Talış sakini: "30 il sonra yurdumuzda qurban əti bişiririk" - FOTO
"Tərtər rayonunun Talış kəndinin sakinləri 30 ildən sonra ilk dəfə Qurban bayramını doğma yurdlarında qeyd ediblər.
AZƏRTAC-ın bölgə müxbiri Talış kəndində Əkbərovlar ailəsinin qonağı olub, bayram təəssüratlarını öyrənib. Ailə başçısı Əyyub Əkbərov deyib: "Otuz yaşımda buradan getdim, 30 il Bakıda yaşadım. Bu illər ərzində ən böyük arzum yurduma dönmək idi. Şair olmuşdum, dağa-daşa, Vətənə, torpağa şeirlər yazırdım. Şükürlər olsun, nəsib oldu, gəldik həsrətində olduğumuz torpağımıza. Bu gün də bayram münasibətilə kənddə qurban kəsildi, hər bir ailəyə qurban payı verildi. İndi öz yurdumuzda, isti ocağımızda, öz sobamızın üstündə qurban əti bişiririk. Bu günlərə çox şükür olsun. Allah dövlətimizi, ordumuzu qorusun. Bütün Azərbaycan xalqını, bütün müsəlman dünyasını müqəddəs Qurban bayramı münasibətilə təbrik edirəm".
Ailənin xanımı Arzu Əkbərova doğma yurda qayıtdıqları, böyük həsrətlə gözlədikləri günlərə çatdıqları üçün özünü xoşbəxt hiss etdiyini bildirib: "Özümü çox xoşbəxt hesab edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Prezidentimizə uğurlar arzulayıram. Çox xoşbəxt insanlarıq ki, bu gün burada Qurban bayramını qeyd edirik. Bu günləri böyük həsrətlə gözləyirdik. Azərbaycan xalqının bayramını təbrik edirəm".
Xatırladaq ki, 30 ildən sonra Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndində Qurban bayramı qeyd edilib. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə qurban kəsilib, kəndə köçürülmüş ailələrə paylanılıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1004 Tarix: 29 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakının bu yollarında hərəkət məhdudlaşdırılacaq
Bakının Binəqədi və Sabunçu rayonlarında yolların təmiri ilə əlaqədar oktyabrın 7-dən nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, təmir işlərinə oktyabrın 7-də saa
7 oktyabrMaaş və pensiyalar artacaq: Qiymətlər də bahalaşa bilər? - Ekspertdən AÇIQLAMA
Gələn il maaş və pensiyaların artırılması əhalinin gəlirlərinin yüksəlməsinə və alıcılıq qabiliyyətinin yaxşılaşmasına şərait yarada bilər. Bununla yanaşı, əhalinin gəlirlərinin artması istehlak tələbinin yüksəlməsinə səbəb olmaqla, təklifin tələbi tam qarşılamadığı halda bəzi məhsul və xidmətlərin qiymətlərin
6 oktyabrSabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırıb
Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırıb. -a istinadən xəbər verir ki, hadisə rayon ərazisində baş verib. Rayon sakini olan 17 yaşlı yeniyetmə 14 yaşlı qızı evlənmək məqsədi ilə qaçırıb. Oktyabrın 1-də bu barədə Sabirabad Rayon Polis Şöbəsinə məlumat daxil olub. Daxil olan müraciət üzrə onla
6 oktyabrQeysəriyyə əməliyyatından sonra qadının ölməsi ilə bağlı yeni detallar
Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişən Zərdab rayon sakini, 31 yaşlı Səkinə Yusifovanın ölümü ilə bağlı bəzi detallar məlum olub. -ın əldə etdiyi məlumata görə, S.Yusifova kor bağırsağında olan problemdən əziyyət çəkib. İlk övladı dünyaya gələn zaman həkimi ikinci doğuşun həyat
6 oktyabrPensiyalar bu tarixdə ödəniləcək
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının oktyabrın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Qeyd edək ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların pensiyalarının bu ayın 20-dən, müavinətləri
7 oktyabrToy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi
Abşeron rayonunda bir neçə gün əvvəl döyülərək ağır xəsarətlər alan 32 yaşlı kişi həyatını itirib. -a istinadən xəbər verir ki, hadisə oktyabrın 2-də Ceyranbatan qəsəbəsində keçirilən toy mərasimi zamanı baş verib. 1994-cü il təvəllüdlü Cavid Nəzərlinin Tofiq Amanov və Müsül Mirzəyev tərəfindən döyüldüy
6 oktyabrŞəhidimizin adını daşıyan gəmiyə dron hücumunun anbaan görüntüləri - Video
Ukraynadan İtaliyaya taxıl daşıyan "Royad Məmmədov" yük gəmisinin PUA hücumuna məruz qalmasının anbaan görüntüləri yayılıb. həmin görüntüləri təqdim edir:. Xatırladaq ki, hücum nəticəsində gəminin kapitanı Rüstəm Həsənov həlak olub və aşpaz Məhəmməd Süleymanzadə isə itkin düşüb. Həmçinin on
7 oktyabr