"Parlamentin 24 iyun iclasında prezident səlahiyyətlərinin Heydər Əliyevə verilməsi Azərbaycanın gələcək taleyində mühüm rol oynadı"-Deputat

"Parlamentin 24 iyun iclasında prezident səlahiyyətlərinin Heydər Əliyevə verilməsi Azərbaycanın gələcək taleyində mühüm rol oynadı"-Deputat"Parlamentin 1993-cü il 24 iyun tarixli iclasında Milli Məclisin Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə çıxartdığı qərar Azərbaycan dövlətinin gələcək taleyində mühüm rol oynadı. Ulu öndər Heydər Əliyev iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi dövrdə parlamentin işinə yeni nəfəs verdi. Ordu quruculuğu işində mühüm qərarlar qəbul edildi. Xalqın rifahı və dövlətin gələcək inkişafı üçün çox əhəmiyyətli qərar və qanunlar işlənib hazırlandı, müstəqil dövlətin Konstitusiyası qəbul edildi".

Bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva Sonxeber.az-a deyib.

Deputat qeyd edib ki, Azərbaycan xalqının Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi qarşısında duruş gətirə bilməyən ölkənin o dövrdəki rəhbərliyi ulu öndəri Bakıya dəvət etməyə məcbur oldu:

"Bugünkü güclü, qüdrətli, müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının xilaskarı, dahi şəxsiyyət Heydər Əliyev bütün ömrünü dövlətinin müstəqilliyinə, xalqının azad yaşamasına həsr etmişdir. Dəfələrlə həyatı təhlükə altında olanda ölümlə üz-üzə qalanda da ulu öndər Heydər Əliyev bir an belə bu müqəddəs amaldan geri çəkilmədi.O, Azərbaycan Respublikasının müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özünün əsas vəzifəsi hesab etmişdir.
Azərbaycan 1991-ci ildə müstəqillik qazansa da hakimiyyətin başında duran şəxslər ölkədə baş verən ictimai-siyasi proseslərə nəzarət edə bilmirdilər. 1992-ci ildə AXC-Müsavat cütlüyü hakimiyyətə gəldikdən sonra Azərbaycanda iqtisadi-siyasi böhran daha da dərinləşməyə başladı. 1993-cü ilin may-iyun aylarında ölkəmizdə vətəndaş müharibəsi təhlükəsi yaranmışdır və Azərbaycan müstəqilliyini itirməklə üz-üzə qalmışdı. Ölkəni bu ağır durumdan yalnız Heydər Əliyev kimi dahi şəxsiyyət qurtara bilərdi. Azərbaycan xalqının Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi qarşısında duruş gətirə bilməyən ölkənin o dövrdəki rəhbərliyi ulu öndəri Bakıya dəvət etməyə məcbur oldu. 1993-cü il 15 iyun tarixində xalqın təkidli tələbi ilə Heydər Əliyev Azərbaycan Respublikasının Ali Sovetinin sədri seçildi. Həmin gün Heydər Əliyevin parlamentdə tarixi çıxışı oldu. Çıxışında Heydər Əliyev Azərbaycanı düşdüyü bu ağır vəziyyətdən çıxarmaq üçün əlindən gələni edəcəyini, Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini qorumaq və gələcəkdə güclü bir dövlətə çevirmək üçün yorulmadan çalışacağını vurğulamışdır. Ulu öndər Heydər Əliyevin çıxışında "ömrümün bundan sonra qalan hissəsini, harda olur olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm" deməsi, Azərbaycan xalqının qəlbində bir ümüd çırağı yandırdı. Azərbaycan xalqı Heydər Əliyevə inanırdı və anlayırdı ki, bu dahi şəxsiyyət xalqı gözəl gələcəyə aparacaq, dövlətimizi güclü bir ölkəyə çevirəcək. Ulu öndər Heydər Əliyev Ali Sovetin Sədri kimi parlamentin işində hər zaman aşkarlığa üstünlük verirdi. Milli Məclisin iclasları, mətbuat konfransları, müşavirələr, televiziyada canlı olaraq yayımlanırdı. Ölkəmizdəki vəziyyət barədə xalqa doğru-dürüst məlumat verilirdi. Parlamentin 1993-cü il 24 iyun tarixli iclasında Milli Məclisin Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə çıxartdığı qərar Azərbaycan dövlətinin gələcək taleyində mühüm rol oynadı. Ulu öndər Heydər Əliyev iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi dövrdə parlamentin işinə yeni nəfəs verdi. Ordu quruculuğu işində mühüm qərarlar qəbul edildi. Xalqın rifahı və dövlətin gələcək inkişafı üçün çox əhəmiyyətli qərar və qanunlar işlənib hazırlandı, müstəqil dövlətin Konstitusiyası qəbul edildi. Ulu öndər Heydər Əliyev ölkədə baş verən separatçılığın və vətəndaş qarşıdurmasının qarşısını aldı. Avqustun 7-də ölkəmizin cənub bölgəsində "Talış-Muğan Respublikası" elan olunmuşdur. Avqustun 17-də Milli Məclis "Azərbaycan Respublikasının Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında yaranmış vəziyyət haqqında" Qərar qəbul etdi və bu hadisəyə siyasi qiymət verildi. Tezliklə əhalinin istəyi və Heydər Əliyevin qətiyyətli siyasəti nəticəsində bu avantüraya son qoyuldu".

