Şadlıq saraylarında toylar niyə azalıb? - VİDEO
Doğrudan da xalqımızın toy kimi bir adəti var, son illərdə isə bu adət əməlli-başlı böyük biznesə çevrilib.
Sonxeber.az APA TV-yə istinadla bildirir ki, ancaq pandemiya dövründə tətbiq edilən məhdudiyyətlər toylardan da yan keçmədi. Əslində "pandemiya ənənəvi toy adətini dəyişdi" desək, bəlkə də yalan olmaz. Belə ki, pandemiyadan əvvəl vətəndaşlar 400-500 nəfərlə şadlıq edirdilərsə, pandemiyadan sonra toy ənənəsinə münasibət bir qədər dəyişib. "Covid" dövründə insanlar gördülər ki, daha kiçik formada, ən yaxınlarıyla şadlıq təşkil edə, yeyib-içə, əylənə bilərlər. Bu yanaşma və münasibət, istehlakçı davranışındakı bu dəyişikliklər şadlıq sarayı sahiblərinə, toy biznesinə ciddi təsir göstərib.
İnzibatçı deyir ki, əvvəllər bir ayda 20-23 toy mərasimi təşkil edilirdisə, hazırda bu say 50 faizə düşüb. Bundan başqa insanlar toylarını artıq restoranlarda da edirlər.
Söhbətləşdiyimiz inzibatçılar bildirir ki, toylarda adamların azlığına səbəb kimi təkcə pandemiyanı yox, həm də qida məhsullarının qiymətlərinin artımını da göstərmək olar.
Mövzu ilə bağlı mövqeyini öyrəndiyimiz iqtisadçı ekspert Xalid Kərimli deyir ki, sahibkar bazardakı ola biləcək bütün riskləri nəzərə alaraq hərəkət etməlidir.
İqtisadçı deyir ki, şadlıq saraylarının hansının ayaqda qala biləcəyini rəqabət və sahibkarların viziyonu, məsələyə münasibəti müəyyənləşdirəcək. Yəni işini daha yaxşı görən, vəziyyəti düzgün qiymətləndirib doğru bazar strategiyası həyata keçirən sahibkarlar bazarda qalacaq. Digərləri isə fəaliyyətlərini dayandırmaq məcburiyyətində qalacaqlar.
Pandemiyanın xüsusi karantin rejiminin şadlıq saraylarına vurduğu ziyanın böyük həcmdə olması danılmazdır. Amma bu məhdudiyyətlər cəmiyyətdə müasir toy təfəkkürünün formalaşdırdı. Çünki insanlar gördü ki daha az adamın iştirakı ilə də toy edib, səadətə qovuşmaq mümkündür.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1248 Tarix: 30 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakının bu yollarında hərəkət məhdudlaşdırılacaq
Bakının Binəqədi və Sabunçu rayonlarında yolların təmiri ilə əlaqədar oktyabrın 7-dən nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, təmir işlərinə oktyabrın 7-də saa
7 oktyabrAqşin Fatehə ağır itki
Meyxanaçı Aqşin Fatehə ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib. Bu haqda Aqşin Fateh özü məlumat yayıb. Allah rəhmət eləsin!
7 oktyabrPensiyalar bu tarixdə ödəniləcək
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının oktyabrın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Qeyd edək ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların pensiyalarının bu ayın 20-dən, müavinətləri
7 oktyabrOmbudsmanın maaşı artırıldı - Prezident təsdiqlədi
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanunu təsdiq edib. bu barədə -a istinadən xəbər verir. Azərbaycan Respublikas
6 oktyabrİlqar Mustafayevin oğlu məhkəmədə nəyi etiraf etmədi?
Dənizkənarı Bulvar İdarəsində mənimsəmədə təqsirləndirilən İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və "GİRASOL" MMC-nin direktoru Fuad Babayevin məhkəməsinin növbəti iclası keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanı
7 oktyabrMaye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA
Əllərin gündəlik gigiyenasında sabundan istifadə vacibdir. Amma seçim qarşısında qaldıqda bir sual ortaya çıxır: mayə əl sabunu daha yaxşıdır, yoxsa bərk sabun? Hansı variant əlləri daha effektiv təmizləyir və gigiyena baxımından daha təhlükəsiz hesab olunur?. Bu iki sabun növü arasında həqiqətən fər
7 oktyabrBakıda kirayə evlər bahalaşır: Tələbələr üçün hansı ərazilər münasibdir?
Yeni tədris ilinin başlaması ilə Bakıda kirayə mənzil bazarında ənənəvi mövsümi canlanma müşahidə olunur. Xüsusilə bölgələrdən paytaxta gələn tələbələrin mənzil axtarışlarının artması 1 və 2 otaqlı, metroya və ali təhsil müəssisələrinə yaxın mənzillərə tələbi yüksəldir. Tələbin artması fonunda bəzi ərazilərd
6 oktyabr