İqtisadiyyat Nazirliyində ÜƏMT-in baş direktor müavinilə görüş olub
İqtisadiyyat naziri Mikayıl Cabbarov və Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) baş direktorunun müavini Həsən Kleib ilə görüşüblər.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, görüşdə bildirilib ki, Azərbaycanda son illər ərzində elmi tədqiqat potensialı müasirləşdirilib, müasir texnologiyaların tətbiqində əqli mülkiyyətin rolu artırılıb. Ölkəmizin milli prioritetlərinin 2-si məhz Azərbaycanın dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyata, rəqabətli insan kapitalına sahib olmasını və müasir innovasiyalar məkanına çevrilməsini hədəfləyir. Hazırlanan Rəqəmsal İqtisadiyyat Strategiyasında da bilik və bacarıqların Dördüncü Sənaye İnqilabı və rəqəmsal iqtisadiyyatın tələblərinə uyğunlaşdırılması öz əksini tapıb.
Bildirilib ki, innovasiyaları dəstəkləyən əqli mülkiyyətin inkişafı, aparıcı iqtisadi sahələrdə əqli fəaliyyətin nəticələrinin təşviqi, peşə hazırlığının keyfiyyətinin artırılması müasir çağırışlar olaraq ölkəmizin də əsas məqsədlərindəndir və bu istiqamətdə müvafiq işlər görülür.
Həsən Kleib əqli mülkiyyət hüquqlarının beynəlxalq səviyyədə qeydiyyatının stimullaşdırılması, effektiv patent qeydiyyatı prosedurlarının qurulması və əqli mülkiyyət hüquqları ilə bağlı məlumatlılığın artırılması barədə fikrilərini bölüşüb, ölkəmizin bu istiqamətdə əldə etdiyi nəticələri yüksək qiymətləndirib.
Görüşdə sahibkarlıq subyektləri üçün əmtəə nişanları və coğrafi göstəricilər üzrə təcrübə mübadiləsinin təşkili, əqli mülkiyyət hüquqlarının müdafiəsinin təminatının iqtisadi siyasətə çevrilməsi məsələləri müzakirə olunub.
Qeyd edilib ki, aparıcı iqtisadi sahələrdə əqli fəaliyyətin nəticələrinin təşviqi, innovasiya və yaradıcılığa dövlət dəstəyinin genişləndirilməsi, əqli mülkiyyətin üstünlük təşkil etdiyi yaradıcı iqtisadiyyatın inkişafının dəstəklənməsi müasir çağırışlar olaraq ölkəmizin əsas pioritetlərindəndir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Britaniya şirkəti Azərbaycanda mis istehsalını 7 dəfədən çox artırıb
Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator olan Böyük Britaniyanın "Anglo Asian Mining PLC" şirkəti (AAM) bu ilin birinci yarısında 12,329 unsiya qızıl hasil edib. şirkətin məlumatına istinadən xəbər verir ki, bu, 2025-cü ilin ilk yarəsə ilə müqayisədə 1,8 % çoxdur. "Angl
21 sentyabrAzərbaycan Dominikandan siqar idxalını 10 dəfə artırıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 745 min ABŞ dolları dəyərində 2,02 milyon ədəd siqar (tərkibində tütün olan, ucları kəsilmiş və nazik) idxal edib. -n Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind
24 sentyabrAzərbaycanda pul bazası 15 %-dən çox artıb
Bu il oktyabrın 1-nə Azərbaycanda pul bazası 24 milyard 817,9 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 2,4 % çoxdur. Ölkədə pul bazası ilin əvvəlinə nisbətən 10,4 %, son 1 ildə isə 15,2 % artıb
2 oktyabrMal ətinin qiyməti niyə BAHALAŞIR? - AÇIQLAMA
Son dövrlər mal ətinin qiymətində artım müşahidə olunur və bu, istehlakçıların gündəlik xərclərinə təsir edən əsas məsələlərdən birinə çevrilib. Ət bazarında qiymətlərin yüksəlməsi heyvandarlıq təsərrüfatlarının xərcləri, yem və digər istehsal məsrəfləri, həmçinin bazarda tələb və təklif arasındakı nisbətl
25 sentyabrBrent markalı neftin qiyməti artaraq 101,74 dollar/barelə çatıb
Bazar iştirakçıları Yaxın Şərqdəki vəziyyəti və onun həlli perspektivlərini qiymətləndirərkən, neft qiymətləri çərşənbə axşamı səhər dörd günlük enişdən sonra yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışl
22 sentyabrNaxçıvanda qadın sahibkarlar 1,4 milyon manatdan artıq güzəştli kredit alıb
İndiyə qədər Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu qadın sahibkarların layihələrinin maliyyələşdirilməsə 1,4 milyon manatdan çox güzəştli kredit ayırıb. "Report"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvanın iqtisadiyyat naziri Kazım Hüseynəliye
18 sentyabrBrent markalı neftin qiyməti artaraq 107,32 dollar/barelə çatıb
Neft qiymətləri, Yaxın Şərq münaqişəsinin tez bir zamanda sona çatacağına dair şübhələrdən irəli gələn əvvəlki günkü artımdan sonra çərşənbə axşamı səhəri yüksəlir. xəbər verir ki, Londondakı ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti 2,04 dollar və ya 1,94 fai
29 sentyabr