Kamilə Əliyeva vurğulayıb ki, kiçik bir dövlət olan Azərbaycan qısa bir müddətdə Heydər Əliyevin siyasəti nəticəsində dünyada nüfuzlu bir dövlətə çevrildi. Dünyayın böyük dövlətləri və beynəlxalq təşkilatları Azərbaycanla ciddi münasibətlər qurmağa başladılar:

"Ali Sovetin sədri vəzifəsində çalışdığı dövrdə ulu öndər Heydər Əliyev parlamentə yeni ruh və siyasi mədəniyyət gətirdi. Ulu öndər Heydər Əliyevin parlament iclasını aparmaq tərzi, qaldırılan problemlərin həll edilməsi üçün görüləcək tədbirlərin həyata keçirilməsi yönümündə atılacaq addımlar, söylənilən bütün fikirləri cəmləşdirərək düzgün qərarların qəbul edilməsi hər bir parlament üzvü üçün bir örnək, əsl məktəb idi. Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və öz xalqının xilaskarı kimi hər zaman Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.
Ulu öndər Heydər Əliyev dünyanın inkişaf etmiş ölkələrində sınaqdan çıxmış inkişaf modellərini Azərbaycan reallıqlarına uyğunlaşdıraraq yeni mütərəqqi bir iqtisadi-siyasi model yaratmışdır. Qısa zamanda xarici investorların ölkəmizə sərmayə yatırmaları üçün əlverişli mühüt yaratmışdır. Ulu öndər Azərbaycan dövlətinin inkişafını yalnız ölkədə demokratiyanın bərqərar olmasında, sərbəst iqtisadiyyatın, sahibkarlığın inkişaf etdirilməsində görürdü. Ulu öndər Heydər Əliyev dövlətçiliyin əsasını qoydu, milli ideologiyanı və onun əsasını təşkil edən azərbaycançılıq məfkurəsini yaratdı.
Kiçik bir dövlət olan Azərbaycan qısa bir müddətdə Heydər Əliyevin siyasəti nəticəsində dünyada nüfuzlu bir dövlətə çevrildi. Dünyayın böyük dövlətləri və beynəlxalq təşkilatları Azərbaycanla ciddi münasibətlər qurmağa başladılar. Ulu öndər Heydər Əliyev o dövrlərdə baş alıb gedən özbaşınalığa, hərc-mərcliyə son qoydu. Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu ön plana çəkildi, ölkədə qanunun aliliyi təmin edildi. Azərbaycan tarixinin yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biri olan Heydər Əliyev rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı ağır və sərt sınaqlardan çıxartdı, ölkənin gələcək inkişaf strategiyasını yaratdı.
Bütün həyatını xalqına xidmət etməyə həsr etmiş ulu öndər Heydər Əliyev həmişə xalqa arxalanmışdır. Azərbaycan xalqı da hər zaman Heydər Əliyevə dəstək olmuşdur. Xalq inanırdı ki, ən ağır günlərdə Heydər Əliyev Azərbaycanın müstəqilliyini, suverenliyini qoruyacaq və bu istiqamətdə ən müdrik və qətiyyətli qərarlar verəcək. Ulu öndər Heydər Əliyev dahi tarixi şəxsiyyət, güclü lider və dövlət başçısı idi. Heydər Əliyev bütün dünyada idarə etmənin üstadı, siyasətin, diplomatiyanın kamil bilicisi kimi tanınırdı.Ulu öndər Azərbaycan xalqının, Azərbaycan dövlətinin ən ağır günlərində hakimiyyətə gələrək dövlətini, xalqını bu ağır vəziyyətdən çıxarmağı bacarmışdı. Sovetlər İttifaqı dövründə ağır iqtisadi durumda olan Azərbaycanı ən qabaqcıl respublikaya çevirdi, müstəqilliyimizin ilk illərində parçalanmaq, müstəqilliyini itirmək təhlükəsilə üz-üzə qalan Azərbaycanı dirçəltdi, qüdrətli bir dövlətin təməlini qoydu. İllər keçdikcə gələcək nəsillər Heydər Əliyevin həyatını, irsini, Azərbaycan dövləti və xalqı qarşısında misilsiz, ölçüyəgəlməz xidmətlərini öyrəndikcə bu dahi şəxsiyyətin adını əbədi yaşadacaq".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1367   Tarix: 24 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam

Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin

19 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr