordumuzun şərəfli inkişaf yolunu və vətən uğrunda canından keçmiş igid oğul və qızlarımızın əzi

23 iyun
.

"Milli Qurtuluş Günü müasir Azərbaycanın uğurlarının təməlində dayanan siyasi fəlsəfənin təntənəsidir" - DEPUTAT

"Azərbaycan xalqının taleyində elə tarixi günlər var ki, onlar təkcə müəyyən bir dövrün hadisəsi deyil, bütöv bir xalqın gələcəyini müəyyənləşdirən dönüş nöqtəsi kimi qiymətləndirilir. 1993-cü il iyunun 15-i məhz belə günlərdən biridir. Bu tarix Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsində

9 iyun
.

Prezident Lyayenlə təkbətək görüşdü - Fotolar

Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə təkbətək görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

1 iyul
.

Hacı Həssənal Bolkiah İlham Əliyevə məktub göndərdi

Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. -a istinadən həmin məktubun mətnini təqdim edir:. "Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Respublikası Hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırmaqda

11 iyun
.

Bu institut ləğv edilir

"Bakımənzilkommunlayihə" Layihə İnstitutu ləğv ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. "Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakımənzilkommunlayihə" Layihə İnstitutunun ləğv edilməsi ilə bağlı zəruri tədbirlə

10 iyun