"105-ci ilini qeyd etdiyimiz rəşadətli Azərbaycan Ordusu bu gün dünyanın 50 ən güclü ordusundan biridir" - DEPUTAT

"105-ci ilini qeyd etdiyimiz rəşadətli Azərbaycan Ordusu bu gün dünyanın 50 ən güclü ordusundan biridir" - DEPUTAT"Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Müzəffər Ordusu öz gücü ilə ölkəmizin ərazi bütövlüyünü bərpa edərək adına Azərbaycan tarixinə qızıl hərflərlə yazdırıb".

Bunu Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib.

Deputat qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu sahəsində gördüyü işlər sayəsində Azərbaycan Silahlı Qüvvələri bu gün qüdrətli və güclü ordular siyahısındadır:

"Azərbaycan müstəqillik əldə etdiyi ilk illərdə ölkədə vəziyyət ağır olaraq qalırdı. AXCP və Müsavat cütlüyü hakimiyyət uğrunda mübarizə aparırdı. Ordu quruculuğundan söhbət belə gedə bilməzdi. Hakimiyyəti zorla əldə etdikdən sonra yaranan ayrı-ayrı özünümüdafiə batalyonları vəzifədə olan şəxslərin maraqlarını müdafiə etməsi torpaqlarımızı işğal etmək üçün Ermənistan üçün fürsət yaratdı. Yaranan şəraitdən istifadə edən Ermənistanın separatçı rəhbərliyi 20 faiz torpaqlarımızı işğal etdi. Xalqının dar günündə Azərbaycana qayıdan ulu öndər Heydər Əliyev dövlətimizin yenidən başqa ölkənin müstəmləkəsinə çevrilməsindən xilas etdi. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bütün sahələrin inkişafı üçün çox mühüm addımlar atıldı. Vahid ordu sistemi yaradıldı. Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlər sayəsində qüdrətli və güclü ordular siyahısında Azərbaycan Silahlı Qüvvələrinin də adı var. Hər il Azərbaycan ordusun qüvvətlənməsi, silah və texniki bazasının gücləndirilməsi istiqamətində ölkə rəhbərliyi tərəfindən ciddi addımlar atılır. Həmin addımlar nəticəsində qısa müddət ərzində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoyaraq ərazi bütövlüyümüzü bərpa etdi".

Deputat söyləyib ki, bir neçə gündən sonra yaranmasının 105-ci ilini qeyd etdiyimiz rəşadətli Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusundan biridir:

"Bu gün Azərbaycan Ordusunun yaradılmasının 105-ci ildönümünü hər birimiz iftixar və böyük qürur hissi ilə hissi ilə qeyd edirik. 44 günlük Vətən müharibəsində Azərbaycanın Müzəffər Ordusunun əldə etdiyi möhtəşəm qələbənin yaratdığı yeni reallıqlar regionda davamlı sülhün təmin olunmasına xidmət edir. Bu gün düşmən bizim diqtəmizlə hərəkət edir. Status-kvo və ermənilərin uydurduqları "keçilməz təmas xətti" ordumuz tərəfindən darmadağın edilərək, müharibənin gələcək nəsillərə ötürülməsinin qarşısını aldı. Silahlı Qüvvələr Günü münasibətilə ilə başda Ali Baş Komandan İlham Əliyev olmaqla bütün hərbiçilərimizi təbrik edirəm. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1245   Tarix: 24 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Avtobuslar qarajda, sərnişinlər dayanacaqda: Sürücülər niyə işləmək istəmir? - İQTİSADÇIDAN AÇIQLAMA

Avtobuslar qarajlarda dayanır, sərnişinlər isə dayanacaqlarda uzun müddət gözləyir. Ortada isə ciddi bir sual yaranır: problem avtobus çatışmazlığındadır, yoxsa bu avtobusları idarə edəcək sürücülərin olmamasında?. Marşrut sürücülərinin sözlərinə görə, qarajlarda işlək avtobuslar kifayət qədərdir, laki

7 oktyabr
.

Elza Seyidcahan Rəşid həkimi 500 manat cərimələtdirdi

Əməkdar artist, bəstəkar Elza Seyidcahanın (Qasımova) tibb elmləri namizədi Rəşid Mahmudova qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib. APA-ya istinadən xəbər verir ki, mülki iddiaya Yasamal rayon Məhkəməsində hakim Fuad Hüseynovun sədrliyi ilə baxılıb. Prosesdə Elza Seyidcahanın vəkili Elşən Behbudo

7 oktyabr
.

Korrupsiya barədə məlumat verən şəxsə minimum əməkhaqqının 25 mislinədək mükafat veriləcək

Korrupsiya barədə məlumat verən şəxsə minimum əməkhaqqının 25 mislinədək mükafat veriləcək, bu gəlir vergisindən azad olunacaq. "Report" xəbər verir ki, bununla bağlı "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında" yen

6 oktyabr
.

Pensiyalar bu tarixdə ödəniləcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının oktyabrın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Qeyd edək ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların pensiyalarının bu ayın 20-dən, müavinətləri

7 oktyabr
.

"Kənd yumurtası"ndan embrion çıxdı: Nə etmək lazımdır? - Ekspertdən AÇIQLAMA

Mağazalarda "kənd yumurtası" adı ilə satılan məhsulların keyfiyyəti və təhlükəsizliyi istehlakçılar üçün mühüm məsələlərdəndir. Yumurtanın içindən embrion çıxması onun mayalanmış olması ilə bağlı ola bilər, lakin məhsulun saxlanma şəraiti və temperatur rejimi də bu prosesə təsir göstərə bilər

7 oktyabr
.

BDYPİ-dən sürücülərə XƏBƏRDARLIQ

Respublika ərazisində keçirilən "Təmiz hava" aylığı çərçivəsində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarət tədbirləri davam etdirilir. Bu barədə -a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, tədbir zamanı nəqliyyat vasitələrinin texnik

6 oktyabr
.

Aqşin Fatehə ağır itki

Meyxanaçı Aqşin Fatehə ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib. Bu haqda Aqşin Fateh özü məlumat yayıb. Allah rəhmət eləsin!

7 oktyabr
.

Bakıda kirayə evlər bahalaşır: Tələbələr üçün hansı ərazilər münasibdir?

Yeni tədris ilinin başlaması ilə Bakıda kirayə mənzil bazarında ənənəvi mövsümi canlanma müşahidə olunur. Xüsusilə bölgələrdən paytaxta gələn tələbələrin mənzil axtarışlarının artması 1 və 2 otaqlı, metroya və ali təhsil müəssisələrinə yaxın mənzillərə tələbi yüksəldir. Tələbin artması fonunda bəzi ərazilərd

6 oktyabr
.

İlqar Mustafayevin oğlu məhkəmədə nəyi etiraf etmədi?

Dənizkənarı Bulvar İdarəsində mənimsəmədə təqsirləndirilən İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və "GİRASOL" MMC-nin direktoru Fuad Babayevin məhkəməsinin növbəti iclası keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanı

7 oktyabr