Politoloq: "Makronun dayaqları sarsılır, Parisin isə hər şey əlindən çıxır"
"Hesab edirəm ki, Makronun açıqlamaları daxili auditoriya üçün edilib. Biz görürük ki, Makronun dayaqları sarsılır. Ölkədə ictimai harmoniya yoxdur. Buna görə də, o, fransız cəmiyyətində öz tərəfinə çəkə biləcəyi seqmentin axtarışındadır. Onun diasporlarla, həmçinin pensiya islahatı ilə əlaqədar yerli fransızlarla problemləri var. Ona görə də Makron Fransadakı erməni icmasının dəstəyini almağa çalışır".
Bu sözləri Oxu.Az-a açıqlamasında Fransa Prezidenti Emmanuel Makronun Marseldə erməni diasporu ilə görüşdə səsləndirdiyi fikirlərə münasibət bildirən politoloq, fransaşünas, tarix elmləri namizədi, Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının Sosial Elmlər İnstitutunun dosenti İqor İqnatçenko deyib.
İ.İqnatçenko hesab edir ki, öz növbəsində amerikalılar öz xarici siyasətində Ermənistan - Azərbaycan nizamlanması prosesində gündəmi ələ keçirməyə, danışıqlar prosesinin moderatoruna çevrilməyə və Makrondan hansısa mümkün qələbəsini "oğurlamağa" çalışırlar.
"Bu da öz növbəsində Fransa prezidentinin siyasətinə təsir edir, o, bir növ hansısa xüsusi, eksklüziv bir addımlar atmağa cəhd edir".
Politoloq hesab edir ki, artıq dünyada cərəyan edən hadisələr nəticəsində Paris əlində olan imkanları itirir:
"Həmin Afrikada artıq heç nə alınmır. Baxmayaraq ki, bu, Fransanın ənənəvi təsir zonası idi. Makron əvvəlcə Fransanı bir növ neytral qüvvə (Cənubi Qafqazda – red.) kimi təqdim etməyə çalışırdı. Amma heç nə alınmadı. İndi də Fransa prezidenti nəhayət ki, maskalarını çıxarıb, taktikasını dəyişib. Ola bilsin ki, o, düşünürdü ki, bir tərəfi (Ermənistanı - red.) dəstəkləmək Fransanın qətiyyətli mövqeyindən xəbər vermiş olacaq. Amma görürük ki, amerikalılar meydanda fransızları üstələyirlər, baxmayaraq ki, Paris bunu gözləmirdi.
Fransanın istər beynəlxalq arenada, istərsə də daxili siyasətdə üzləşdiyi problemlərin kökündə onun acizliyi dayanır. Makronun tarixə düşmək, özündən sonra hansısa irs qoyub getmə cəhdi çətin ki, uğurlu olsun, çünki Makronun iki dəfəlik prezidentliyi müddətində nəyinsə müsbətə doğru dəyişdiyini xatırlamaq olmur. Bununla belə, Makronun növbəti "gücsüzlük partlayışları"nı da istisna etmək olmaz".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1337 Tarix: 01 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU - Yaralılar var - VİDEO
Qara dənizin Rumıniya sahillərindən 20 dəniz mili məsafədə taxıl daşıyan Türkiyəyə məxsus "Royad Mammadov" gəmisi dron hücumuna məruz qalıb. Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, gəmidə hücumdan sonra yanğın baş verib. Son məlumata görə, kapitan və bir heyət üzvü həlak olub, 1
5 oktyabrİranda son 9 ayda 70 siyasi məhbus edam edilib
İranda bu ilin yanvar ayından etibarən, son 9 ayda azı 70 siyasi məhbus edam edilib, daha 194 nəfər ölüm cəzasına məhkum olunub. xəbər verir ki, bu barədə İranın insan hüquqları müdafiə təşkilatları bildirib. Hüquq-müdafiə təşkilatlarının və ictimai fəalların məlumatına görə, reallıqda edam edilənləri
6 oktyabrThe Guardian: "Cənubi Koreyadan Rusiyaya yanacaq daşınması üzə çıxıb"
The Guardianın araşdırmasına görə, Cənubi Koreyadan Rusiyanın uzaq şərq limanlarına böyük həcmdə yanacaq daşınıb. Nəşrin liman sənədləri və gəmi izləmə məlumatları əsasında apardığı təhlilə görə, iyul və avqust aylarında Cənubi Koreyanın bir neçə limanından Rusiyaya 176 min tondan çox yanacaq, əsasə
6 oktyabrFoto və güzgüdə niyə fərqli görünürük: Hansı görüntü həqiqətə daha yaxındır?
Yəqin ki, hər kəsin başına belə bir vəziyyət gəlib: evdən çıxarkən güzgüyə baxırsan və görünüşünün Olimpiya tanrıları ilə rəqabət apara biləcəyini düşünürsən. Qaynarinfo xəbər verir ki, sonra həmin gün foto çəkdirirsən, şəkilə baxanda isə hər şeyin niyə bu qədər pis göründüyünü anlamayaraq təəccüblənirsən
5 oktyabrPolşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb
Polşada Poznandakı məktəbi və dəmir yolu vağzalını partlatmaqla hədələyən 19 yaşlı gənc saxlanılıb. "Report" xəbər verir ki, bu barədə RMF24 radiostansiyası məlumat yayıb. Qeyd olunub ki, o, sentyabrın sonlarında bir neçə müəssisənin elektron ünvanlarına partlayıcı maddələrdən istifadə hədələr
6 oktyabrAvropa Komissiyası Moldovaya 150 milyon avrodan çox vəsait ayırıb
Avropa Komissiyası Moldovaya islahatlarla bağlı 18 öhdəliyi yerinə yetirdikdən sonra inkişaf planı çərçivəsində ölkəyə 157 milyon avro maliyyə dəstəyi ayırıb. "Report" Moldova mediasına istinadən xəbər verir ki, bu barədə genişlənmə məsələləri üzrə avrokomissar Marta Kos Brüsseldə keçirilə
5 oktyabrİstanbulda dəhşətli hadisə: 15 yaşlı məktəbli qız şagirdləri bıçaqladı - VİDEO
Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda Şeyh Şamil İmam Hatip orta məktəbində 15 yaşlı məktəbli qızın yaraladığı şagirdlərin sayı artıb. Bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir. Məlumata görə, məktəbdə məktəbli qız 8 şagirdi bıçaqla yaralayıb. Hadisə yerinə sağlamlıq qrupları göndərilib
6 oktyabr