Qarabağda separatçılara qarşı "Qisas" əməliyyatı: 5 erməni terrorçusu məhv edildi
Azərbaycan Ordusu Qarabağda əsgərimizin yaralanmasından sonra erməni separatçılarına qarşı "Qisas" əməliyyatı keçirib.
Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, "Qisas" əməliyyatı nəticəsində qanunsuz hərbi birləşmələrin 5 üzvü məhv edilib.
Ancaq qanunsuz hərbi birləşmələr tərəfindən yeni təxribatlara hazırlıqlar getdiyi bildirilir.
Belə olarsa, Azərbaycan Ordusu sərt və adekvat cavablar verəcək, qanunsuz birləşmələrin hərbi infrastrukturunu məhv edəcək.
Qeyd edək ki, iyunun 27-si saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.
Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Əli Şükür oğlu Bəkirov yaralanıb.
Bu hadisə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşü ərəfəsində Qarabağdakı qanunsuz hərbi birləşmələr tərəfindən məqsədyönlü şəkildə törədilmiş təxribatdır.
Məqsəd sülh müqaviləsi imzalanması istiqamətində ABŞ-nin dəstəyi ilə aparılan danışıqlara kölgə salmaq və neqativ ab-hava yaratmaqdır.
Qanunsuz hərbi birləşmələri təxribata Rusiya sülhməramlılarının təşviq etdiyi istisna olunmur, çünki bu qüvvələr sülhməramlıların tam nəzarətində olan ərazidə fəaliyyət göstərirlər.
Baş vermiş təxribatda Laçında qurulmuş postu "blokada" kimi təqdim edərək terrorçulara dəstək verən bir sıra korrupsioner Qərb siyasətçiləri və təşkilatlarının da məsuliyyəti var.
Bu təxribat ermənipərəst və islamofob qüvvələrin, Avropa Parlamenti daxilindəki bəzi dairələrin maraqlarına cavab verir.
Qarabağdakı terrorçu rejim birbaşa Rusiya sülhməramlılarının nəzarətindədir. Belə olan halda bu qüvvələrə dəstək verən korrupsioner və erməni lobbisinin "cibində" olan Qərb dairələri əslində kimlərin marağına xidmət edir?
Sonxeber.az
Telegramda izləyin
Müharibə Baxılıb: 3027 Tarix: 28 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ
"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri BİG.AZ-a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibəni
29 sentyabrİsrail ordusunun itkiləri 604 nəfərə çatıb
Qəzza sektorunda vəziyyətin gərginləşdiyi oktyabrın 7-dən bəri HƏMAS hərəkatı ilə döyüşlərdə İsrail ordusunun ümumi itkiləri 604 nəfərə çatıb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin rəsmi məlumatında deyilir. Son məlumatlara görə, ötən şənbə Qəzz
7 aprel 2024İranın İsrailə hava hücumu nəticəsində yeddi yaşlı uşaq ölüb
İranın İsrail ərazisinə endirdiyi hava zərbələri nəticəsində yeddi yaşlı uşaq həlak olub. "Report" xəbər verir ki, bu barədə İsrailin Rusiyadakı səfiri Simone Halperin "TASS"a açıqlamasında deyib. "Yeddi yaşlı uşaq yaralanıb, təəssüf ki, aldığı xəsarətlərdən dünyasını dəyişib"
14 aprel 2024ABŞ HHQ-nin qırıcıları İraq və İordaniya səmasındadır
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri İranın pilotsuz təyyarələrini ələ keçirmək üçün İraq və İordaniya səmasındadır. "Report" bu barədə "Əl-Qahirə əl-İxbariyyə" telekanalına istinadən xəbər verir
14 aprel 2024Ukrayna bu istiqamətdə 1500 əsgər itirdi - Vodolatski
Ukrayna ordusu Xarkov vilayətinin Berestovoye yaxınlığındakı döyüşlərdə 1,5 mindən çox əsgər və əcnəbi muzdluları itirib. -a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Viktor Vodolatski deyib. "Berestovoye yaxınlığındakı "Qərb" qrupu 1,5 mindən çox millətçini, muzdlular
26 may 2024İsrail yalnız bir şərtlə Qəzzada əməliyyatı dayandıracaq
"İsrail Qəzzada hərbi əməliyyatlar müəyyən olunmuş məqsədlərə çatana qədər daimi atəşkəs təklifləri ilə razılaşmayacaq". Bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisinin bəyanatında deyilir. Sənəddə qeyd olunur ki, İsrail Qəzzada müharibənin dayandırılması ilə bağlı şərtlərini dəyişmə
1 iyun 2024İsrail ordusu Qəzza zolağına kütləvi zərbələr endirib
İsrailin Müdafiə Ordusu bazar günü səhər Qəzza zolağında terrorçuların hədəflərinə irimiqyaslı zərbələr endirib. "Report"un məlumatına görə, bu barədə İsrailin "Walla" xəbər portalı xəbər yayıb. Məlumata görə, hücuma məruz qalan ərazilər arasında Rəfahın şərq və cənub məhəllələri
2 iyun 2024