MM-in komitə sədri: "Həkim və dərman şirkətlərinin əməkdaşlığı var"
"Bu gün həkim və dərman satışı ilə məşğul olan şirkətlərin əməkdaşlığı var".
Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
O bildirib ki, bu gün ölkədə dərman vasitələri ilə bağlı problemlərin əsas səbəbi daxili istehsalın olmamasıdır: "Bundan əlavə, ölkəyə dərmanların böyük əksəriyyətinin xaricdən gətirilməsidir. Şübhəsiz ki, bu da keyfiyət və qiymətə ciddi təsir edir. Məndə olan məlumata görə, Ələt azad iqtisadi zonasında 4 dərman fabrikinin istehsalına icazə verilib, birinin isə inşasına başlanılıb. Ona görə də hesab edirəm ki, dərman istehsalı hər birimizi narahat edən məsələlərin həllinə kömək edəcək".
Ə.Əmiraslanov vurğulayıb ki, xəstə istədiyi dərmanı yox, həkimin təyin etdiyi molekul formulası göstərilən dərmanı qəbul etməlidir: "Kimsə kefi istəyəndə adı və ya qabı xoşuna gələn dərmanı alıb içməməlidir. Həkimlər tərəfindən də bu sahədə sui-istifadə halları var. Elektron resept məsələsi boşuna gündəmə gəlməyib. Bu gün həkim və dərman satışı ilə məşğul olan şirkətlər arasında sövdələşmələr olur. Hər addımda bunun şahidi oluruq. Bəzən lazım olmayan dərmanlar xəstələrə yazılır. Elektron reseptlə bütün bunların qarşısı alınacaq. Həkim resept yazanda biləcək ki, mütəxəssis nəzarət edəcək. Əvvəl resept yazılanda həkim deyirdi ki, get dərmanı filan aptekdən al, bundan sonra bunu edə bilməyəcəklər".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1233 Tarix: 05 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bəzi şəxslərə pulsuz hüquqi yardım göstəriləcək
Azərbaycanda bir sıra şəxslərə pulsuz hüquqi yardım göstəriləcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Pulsuz hüquqi yardım haqqında" Qanunda əksini tapıb. Qanun layihəsinə əsasən, pulsuz hüquq
5 oktyabr"Filmlərdə qəhrəman əzilir" - kinorejissor Ayaz Salayevlə MÜSAHİBƏ
"Sovet dövründə çəkilən filmlər daha çox baxılır nəyinki indiki dövrdə çəkilənlər. Mənə elə gəlir ki, səbəblərdən biri ondan ibarətdir ki, o dövrdə filmlər dəmir pərdə şəraitində çəkilib". Bu sözləri -a müsahibəsində kinorejissor Ayaz Salayev bildirib. Müsahibənin tam versiyasını aşağıdan izləy
6 oktyabr"Bu o deməkdir ki, biz öz işimizi başa düşməmişik"
"Bu gün bizim məktəbimizin ən vacib müzakirə mövzusu şagirdlərimizin öyrənib-öyrənməməsidir. Şagirdlər öyrənirsə, deməli, hər şey yaxşıdır". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda çıxışı zamanı bildirib
5 oktyabrAzərbaycan Universitetinin dərs otağına yağış suları damıb
"Kiçik tutumlu auditoriyalardan birində su sızması olub". Bu barədə -in sorğusuna cavab olaraq Azərbaycan Universitetinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, aidiyyəti şöbə tərəfindən həmin auditoriyaya baxış keçirilib və yaranmış vəziyyətlə bağlı tədbirlər görülür:. "Videoda
6 oktyabrMaaş və pensiyalar artacaq: Qiymətlər də bahalaşa bilər? - Ekspertdən AÇIQLAMA
Gələn il maaş və pensiyaların artırılması əhalinin gəlirlərinin yüksəlməsinə və alıcılıq qabiliyyətinin yaxşılaşmasına şərait yarada bilər. Bununla yanaşı, əhalinin gəlirlərinin artması istehlak tələbinin yüksəlməsinə səbəb olmaqla, təklifin tələbi tam qarşılamadığı halda bəzi məhsul və xidmətlərin qiymətlərin
6 oktyabrHəccə gedəcək zəvvarların nəzərinə: Yeni tələblər olacaq
Bu ildən Həcc ziyarətinə gedəcək azərbaycanlı zəvvarlar üçün sağlamlıqla bağlı əlavə tələblər tətbiq olunacaq. Qaynarinfo "Xəzər" TV-yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı bu tələbləri ötən ildən tətbiq edir və tələblərə əməl etməyən bəzi Həcc missiyaları cərimələnib. Qafqaz Müsəlmanlar
6 oktyabr