Azərbaycanın pul nişanları ilk dəfə Milli Tarix Muzeyində sərgilənəcək

Azərbaycanın pul nişanları ilk dəfə Milli Tarix Muzeyində sərgilənəcəkAzərbaycan Mərkəzi Bankının (AMB) tədavülə buraxdığı kağız, metal, o cümlədən yubiley, xatirə və investisiya məqsədli pul nişanları ilk dəfə Milli Azərbaycan Tarix Muzeyinin yeni qurulacaq ekspozisiyasında sərgilənməsi məqsədilə Muzeyə təqdim edilib.

Məlumata görə, muzeyə təqdim edilmiş kolleksiyada Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş yubiley pul nişanları silsiləsi müstəsna yerə malikdir. Eləcə də ölkəmizin tarixində ilk dəfə olaraq Ulu Öndərin anadan olmasının 100 ilinə həsr olunmuş Azərbaycan qızılı əsasında hazırlanmış investisiya məqsədli pul nişanları da Muzeydə sərgilənəcək.

Azərbaycan tarixinin ən şanlı səhifəsi kimi Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində əldə edilmiş Böyük Zəfər tarixini əbədiləşdirmək məqsədilə tədavülə buraxılmış 500 manat nominallı banknot və "Zəfər" xatirə pul nişanları Milli Azərbaycan Tarix Muzeyinin ən dəyərli eksponatları arasında yer alacaq.

Təqdim edilən pul nişanları arasında ölkəmizin görkəmli şəxsiyyətlərinə, əhəmiyyətli tarixi hadisələrinə, incəsənətinə, mədəniyyətinə həsr edilmiş qiymətli metallardan hazırlanmış pul nişanları da mövcuddur.

Muzey yeni qurulan ekspozisiyanın tezliklə ziyarətçilərin ixtiyarına veriləcəyini bildirib.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1351   Tarix: 25 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qızıl bahalaşdı

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyəri 0,67% artaraq 4 018,8 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə 2026-c

18 iyul
.

Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci 7 % azaldıb

Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 926,908 milyon ABŞ dolları dəyərində mal idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7 % azdır. Beş ayda Azərbaycanın idxalı Türkiyənin ümumi ixracının 1 %-ni təşki

13 iyun
.

Şirinləşdirilməmiş suların istehsalı artıb

Bu ilin birinci yarısında ölkədə 17009,0 min dekalitr (dkl) şirinləşdirilməmiş sular istehsal edilib ki, bu da 2025-ci ilin eyni dövrünün göstəricisindən 11,5 faiz çoxdur. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, təkcə iyun ayında 3 584,2 min dkl şirinləşdirilməmiş sular istehsal olunu

6 avqust
.

Qlobal bazarlarda qızıl, gümüş və platin ucuzlaşıb

Qlobal əmtəə bazarlarında qiymətli və sənaye metallarının qiymətində eniş qeydə alınıb. xəbər verir ki, COMEX birjasında avqust fyuçersləri üzrə qızılın qiyməti 73 dollar və ya 1,72% azalaraq bir unsiya üçün 4 172,9 dollara düşüb. Spot qızıl isə 54,26 dollar və ya 1,29% ucuzlaşaraq 4 155,71 dollar olub

20 iyun
.

Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalı xərcini 36 %-dən çox artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 134,21 milyon ABŞ dolları dəyərində elektrik məhsulları idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 36,2 % çoxdur. Təkcə iyunda isə Türkiyə Azərbaycana 22,193 milyo

11 iyul
.

Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 46 % artıb

Bu ilin yanvar-may aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 482 milyon 267 min ABŞ dolları təşkil edib. "Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 46 % çoxdur. Hesabat dövründə Gürcüstan ilə ticarə

5 iyul
.

DGK sədri: "Azərbaycan Aİ-nin yeni tranzit sisteminə qoşulur"

"Azərbaycan Avropa İttifaqına (Aİ) üzv olan ölkələrin də iştirak etdiyi yeni tranzit sistemə qoşulmağa hazırlaşır". xəbər verir ki, bunu "Report" İnformasiya Agentliyi və "İctimai TV"yə müsahibəsində Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovnik

25 iyun
.

Yenilənmiş 100 manatlıqlar bu tarixdə tədavülə buraxılacaq

Cari ilin 15 iyul tarixində yenilənmiş 100 manatlıq pul nişanının tədavülə buraxılması nəzərdə tutulub. Bunu Trend-ə müsahibəsində Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Rəşad Məmmədov deyib. O bildirib ki, Mərkəzi Bank tərəfindən yenilənmiş pul nişanları və ya mövcud pul nişanlarında hər hans

3 iyul
.

Hörmüz boğazının bağlanması dünyanı iqtisadi böhranla üz-üzə qoya bilər? - İQTİSADÇIDAN AÇIQLAMA

Dünyanın ən strateji enerji marşrutlarından biri hesab olunan Hörmüz boğazının yenidən bağlanması ilə bağlı narahatlıqlar yenidən gündəmə gəlib. Böyük Britaniyanın "The Guardian" nəşri yazır ki, boğazın uzun müddət fəaliyyətini dayandırması ölkə iqtisadiyyatını tənəzzül riski ilə üz-üzə qoy

4 avqust