Cənubi Koreya prezidenti vədinə əməl etdi: Ölkə sakinləri bir gecədə 1-2 yaş "cavanlaşdılar"

Cənubi Koreya prezidenti vədinə əməl etdi: Ölkə sakinləri bir gecədə 1-2 yaş "cavanlaşdılar"Cənubi Koreyada ənənəvi hesablamadan imtina edilib və beynəlxalq yaş hesablama standartı qəbul olunub.

Müvafiq qanunlara edilən dəyişikliklər iyunun 28-dən qüvvəyə minib.

Bu dəyişikliklər inzibati və hüquqi sferanı əhatə edəcək. Bunun sayəsində ölkə sakinləri 1-2 il "cavanlaşıblar".

Cənubi Koreyada indiyədək üç yaş sistemindən istifadə olunurdu. Birinci sistemə əsasən, insanın bir yaşı onun doğulduğu gün tamamlanmış hesab edilir, bununla da onun ana bətnində keçirdiyi vaxt da nəzərə alınırdı. Həmçinin yeni təqvim ilinin əvvəlində daha bir il əlavə olunurdu.

İkinci sistem beynəlxalq səviyyədə tanınıb və bu zaman insanın yaşı onun doğum günü tarixinə görə təyin edilir.
Üçüncü sistemə əsasən, yalnız Yeni ilin ilk günündə insanın yaşı üzərinə bir il əlavə olunurdu.

Qeyd olunur ki, beynəlxalq hesablama sistemi yaşların müxtəlif hesablanma üsullarının paralel tətbiqi nəticəsində inzibati-hüquqi sferada yaranan qarışıqlığı minimuma endirə bilər. Məsələn, pensiya almaq hüququnun müəyyən edilməsi zamanı bu üsul effektiv ola bilər. Ancaq hakimiyyət məktəbə qəbul yaşı, orduya çağırış, tütün və spirtli içkilərin alınmasına qoyulan məhdudiyyətlərlə bağlı köhnə qaydalarda dəyişiklik etməyəcək. Bu hallarda qarışıq sistemdən istifadə davam edəcək.

Qeyd edək ki, vahid yaş sistemi Cənubi Koreya Prezidenti Yun Sok Yolun seçkiqabağı vədlərindən biri idi.

Mənbə: İzvestiya


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1644   Tarix: 28 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

25 il sonra yenidən "Mumiya"da - Foto

Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O’Konnell" obrazına qayıdıb. Axşam.az xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişləri zamanı Böyük Britaniyada görüntülənib. Filmdə Freyzerl

7 oktyabr
.

Polşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb

Polşada Poznandakı məktəbi və dəmir yolu vağzalını partlatmaqla hədələyən 19 yaşlı gənc saxlanılıb. "Report" xəbər verir ki, bu barədə RMF24 radiostansiyası məlumat yayıb. Qeyd olunub ki, o, sentyabrın sonlarında bir neçə müəssisənin elektron ünvanlarına partlayıcı maddələrdən istifadə hədələr

6 oktyabr
.

Litva ordusu ABŞ-dən döyüş dronları alıb

Litva Silahlı Qüvvələri "Switchblade 600" döyüş dronlarının ilk partiyasını alıb. "Report" xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib. Dronları Litvaya ABŞ-nin "AeroVironment" şirkəti tədarük edir. "Switchblade 600"

7 oktyabr
.

Vens: "İran müharibəyə son qoymaq üçün uranın zənginləşdirilməsini azaltmalıdır"

İran ABŞ-la müharibəyə son qoymaq üçün uranın zənginləşdirilməsi imkanlarını əhəmiyyətli dərəcədə azaltmalıdır. "Report"un məlumatına görə, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens "Reuters"ə müsahibəsində deyib. "Əgər nüvə silahı istəmirsinizsə, onda uranı niyə 60 faizə qədə

7 oktyabr
.

Cümə günü ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - 12 saat davam edəcək...

Günəşdə baş verən aktivlik Yer kürəsində maqnit qasırğasına səbəb ola bilər. xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının məlumatına görə, cümə günü Yer kürəsində G1-G2 səviyyəli maqnit qasırğası gözlənilir. Mütəxəssislərin hesablamaların

7 oktyabr
.

76 ilin iqlim rekordu qırıla bilər - "El Nino" ilə bağlı xəbərdarlıq

Tropik Sakit Okeanda təsirini artıran güclü "El Nino" iqlim hadisəsi dəniz səthinin temperaturunu rekord səviyyələrə çatdırıb. Mütəxəssislər qarşıdakı payız və qış aylarında hadisənin "çox güclü" ola biləcəyi barədə xəbərdarlıq edirlər. "El Nino" göstəricilərinin ölçüldüy

7 oktyabr
.

Bab əl-Məndəb uğrunda böyük döyüş: Yəmən qüvvələri hücuma keçdi

Yəmənin Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri strateji əhəmiyyət daşıyan Bab əl-Məndəb boğazı ətrafında husilərə qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb. Euronews-a istinadən xəbər verir ki, əməliyyat zamanı Səudiyyə koalisiyasına məxsus təxminən 100 hərbi təyyarədən istifadə edildiy

6 oktyabr
.

ABŞ Fransada olan vətəndaşlarına xəbərdarlıq edib

ABŞ-nin Fransadakı səfirliyi ölkədə baş verən iğtişaşlarla əlaqədar amerikalıları ehtiyatlı olmağa çağırıb. Bu barədə diplomatik nümayəndəliyin saytında məlumat dərc olunub. "Fransanın hər yerində şagirdlərin etirazları davam edir və bəzi etirazlar iğtişaşlara çevrilib. Yürüşlər məktəb şəhərciklərində

6 oktyabr
.

Nyu-Yorkda qızılca epidemiyası ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

Qubernator Keti Hoklinin verdiyi sərəncama əsasən, Nyu-Yorkda qızılca epidemiyası səbəbindən fövqəladə vəziyyət elan edilib. xəbər verir ki, sərəncamda deyilir: "Nyu-York ştatının qubernatoru Keti Hokli davam edən qızılca epidemiyası səbəbindən fövqəladə vəziyyət elan etdi". Qeyd olunur ki

6 oktyabr