Foto və güzgüdə niyə fərqli görünürük: Hansı görüntü həqiqətə daha yaxındır?

Foto və güzgüdə niyə fərqli görünürük: Hansı görüntü həqiqətə daha yaxındır?Yəqin ki, hər kəsin başına belə bir vəziyyət gəlib: evdən çıxarkən güzgüyə baxırsan və görünüşünün Olimpiya tanrıları ilə rəqabət apara biləcəyini düşünürsən.

Qaynarinfo xəbər verir ki, sonra həmin gün foto çəkdirirsən, şəkilə baxanda isə hər şeyin niyə bu qədər pis göründüyünü anlamayaraq təəccüblənirsən. Bu zaman istər-istəməz insanın harada daha gözəl göründüyü - güzgüdə, yoxsa real həyatda - və hansı görüntünün həqiqətə daha yaxın olduğu sualı yaranır.

İnsan əslində necə görünür və hansı daha doğrudur: Güzgü, yoxsa foto?

"Popular Science" nəşrinin müəllifləri insanın real həyatda güzgüdəki kimi, yoxsa fotodakı kimi göründüyünü araşdırmağa çalışıblar.

Eplinin sözlərinə görə, cavabın bir hissəsi sadə fizika qanunlarında gizlənir. Güzgü üzünüzün tərs çevrilmiş görüntüsünü göstərir, foto isə bunu etmir. Demək olar ki, hər bir insanın üzündə müəyyən, çox cüzi asimmetriya var: bir göz digərindən bir qədər yuxarıda yerləşir, ağızın bir tərəfinin forması digər tərəfdən bir qədər fərqlənir. Aktyorlar bəzən "yaxşı tərəflərinin" olduğunu deyirlər və bunun müəyyən qədər həqiqət payı ola bilər. Güzgüyə baxarkən bu asimmetriyanı tərs çevrilmiş formada hər gün, minlərlə dəfə görürük.

Bəs niyə tərs çevrilmiş görüntü zaman keçdikcə bizə "daha doğru" görünməyə başlayır? Psixoloqlar bunu "sadə məruz qalma effekti" adlandırırlar. Çikaqo Universitetinin But Biznes Məktəbinin davranış elmləri üzrə mütəxəssisi doktor Nikolas Epliyə görə, bunun mahiyyəti ondan ibarətdir ki, hər hansı bir şeylə nə qədər çox qarşılaşırıqsa, o bizə bir o qədər xoş gəlir, çünki həmin görüntü bizim üçün tanış olur.

İtaliyadakı Messina Universitetinin koqnitiv nevrologiya kafedrasının dosenti doktor Valentina Kassatzo bildirib: "Demək olar ki, bütün üzlər müəyyən dərəcədə asimmetrik olduğundan, tərs çevrilməmiş fotoda üz cizgilərinin nisbi yerləşməsi dəyişir. Bu da görüntünün başqalarına tamamilə normal görünməsinə baxmayaraq, bizə bir qədər yanlış təsir bağışlaya bilər".

Epli də bu fikirlə razılaşır: "Gündəlik həyatda başqalarının gördüyünün tam əksini görməyə alışırıq".

Yəni insan daim "Niyə güzgüdə daha yaxşı görünürəm?" deyə düşünürsə, bir faktı qəbul etməlidir: güzgüdəki görüntünün tanış olması onun psixoloji baxımdan daha asan qavranılmasına şərait yaradır. Güzgüdəki əksiniz xoşunuza gələ bilər, amma digər insanlar sizi fərqli şəkildə görür.

Lakin Kassatzo hesab edir ki, hərəkətsiz foto ilə güzgüdəki görüntü arasındakı fərqlər sadəcə görüntünün sağdan sola çevrilməsindən daha mürəkkəbdir.

"Güzgüyə baxmaq dinamik və interaktiv prosesdir: biz hərəkət edir, üz ifadəmizi dəyişir və özümüzə baxdığımız bucağı seçirik. Foto isə saniyənin kiçik bir hissəsini qeydə alır və çox vaxt işıqlandırma, kameraya olan məsafə və obyektiv kimi adətən özümüzün seçmədiyimiz şərtlər altında çəkilir", deyə o bildirib.

Beləliklə, fotoya baxarkən yaranan xoşagəlməz hiss böyük ehtimalla yalnız görüntünün tərs çevrilməsi ilə bağlı deyil. Bu hiss fotoda qeydə alınmış ani və statik görüntü ilə hər gün güzgüdə gördüyümüz canlı, üçölçülü görüntü arasındakı fərqdən də qaynaqlana bilər.

Foto, yoxsa güzgü daha doğrudur və burada psixologiyanın rolu nədir?

Epli foto ilə güzgüdən hansının daha doğru görüntü verdiyini müəyyənləşdirmək üçün öz araşdırmalarını da aparıb. Təcrübələrdən birində onun komandası iştirakçıların kameraya baxdığı neytral fotolar çəkib. Daha sonra rəqəmsal texnologiyalardan istifadə etməklə hər bir foto dəyişdirilib və ya olduqca cəlbedici, ya da çoxsaylı üzlərin ortalama görüntüsünə yaxın, yaxud çox cəlbedici olmayan üz yaradılıb.

Hər iştirakçı üçün müxtəlif səviyyələrdə qarışdırılmış 11 variant hazırlanıb. Daha sonra iştirakçılardan həqiqətən özlərinə aid olan görüntünü seçmələri istənilib.

Epli deyir: "Orta hesabla insanlar öz üzlərindən daha cəlbedici göründüyünü düşündükləri üzü seçməyə meyilli idilər".

Lakin Epli əldə olunan nəticələri şişirtməməyə çağırır: "Birbaşa yoxlamadığımız alternativ izahlar da mövcuddur".

O əlavə edib ki, iştirakçılar laboratoriya şəraitində neytral üz ifadəsi ilə fotoşəkilləndiriliblər. Bu isə insanların gündəlik həyatda güzgüdə və ya telefonla çəkilən fotolarda necə göründüyü ilə tam uyğun gəlmir.

"Bəlkə də fotolarınızda daha çox gülümsəyirsiniz və bu, laboratoriyada çəkdiyimiz şəkildən daha müsbət təəssürat yaradır", deyə Epli bildirib.

Kassatzo öz araşdırmalarında bu konsepsiyanı daha da inkişaf etdirib. Onun komandası iştirakçı qadınların üzlərini dodaq və yanaq nahiyəsinə dolğu kimi kosmetik prosedurlar etdirən tanımadıqları qadınların görüntüləri ilə müqayisə edib. Daha sonra insanlardan hansı üzün özlərinə aid olduğunu müəyyənləşdirmələri istənilib.

"Biz müəyyən etdik ki, qısa müddətli baxış zamanı iştirakçılar üzün tərkibində başqa bir insana aid əhəmiyyətli miqdarda məlumat olsa belə, həmin görüntünü özlərinə aid hesab etməyə davam edirdilər", deyə Kassatzo bildirib.

Onun sözlərinə görə, bu, hər kəsin zehnində özünün daha gözəl portretinin formalaşdığını sübut etmir. Daha geniş mənada nəticələr göstərir ki, insanın öz üzü ilə bağlı təsəvvürü çevikdir və xüsusilə sürətli, çox düşünülmədən verilən qiymətləndirmələr zamanı başqa insanların müsbət qiymətləndirilən xüsusiyyətlərini də özündə birləşdirə bilər.

Tanış olduğumuz üzlə başqalarının gördüyü üzün müqayisəsi xoşagəlməz ola bilər. Lakin Eplinin sözlərinə görə, bunun müsbət tərəfi də var. Sizin üçün qəribə və hətta xoşagəlməz görünən tərs çevrilməmiş görüntü ətrafınızdakı insanlar üçün sizin güzgüdə gördüyünüz əksiniz qədər tanış və bəlkə də eyni dərəcədə cəlbedicidir.

"Bəlkə də bu görüntü sizin xoşunuza gəlmir. Amma digər insanlar onu daim görürlərsə, çox güman ki, onlar üçün bu görüntü sizə güzgüdəki əksinizdən daha xoş gəlir. Bunun təsəlliverici tərəfi var", deyə Epli bildirib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 68   Tarix: 05 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ABŞ bombardmançılarını Britaniyadakı bazadan çıxardı

ABŞ Hərbi Hava Qüvvələri İrana qarşı əməliyyatlarda istifadə olunan Britaniyadakı RAF Fairford bazasından B-1 və B-52 bombardmançılarını geri çəkib. CNN-ə istinadən xəbər verir ki, bu qərar bazaya qarşı ehtimal olunan terror planı ilə bağlı araşdırmadan sonra verilib. Pentaqon təyyarələrin ABŞ-dakı bazalar

5 oktyabr
.

KİV: Rusiyada Tu-95MS-in qəzaya uğraması nəticəsində 8 zabit ölüb

Rusiyanın Amur vilayətində sentyabrın 29-da qəzaya uğrayan Tu-95MS strateji bombardmançı-raketdaşıyan təyyarəsinin göyərtəsində ölən səkkiz zabitin bəziləri Ukraynaya raket zərbələrinin təşkili və metodiki təminatında iştirak edib. Bu barədə "Mediazona" məlumat yayıb. Məlumata görə, təyyarəd

5 oktyabr
.

Tramp administrasiyası Rusiyada mümkün vəba epidemiyasını izləməyə başlayır

ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiyada şübhəli vəba xəstəliyi və bununla bağlı karantin tədbirləri barədə məlumatları izləyir. xəbər verir ki, bu barədə Ağ Ev sözçüsü Axios-a bildirib. Onun sözlərinə görə, administrasiya hadisələrdən "xəbərdardır" və vəziyyətin inkişafı üçü

5 oktyabr
.

Əfqanıstanda qızıl mədəninin çökməsi nəticəsində beş nəfər ölüb

Əfqanıstanın şimalındakı Təhar əyalətində qızıl mədəninin çökməsi nəticəsində beş şaxtaçı ölüb. "Report"un "Associated Press"ə istinadən məlumatına görə, bu barədə yerli hakimiyyət orqanları xəbər verib. Hadisə Çah-Ab dairəsinin Şah-Mastan rayonunda qeydə alınıb. Əlavə məlumat verilmir

4 oktyabr
.

Qonşu ölkədə kartof od tutub yanır - Bir ildə kəskin bahalaşma

Rusiyada kartof tərəvəzlər arasında qiymət artımına görə ilk sıraya çıxıb. xəbər verir ki, avqustun sonuna kartofun orta pərakəndə satış qiyməti kiloqramı 59,1 rubla (1,23 manat) çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,3 faiz çoxdur. Topdansatış qiyməti isə 33,6 faiz artaraq kiloqramı 22,

4 oktyabr
.

Trampdan yeni hücum anonsu: "İranla heç vaxt sülh olmayacaq"

ABŞ Prezidenti Donald Tramp noyabrda Konqresə keçiriləcək aralıq seçkisindən sonra İrana qarşı yeni bombardmanların ola biləcəyini istisna etməyib. xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri "Time" nəşrinə müsahibəsində məlumat verib. Jurnalistin aralıq seçkilərdən sonra yeni hava zərbələrini

4 oktyabr
.

Kobaxidze: Gürcüstan Aİ qarşısında öhdəliklərinin 90 faizini yerinə yetirib

Gürcüstan Avropa İttifaqı (Aİ) ilə Assosiasiya Gündəliyi və Dərin və Hərtərəfli Azad Ticarət Sazişi (DCFTA) çərçivəsində üzərinə götürdüyü öhdəliklərin təxminən 90 faizini yerinə yetirib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze "Open Air"

4 oktyabr
.

Tarixin ən böyük avtomobil tıxacı 12 gün davam edib: Harada baş verib?

Tarixin ən böyük avtomobil tıxacı tam 12 gün davam edib və təxminən 100 kilometr məsafəyə uzanıb. Hadisə o qədər qeyri-adi olub ki, dünya mediasının manşetlərinə çıxıb. Qaynarinfo "Supercar Blondie" nəşrinə istinadən xəbər verir ki, tıxac 2010-cu ildə Çində yaranıb. Bu ölkədə avtomobil tıxaclar

5 oktyabr
.

Bessent ABŞ və Çinin Sİ üçün məhdudiyyətlərə dair razılaşmalarını mümkün sayır

ABŞ və Çin süni intellekt (Sİ) texnologiyalarının tətbiq edilməməli olduğu sahələr barədə razılığa gələ bilər. "Report" "Axios"a istinadən xəbər verir ki, bu fikri ABŞ-nin maliyyə naziri Skott Bessent ifadə edib. "Düşünürəm ki, biz modellərin məhz nəyi etməməli olduğu barəd

4 oktyabr