ABŞ Priqojini maliyyələşdirən şirkətləri "qara siyahı"ya saldı
ABŞ "Vaqner" özəl hərbi şirkəti ilə əlaqəli olan və muzdluların qeyri-qanuni maliyyələşdirilməsi əməliyyatlarında ittiham edilən şirkətləri sanksiyalar siyahısına daxil edib.
Bu barədə ABŞ Maliyyə Nazirliyindən məlumat verilib.
Belə ki, ABŞ Maliyyə Nazirliyi Birləşmiş Ərəb Əmirlikləri, Mərkəzi Afrika Respublikası, eləcə də "Vaqner" qrupu və onun lideri Yevgeni Priqojinlə əlaqələrdə ittiham etdiyi dörd Rusiya şirkətinə qarşı sanksiyalar tətbiq edib.
Məlumata görə, şirkətlər Ukraynada, Afrikanın bəzi ölkələrində silahlı qüvvələri dəstəkləmək və genişləndirmək məqsədilə döyüşçüləri maliyyələşdirmək üçün qeyri-qanuni mədənçıxarma əməliyyatları ilə məşğul olub.
"Vaqner" qrupu öz qəddar əməliyyatlarını qismən Mərkəzi Afrika Respublikası, Mali kimi ölkələrdə təbii sərvətlərdən istifadə etməklə maliyyələşdirir", - deyə ABŞ maliyyə nazirinin terrorizm və maliyyə kəşfiyyatı üzrə müavini Brayan Nelson açıqlamasında bildirib.
Yeni sanksiyalar siyahısına Mərkəzi Afrika Respublikasında fəaliyyət göstərən "Midas Resources SARLU" və "Diamville SAU", Dubayda "Industrial Resources General Trading" və Rusiyadakı "DM" Məhdud Məsuliyyətli Cəmiyyəti daxil edilib.
ABŞ Maliyyə Nazirliyi tərəfindən "Vaqner" qruplaşması ilə əlaqələndirilən Rusiya vətəndaşı Andrey İvanova qarşı da sanksiyalar tətbiq olunub. Məlumata görə, o, "Vaqner" qrupunun silah sövdələşmələri, mədənçıxarma və digər fəaliyyətləri ilə bağlı Malidə yüksək vəzifəli məmurlarla sıx əməkdaşlıq edib.
Xatırladaq ki, "Vaqner" Liviyada, Suriyada, Mərkəzi Afrika Respublikasında, Malidə və digər ölkələrdə döyüşüb, həmçinin Rusiyanın Ukraynaya qarşı müharibəsinin ən qanlı döyüşlərində iştirak edib. Qrup 2014-cü ildə, Rusiyanın Ukraynaya məxsus Krımı ilhaq etməsindən və Donbasda müharibəyə başlamasından sonra yaradılıb.
Mənbə: "Reuters"
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1103 Tarix: 28 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
25 il sonra yenidən "Mumiya"da - Foto
Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O’Konnell" obrazına qayıdıb. Axşam.az xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişləri zamanı Böyük Britaniyada görüntülənib. Filmdə Freyzerl
7 oktyabrPolşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb
Polşada Poznandakı məktəbi və dəmir yolu vağzalını partlatmaqla hədələyən 19 yaşlı gənc saxlanılıb. "Report" xəbər verir ki, bu barədə RMF24 radiostansiyası məlumat yayıb. Qeyd olunub ki, o, sentyabrın sonlarında bir neçə müəssisənin elektron ünvanlarına partlayıcı maddələrdən istifadə hədələr
6 oktyabrLitva ordusu ABŞ-dən döyüş dronları alıb
Litva Silahlı Qüvvələri "Switchblade 600" döyüş dronlarının ilk partiyasını alıb. "Report" xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib. Dronları Litvaya ABŞ-nin "AeroVironment" şirkəti tədarük edir. "Switchblade 600"
7 oktyabrCümə günü ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - 12 saat davam edəcək...
Günəşdə baş verən aktivlik Yer kürəsində maqnit qasırğasına səbəb ola bilər. xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının məlumatına görə, cümə günü Yer kürəsində G1-G2 səviyyəli maqnit qasırğası gözlənilir. Mütəxəssislərin hesablamaların
7 oktyabr76 ilin iqlim rekordu qırıla bilər - "El Nino" ilə bağlı xəbərdarlıq
Tropik Sakit Okeanda təsirini artıran güclü "El Nino" iqlim hadisəsi dəniz səthinin temperaturunu rekord səviyyələrə çatdırıb. Mütəxəssislər qarşıdakı payız və qış aylarında hadisənin "çox güclü" ola biləcəyi barədə xəbərdarlıq edirlər. "El Nino" göstəricilərinin ölçüldüy
7 oktyabrBab əl-Məndəb uğrunda böyük döyüş: Yəmən qüvvələri hücuma keçdi
Yəmənin Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri strateji əhəmiyyət daşıyan Bab əl-Məndəb boğazı ətrafında husilərə qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb. Euronews-a istinadən xəbər verir ki, əməliyyat zamanı Səudiyyə koalisiyasına məxsus təxminən 100 hərbi təyyarədən istifadə edildiy
6 oktyabrABŞ Fransada olan vətəndaşlarına xəbərdarlıq edib
ABŞ-nin Fransadakı səfirliyi ölkədə baş verən iğtişaşlarla əlaqədar amerikalıları ehtiyatlı olmağa çağırıb. Bu barədə diplomatik nümayəndəliyin saytında məlumat dərc olunub. "Fransanın hər yerində şagirdlərin etirazları davam edir və bəzi etirazlar iğtişaşlara çevrilib. Yürüşlər məktəb şəhərciklərində
6 oktyabrNyu-Yorkda qızılca epidemiyası ilə əlaqədar fövqəladə vəziyyət elan edilib
Qubernator Keti Hoklinin verdiyi sərəncama əsasən, Nyu-Yorkda qızılca epidemiyası səbəbindən fövqəladə vəziyyət elan edilib. xəbər verir ki, sərəncamda deyilir: "Nyu-York ştatının qubernatoru Keti Hokli davam edən qızılca epidemiyası səbəbindən fövqəladə vəziyyət elan etdi". Qeyd olunur ki
6 oktyabr