"Ordumuzun döyüş qabiliyyətinin artırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir"- Deputat

"Ordumuzun döyüş qabiliyyətinin artırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir"- Deputat"Son illər dünyada geosiyasi vəziyyətin gərginləşməsi, Ermənistanda revanşist qüvvələrin fəallaşması səbəbindən ölkəmizin ordu quruculuğuna xüsusi diqqət ayırmasını və ön plana çəkilməsini zəruri etmişdir. Vətən müharibəsindən sonra Azərbaycan Ordusu dünyanın ən müasir silahları ilə təchiz olunur. Prezident cənab İlham Əliyevin göstərişinə uyğun olaraq silah idxalı ilə bağlı yeni müqavilələr bağlanmışdır".

Bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva Sonxeber.az-a deyib.
"Ordumuzun döyüş qabiliyyətinin artırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir"- DeputatO qeyd edib ki, ordumuzun döyüş qabiliyyətinin artırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Bugünkü Azərbaycan Ordusu Vətən müharibəsində qalib gəlmiş Ordumuzdan daha güclü bir orduya çevrilmişdir:

"Vətən Müharibəsində tarixi qələbəmizdən sonra Azərbaycan Ordusu təkmilləşdirilir, yeni hərbi hissələr, Müdafiə Nazirliyində Komando Qüvələri yaradılır və komandoların sayı artırılır. İkinci Qarabağ müharibəsində xüsusi təyinatlı qüvvələr böyük qəhrəmanlıq göstərmiş, hərbi əməliyyatlarda şücaət nümayiş etdirmişdilər.
Son illər dünyada geosiyasi vəziyyətin gərginləşməsi, Ermənistanda revanşist qüvvələrin fəallaşması səbəbindən ölkəmizin ordu quruculuğuna xüsusi diqqət ayırmasını və ön plana çəkilməsini zəruri etmişdir. Vətən müharibəsindən sonra Azərbaycan Ordusu dünyanın ən müasir silahları ilə təchiz olunur. Prezident cənab İlham Əliyevin göstərişinə uyğun olaraq silah idxalı ilə bağlı yeni müqavilələr bağlanmışdır. Ordumuzun döyüş qabiliyyətinin artırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Bugünkü Azərbaycan Ordusu Vətən müharibəsində qalib gəlmiş Ordumuzdan daha güclü bir orduya çevrilmişdir. Müdafiə Nazirliyilə yanaşı Dövlət Sərhəd Xidmətinın, Daxili Qoşunların, Dövlət Təhlükəsizlik Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin xüsusi təyinatlarının sayı artırılmışdır.
Prezident cənab İlham Əliyev 23 iyun tarixində Müdafiə Nazirliyinin Komando hərbi hissəsinə Döyüş bayrağının təqdim edilməsində Ordumuzun maddi texniki bazasının genişləndirilməsindən, silahlı qüvvələrimizin dünyanın ən müasir silahlarla təmin olunmasından, eləcə də döyüş meydanında olduğu kimi diplomatik sahədə də Azərbaycanın Ermənistan üzərində gələbə qazanmasından danışmışdı.
Bəzi ermənipərəst qüvvələr Azərbaycanı qisasçılıqda ittiham etməyə çalışırlar. Əslində Azərbaycan ədaləti bərpa etmişdir. Biz torpaqlarımızı işğaldan azad etməklə yanaşı dünyada beynəlxalq hüququn bərqarar olmasını təmin etdik. Azərbaycanın Vətən müharibəsində qələbə qazanmasını şərtləndirən amillərdən biri də ölkəmizin iqtisadi cəhətdən güclü olmasıdır. Bu gün Azərbaycan müstəqil iqtisadi siyasət həyata keçirir və iqtisadiyyatımızın inkişafı hər hansı dövlətdən asılı deyil. Prezident cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasətin və ölkə daxilində həyata keçirdiyi dayanıqlı iqtisadi islahatların reallaşdırılması nəticəsində Azərbaycan tək regionda deyil dünyada söz sahibinə çevrilmişdir.
Müharibə qələbəmizlə başa çatdıqdan sonra bölgədə sülhün bərqərar olması üçün Azərbaycan Ermənistanla sülh sazişi bağlamağa hazır olduğunu bəyan etmişdir. Lakin Ermənistan və havadarları sülh sazişinin imzalanması prosesini uzatmaq niyyəti güdürlər. Əslində sülh sazişinin imzalanması Azərbaycandan çox Ermənistana lazımdır. Ermənistan bölgədə Azərbaycanın həyata keçirdiyi bütün beynəlxalq iqtisadi layihələrdən kənarda qalmışdır. Bu da Ermənistanın ağır olan iqtisadi vəziyyətinin daha da pisləşməsinə doğru aparır.
Son vaxtlar Ermənistan rəhbərliyi Azərbaycanın 86,6 min kv.km-də ərazi bütövlüyünü tanıdığını etiraf etmişdir. Ermənistan yaranmış reallığı gəbul edərək yaxın vaxtlarda bu etirafı rəsmi sənədlərdə də öz imzası ilə təsdiq etmək məcburiyyətindədir. Bir vaxtlar "Qarabağ Ermənistandır" deyən Ermənistanın Baş Naziri Nikol Paşinyan artıq Qarabağ Azərbaycandır ifadəsini vurğulamışdır. Azərbaycanın iqtisadi və siyasi cəhətdən güclü dövlət, Azərbaycan ordusunun dünyada ən güclü ordulardan biri olması dünyada nüfuzumuzu daha da artırmışdır".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 921   Tarix: 29 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam

Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin

19 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr