QHT sədri: Sözün silahla hədələnməsi ifadə azadlığına qəsddir

QHT sədri: Sözün silahla hədələnməsi ifadə azadlığına qəsddirİyunun 28-də "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin əməkdaşlarının Fransada çəkiliş apararkən hücuma məruz qalması, nəticədə müxbir və operatorun bədən xəsarətləri alması, çəkiliş kamerasının isə əllərindən alınaraq sındırılması dəhşətli faktdır. Əməkdaşlar kameranı geri tələb edərkən onların silahla hədələnməsi isə ağlasığmaz hadisədir. Fransada baş vermiş bu hadisə Avropanın mərkəzində söz və ifadə azadlığına, azad jurnalistika fəaliyyətinə qarşı basqıdır. Sözün silahla hədələnməsi ifadə azadlığına qarşı sui-qəsddir.

QHT.az bildirir ki, bu fikri AZƏRTAC-a açıqlamasında "İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə deyib. O bildirib ki, bu zorakılıq aktı təkcə bir şəxsə, bir jurnalistə qarşı deyil, eyni zamanda, cəmiyyətə qarşı törədilən cinayətdir: "Bu qiymətləndirməni biz beynəlxalq sənədlərə əsasən tam məsuliyyətlə söyləyə bilərik. 1997-ci il noyabrın 12-də UNESCO Konfransının 29-cu sessiyasında qəbul edilmiş qətnamədə məhz bu məqam da nəzərə alınmaqla jurnalistlərə qarşı zorakılığın pislənməsi xüsusi olaraq qeyd edilir. Qətnamədə jurnalistlərə qarşı yönəldilmiş hər hansı fiziki zorakılığı cəmiyyətə qarşı cinayət kimi pisləmək öhdəliyi qoyulur. Çünki bu, fikir azadlığına və dolayısı ilə beynəlxalq insan hüquqları sənədlərində nəzərdə tutulmuş digər hüquq və azadlıqlara qəsddir. Eyni zamanda, qətnamənin digər bəndi qanunla öz xidməti vəzifələrini yerinə yetirərkən jurnalistlərə, habelə KİV-ə qarşı cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin ümumi yurisdiksiyaya malik məhkəmə müəssisələrində cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutur".

C. Hüseynzadə diqqətə çatdırıb ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsi ilə təsbit olunan hər kəsin fikir və ifadə azadlığı hüququnun, bu hüquqa heç bir müdaxilə olmadan öz fikirlərinə sahib olmaq, dövlət sərhədindən asılı olmayaraq istənilən KİV vasitəsilə məlumat və ideyaları axtarmaq, almaq və yaymaq azadlığının Avropanın mərkəzində kobudcasına pozulması çox acınacaqlı faktdır. Fransada baş verən bu hadisə ağırlaşdırıcı məqamları olan fakt kimi araşdırılmalıdır. Bu hadisədə jurnalistin fəaliyyətinə mane olma, onlara xəsarət yetimə, digərinin əmlakını əlindən alma və silahla hədələmə halları mövcuddur.

Fransa hökuməti bu hadisəni obyektiv şəkildə araşdırılmasını və təqsirkarların məsuliyyətə cəlb olunmasını təmin etməlidir. Hadisənin ən ağır məqamı isə siyasi və mənəvi məsuliyyətlə bağlıdır. Məhz bu məqamlara görə Fransada və digər ölkələrdə fəaliyyət göstərən insan hüquqlarını və jurnalistləri müdafiə edən yerli və beynəlxalq təşkilatların mövqeyi olmali idi. Amma təəssüf ki, jurnalistin müdafiəsi ilə bağlı hər hansı bəyanata rast gələ bilmədik.

Göründüyü kimi, jurnalistlərin informasiya əldə etmək hüquqları məhdudlaşdırılır, onlara qarşı cinayət törədən şəxslər məsuliyyətə cəlb olunmur. Rəsmi Paris bu ölkədə akkreditasiyadan keçmiş jurnalistlərin hüquq və vəzifələrini sərbəst həyata keçirmək üçün onların təhlükəsizliyini təmin etməyə borcludur.

Nədənsə Azərbaycanı hər zaman "diqqətdə" saxlayan "Freedom House", ATƏT-in media azadlığı üzrə nümayəndəliyi, "Sərhədsiz reportyorlar" təşkilatının "aktivliyini" görə bilmədik.

"ATƏT-in tövsiyələrinə görə, jurnalistlərin təhlükəsizliyi media azadlığının zəruri şərtidir. Fransada azərbaycanlı jurnalistlərə qarşı törədilən hadisədə məhz ATƏT-in təsdiq etdiyi zorakılıq növlərindən fiziki zorakılıq aktı və psixoloji təzyiq, o cümlədən jurnalistlərin həyatına təhdid elementləri mövcuddur. Qeyd olunan bu faktlar ATƏT-in media azadlığı üzrə nümayəndəsinin mövqe bildirməsini tələb edir.

Rəsmi Paris, eyni zamanda, jurnalistlərin təhlükəsizliyi üzrə beynəlxalq öhdəlikləri kobud sürətdə pozur. Bu öhdəliklər sırasında ATƏT Nazirlər Şurasının jurnalistlərin təhlükəsizliyinə dair 3/18 saylı Qərarını (2018-ci il 7 dekabr, Milan), Budapeşt Sənədini (ATƏT-in Dövlət və Hökumət Başçılarının Zirvə Görüşü 1994-cü il 5-6 dekabr, Budapeşt), ATƏM-in İnsan Ölçüsü Konfransının Moskva İclasının Sənədini (1991-ci il 3 oktyabr, Moskva) "BMT Baş Assambleyasının jurnalistlərin təhlükəsizliyi və cəzasızlıq problemi ilə bağlı 68/163 saylı Qətnaməsini (2013-cü il 18 dekabr, Nyu-York) və BMT Təhlükəsizlik Şurasının Jurnalistlərin Müdafiəsi üzrə 2222 saylı Qətnaməsini (2015-ci il 27 may, Nyu-York) qeyd etmək lazımdır.

Eyni zamanda, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Aparatı jurnalistlərin təhlükəsizliyini təmin etmək üçün fəaliyyət göstərir. Ali Komissarlığın Aparatı xüsusilə jurnalistlərə qarşı hücumları və bütün zorakılıq aktlarını açıq şəkildə pisləməklə təsirli tədbirlər görməyi və bu cinayətlərə görə cəzasızlığa son qoymağı öhdəsinə götürür. 1990-cı ildə Fransanın ev sahibliyi ilə qəbul edilən "Yeni Avropa üçün Paris Xartiyası"nda ifadə azadlığı və bu azadlığa təminatın verilməsi dəfələrlə sadalanır. Göründüyü kimi, istər rəsmi Parisin, istərsə beynəlxalq təşkilatın məsələyə hüquqi və siyasi qiymət verməsi üçün, jurnalistə qarşı törədilən fiziki və psixoloji zorakılığın pislənilməsi üçün kifayət qədər beynəlxalq hüquqi baza var. Belə olan halda ortaya ciddi suallar çıxır. Qiymətləndirmə apararkən zorakılığa məruz qalan jurnalistin təmsil etdiyi ölkə və yaxud zorakılığın baş verdiyi ölkə əsas götürülür? Beynəlxalq konvensiyalar, hüquqlar və öhdəliklər hamı üçün bərabər və əlçatan olmalıdır. Təəssüf ki, bu dəfə də Azərbaycana qarşı münasibət ədalətli olmadı", - deyə QHT sədri vurğulayıb


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1019   Tarix: 30 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakının bu yollarında hərəkət məhdudlaşdırılacaq

Bakının Binəqədi və Sabunçu rayonlarında yolların təmiri ilə əlaqədar oktyabrın 7-dən nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, təmir işlərinə oktyabrın 7-də saa

7 oktyabr
.

Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb

Məlum olduğu kimi, Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyim tələblərini təsdiq edib. "Qafqazinfo" xəbər verir ki, sənəddə müəllimin geyiminin onun dinamik işinə maneə yaratmamalı, şagirdlərin diqqətini yayındırmamalı, eyni zamanda şagirdlərdə geyimə, üsluba

7 oktyabr
.

Aqşin Fatehə ağır itki

Meyxanaçı Aqşin Fatehə ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib. Bu haqda Aqşin Fateh özü məlumat yayıb. Allah rəhmət eləsin!

7 oktyabr
.

Pensiyalar bu tarixdə ödəniləcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının oktyabrın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Qeyd edək ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların pensiyalarının bu ayın 20-dən, müavinətləri

7 oktyabr
.

Ombudsmanın maaşı artırıldı - Prezident təsdiqlədi

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanunu təsdiq edib. bu barədə -a istinadən xəbər verir. Azərbaycan Respublikas

6 oktyabr
.

İlqar Mustafayevin oğlu məhkəmədə nəyi etiraf etmədi?

Dənizkənarı Bulvar İdarəsində mənimsəmədə təqsirləndirilən İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və "GİRASOL" MMC-nin direktoru Fuad Babayevin məhkəməsinin növbəti iclası keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanı

7 oktyabr
.

Maye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA

Əllərin gündəlik gigiyenasında sabundan istifadə vacibdir. Amma seçim qarşısında qaldıqda bir sual ortaya çıxır: mayə əl sabunu daha yaxşıdır, yoxsa bərk sabun? Hansı variant əlləri daha effektiv təmizləyir və gigiyena baxımından daha təhlükəsiz hesab olunur?. Bu iki sabun növü arasında həqiqətən fər

7 oktyabr
.

Korrupsiya barədə məlumat verən şəxsə minimum əməkhaqqının 25 mislinədək mükafat veriləcək

Korrupsiya barədə məlumat verən şəxsə minimum əməkhaqqının 25 mislinədək mükafat veriləcək, bu gəlir vergisindən azad olunacaq. "Report" xəbər verir ki, bununla bağlı "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında" yen

6 oktyabr
.

Bakıda kirayə evlər bahalaşır: Tələbələr üçün hansı ərazilər münasibdir?

Yeni tədris ilinin başlaması ilə Bakıda kirayə mənzil bazarında ənənəvi mövsümi canlanma müşahidə olunur. Xüsusilə bölgələrdən paytaxta gələn tələbələrin mənzil axtarışlarının artması 1 və 2 otaqlı, metroya və ali təhsil müəssisələrinə yaxın mənzillərə tələbi yüksəldir. Tələbin artması fonunda bəzi ərazilərd

6 oktyabr