"Növbəti "Qisas" əməliyyatı bir daha Ermənistana Azərbaycan ordusunun nəyə qadir olduğunu göstərdi" - DEPUTAT
Xəbər verdiyimiz kimi iyunun 27-si saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub. Qanunsuz erməni silahlı birləşmələr təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb. Azərbaycan Silahlı Qüvvələrinin cavab tədbirləri nəticəsində - "Qisas" əməliyyatı ilə qanunsuz silahlı birləşmənin istehkamı və 5 üzvü məhv edilib.
Bununla bağlı Sonxeber.az-a danışan deputat bildirib ki, növbəti "Qisas" əməliyyatı ilə ordumuzun gücünü və nəyə qadir olduğunu bütün dünyaya göstərdi:
"Hər zaman olduğu kimi Ermənistan verdiyi sözə əməl etmir və təxribatlarını davam etdirir. 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanata görə qısa müddət ərzində qanunsuz erməni silahlı birləşmələri Azərbaycan ərazilərini tərk etməli idi. Üçtərəfli bəyanatın imzalanmasından 3 il keçməsinə baxmayaraq Ermənistan üzərinə götürdüyü öhdəliyi icra etmir. Əksinə regionda vəziyyəti gərginləşdirmək üçün təxribatlarını davam etdirməkdədir. Bu təxribatların Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində baş verməsi bizdə müəyyən suallar yaradır. İyunun 27-də törədilən təxribatlar bir daha onu göstərdi ki, Rusiya sülhməramlıları Qarabağda terrorçulara dəstək verir, onları himayə edir".
Deputat vurğulayıb ki, 44 günlük Vətən müharibəsində məğlub olaraq kapitulyasiya aktına qol çəkmiş Ermənistan təxribatlarını davam etdirir:
"44 günlük Vətən müharibəsinin bitməsindən 3 il keçsə də Ermənistan dövlətinin qanunsuz silahlı birləşmələri Azərbaycan torpaqlarında qalmaqdadır. Ermənistan təəssüf ki, bu gün də Azərbaycan dövlətinin gücünü və qüdrətini qiymətləndirə bilmir. Yaxşı olar ki, Ermənistan 44 günlük Vətən müharibəsindəki biabırçı məğlubiyyətini unutmasın. Düşünürəm ki, növbəti "Qisas" əməliyyatı bir daha Ermənistana Azərbaycan ordusunun nəyə qadir olduğunu göstərdi. İgid oğullarımız yenə də erməniləri hərb meydanında diz çökdürərək silahlı birləşmənin istehkamını və 5 üzvünü məhv elədi. Ümid edirəm ki, Ermənistan növbəti məğlubiyyətindən dərs çıxaracaq və tezliklə sülh müqaviləsini imzalayacaq".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1339 Tarix: 29 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18 sentyabr 2021ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."
ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd
18 sentyabr 2021Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı
Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı
17 sentyabr 2021Peyvənd olunanların sayı AÇIQLANDI
Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say
17 sentyabr 2021Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB
"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın
17 sentyabr 2021Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18 sentyabr 2021Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO
Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini
18 sentyabr 2021