"Azərbaycan Silahlı Qüvvələrinin bugünkü arsenalında dünyanın ən müasir və güclü döyüş texnikaları yer alır"- Kamilə Əliyeva

"Azərbaycan Silahlı Qüvvələrinin bugünkü arsenalında dünyanın ən müasir və güclü döyüş texnikaları yer alır"- Kamilə Əliyeva"Bu gün bütün dünya Azərbaycanın güclü Ordusundan danışır.1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay oldu. Bu qısa müddət ərzində Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının əsası qoyuldu. 1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun təsis edilməsi ilə nizami hərbi hissələr yaradıldı. Daha sonra orduya çağırış haqqında fərman verildi. Tam formalaşmayan bu kiçik ordu Qarabağda, Şamaxıda, Göyçayda erməni daşnakları və bolşeviklərdən ibarət çoxsaylı ordu ilə qəhrəmanlıqla vuruşdu. AXC-nin süqutundan sonra Azərbaycanda milli ordu quruculuğu prosesi dayandı. Hakimiyyətə gələn bolşeviklər neçə-neçə generallarımızı ya güllələdilər, ya da uzaq Sibirə sürgünə göndərdilər".

Bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva Sonxeber.az-a deyib.

Deputat qeyd edib ki, 1969-cu ildə ulu öndər Heydər Əliyevin Azərbaycana hakimiyyətə gəlişindən sonra ölkəmizdə milli hərbi kadrların hazırlanmasına başlanıldı. Bu işdə ulu öndərin müstəsna xidmətləri oldu:
"1971-ci ildə SSRİ rəhbərlərinin böyük təzyiqlərinə baxmayaraq Heydər Əliyev Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin açılmasına nail oldu. Sovet rəhbərliyi hər zaman azərbaycanlı hərbi kadrların hazırlanmasına mane olmağa çalışırdı. Buna baxmayaraq Heydər Əliyev yüzlərlə azərbaycanlı gəncləri SSRİ-nin digər şəhərlərində yerləşən Ali hərbi məktəblərində təhsil almağa göndərdi.
1993-cü ildə xalqın haqlı tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev Azərbaycanda ordu quruculuğuna xüsusi diqqət ayırdı. AXC - Müsavat cütlüyünün hakimiyyəti zamanı Azərbaycanda Ordu başsız qalmışdı. Ermənistan ordusu demək olar ki, gündə bir kəndimizi işğal edirdi. Ordudakı hərc - mərclik, o vaxtki hakimiyyətdə olanların da etiraf etdikləri kimi fərarilik baş alıb gedirdi. Heydər Əliyev hakimiyyətə gəldikdən dərhal sonra bütün ordu birləşmələrini vahid komandanlıq ətrafında birləşdirdi. O zamanlar ulu öndərin komandanlığı altında Füzuli istiqamətində uğurlu hərbi əməliyyatlar keçirildi və ərazilərimizin bir hissəsi işğaldan azad edildi.
1994-cü ildə ulu öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycanla Ermənistan arasında atəşkəs haqqında müqavilə imzalandı. Bundan sonra Azərbaycanda güclü ordu quruculuğuna başlanıldı. Silahlı qüvvələrimizin maddi texniki bazası yenidən quruldu, hərbiçilərimizin sosial vəziyyətinə xüsusi diqqət ayrıldı. Ordumuz müasir silahlarla təmin olunmağa başladı.
Ulu öndərin 1998-ci il 22 may tarixli sərəncamına əsasən Əlahiddə Azərbaycan Korpusunun yaradıldığı gün 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü elan olundu və hər il bu tafıx rəsmi dövlət bayramı kimi qeyd edilməyə başladı.
Bu günkü güclü Azərbaycan Ordusunun yaranması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1999-cu ildə Heydər Əliyevin imzaladığı Fərmanla Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası yaradıldı, 2001 ci ildə Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilər Məktəbinin əsası qoyuldu. 2001-ci ildən Azərbaycan NATO-nun "Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat " planına qoşuldu. Beynəlxalq Sülhməramlı qüvvələrin tərkibində Azərbaycan hərbiçiləri İraqda, Kosovada, Əfqanıstanda xidmət keçməyə başladı.
Bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü orduya çevrildi. İlham Əliyevin təşəbbüsü ilə yaradılan Müdafiə Sənayesi Nazirliyi 400-dən çox müdafiə və hücum təyinatlı məhsullar istehsal edir. Bu hərbi məhsullar Azərbaycan Ordusunu təmin etməklə yanaşı digər xarici ölkələrə də ixrac olunur.
Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB ölkələri arasında lider dövlətlər sırasındadır. Azərbaycan Silahlı Qüvvələrinin bugünkü arsenalında dünyanın ən müasir və güclü döyüş texnikaları yer alır. Prezident cənab İlham Əliyev dayanıqlı, güclü iqtisadiyyatı olan bir dövlət qurdu. Məlumdur ki, güclü iqtisadiyyatı olan dövlətin ordusu da güclü olar. Ölkə başçısı cənab İlham Əliyev Azərbaycanı güclü iqtisadiyyatı və yenilməz Ordusu olan bir dövlətə çevirdi. All Baş Komandan cənab İlham Əliyevin qurduğu bu Ordu 44 günə Ermənistan ordusunu darmadağın etdi. 30 ilə yaxın işğal altında olan bütün torpaqlarımız işğaldan azad edildi. Bu gün bütün dünya Azərbaycanın güclü Ordusundan danışır.
26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranması günü münasibətilə Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla bütün hərbiçilərimizi və ümumiyyətlə Azərbaycan xalqını təbrik edirəm. Yaşasın Müzəffər Ali Baş Komandan!
Yaşasın Azərbaycan əsgəri!"


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1526   Tarix: 26 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam

Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin

19 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr