"Hüquq" MTK vətəndaşları belə aldadır - ŞİKAYƏT

"Hüquq" MTK vətəndaşları belə aldadır - ŞİKAYƏTAzərbaycanın mənzil tikintisi sahəsində boşluqlar və özbaşınalıqlar saysız-hesabsızdır. Rəsmi qurumlar tərəfindən ciddi tədbirlər görüləcəyi barədə tez-tez məlumatlar verilməsinə baxmayaraq, tikinti şirkətləri və MTK-lar tərəfindən sakinlərdən sayğaclara görə qanunsuz ödənişlərin yığılması, onların aldadılması, işlərin natamam görülməsi (tikinti norma və qaydalarına əməl edilmir) və s. kimi problemlər davam edir.

Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin təşkili ilə binaların tikinti şirkətlərinin nəzarətindən çıxacağı gözlənilsə də, mexanizm effektli olmadı. Bakıda əksər binalarda yaradılmış mənzil mülkiyyətçiləri müştərək cəmiyyətləri faktiki olaraq tikinti şirkətlərinin və ya mənzil tikinti kooperativlərinin (MTK) nəzarətindədir, sakinlərin ödədiyi kommunal haqların necə xərcləndiyinin hesabatı verilmir.

18 MƏRTƏBƏLİ BİNADA LİFT ÇƏTİNLİYİ

Bakıda bir yaşayış kompleksi var ki, 20 ilə yaxındır istifadəyə verilsə də əsas lifti istifadəyə verilməyib. Binanın yuxarı mərtəbələrində yaşayan sakinlər həyətə düşmək və mənzilə qayıtmaq lazım gələdikdə zülüm çəkirlər.

Söhbət Bakı şəhəri, Nəsimi rayonu, Xətai pr 38 ünvanında yerləşən və "Hüquq" MTK-nın çoxdan inşa etdiyi yaşayış kompleksindən gedir. Kompleksin 18 mərtəbəli C1 girişində yaşayan Osmanov Yunis Xalid oğlu sakinlər adından Marja-ya müraciətində bildirib ki, rəsmi qurumlara 17 dəfə müraciət etməsinə baxmayaraq, heç bir nəticəsi yoxdur:

"Mən təxminən 15 ildir bu binada yaşayıram. C1 girişində iki lift nəzərdə tutulsa da yardımçı lift işləyir, əsas lift istifadəyə verilməyib. 18 mərtəbəli bir bina üçün kiçik bir lift kifayət etmir, düşüb qalxmaqda çox əziyyət çəkirik. Burada 30 ailənin 100-dən çox üzvü yaşayır. Əsas liftin işləməməsi barədə çoxsaylı müraciətlərimizin nəticəsi yoxdur. Prezident İlham Əliyevin 2019-cu ildə imzaladığı "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" Fərmanından sonra bu binadakı qüsurlardan bəziləri aradan qaldırıldı, amma tam şəkildə deyil, hazırda bir sıra problemlər qalmaqdadır, əksər sakinlər çıxarış (kupça) ala bilmirlər".

MKT DÖVLƏT AGENTLİYİNİN TƏLƏBİNƏ ƏMƏL ETMƏYİB

2022-ci ildə Osmanov Yunisin müraciətlərinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyindən verilən cavablarda bildirilir ki, həqiqətən "Hüquq" MKT tərəfindən inşa edilmiş binanın C1 girişində 2-ci liftin istismara verilmədiyi, qüsurlar olduğu aşkar edilib. Agentlik tərəfindən 15 gün ərzində nöqsanın aradan qaldırılması və liftin istismara verilməsi barədə "Hüquq" MKT-nın rəhbərliyindən tələb olunub.Həmin tələblərdən xeyli vaxt keçməsinə baxmayaraq "Hüquq" MKT liftin istifadəyə verilməsini təmin etməyib.

"Bir sıra vəzifəli şəxslər öz vəzifələrini düzgün və ya ciddi icra etmirlər. Tikinti şirkəti göstərişləri və tələbləri yerinə yetirmir. Bəs vəzifəli şəxslər müraciətlərə laqeyd yanaşdıqda vətəndaş nə etsin?!", - Yunis Osmanov deyib.

Əlavə edək ki, mətbuatda çıxan məlumata görə, "Hüquq" Mənzil-Tikinti Kooperativi icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məhkəməyə verilib.

Sakinlərin müraciətilə əlaqədar "Hüquq" MKT ilə əlaqə saxlamağa cəhd etdik. MTK-da soğumuza və telefon zənglərimizə cavab verən olmadı. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1216   Tarix: 05 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bəzi şəxslərə pulsuz hüquqi yardım göstəriləcək

Azərbaycanda bir sıra şəxslərə pulsuz hüquqi yardım göstəriləcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Pulsuz hüquqi yardım haqqında" Qanunda əksini tapıb. Qanun layihəsinə əsasən, pulsuz hüquq

5 oktyabr
.

"Filmlərdə qəhrəman əzilir" - kinorejissor Ayaz Salayevlə MÜSAHİBƏ

"Sovet dövründə çəkilən filmlər daha çox baxılır nəyinki indiki dövrdə çəkilənlər. Mənə elə gəlir ki, səbəblərdən biri ondan ibarətdir ki, o dövrdə filmlər dəmir pərdə şəraitində çəkilib". Bu sözləri -a müsahibəsində kinorejissor Ayaz Salayev bildirib. Müsahibənin tam versiyasını aşağıdan izləy

6 oktyabr
.

"Bu o deməkdir ki, biz öz işimizi başa düşməmişik"

"Bu gün bizim məktəbimizin ən vacib müzakirə mövzusu şagirdlərimizin öyrənib-öyrənməməsidir. Şagirdlər öyrənirsə, deməli, hər şey yaxşıdır". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda çıxışı zamanı bildirib

5 oktyabr
.

Azərbaycan Universitetinin dərs otağına yağış suları damıb

"Kiçik tutumlu auditoriyalardan birində su sızması olub". Bu barədə -in sorğusuna cavab olaraq Azərbaycan Universitetinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, aidiyyəti şöbə tərəfindən həmin auditoriyaya baxış keçirilib və yaranmış vəziyyətlə bağlı tədbirlər görülür:. "Videoda

6 oktyabr
.

Zəif şagirdlərlə iş nə vaxt başlamalıdır? - Təhsildə erkən müdaxilə niyə vacibdir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Sentyabrın 11-də keçirilən 2026-2027-ci tədris ili üzrə təhsil işçilərinin konfransında şagirdlərin nəticələri və xüsusilə zəif nəticə göstərən uşaqlarla iş məsələsi diqqət mərkəzində olub. Təhsil İnstitutunun təqdimatında ibtidai siniflərdə oxu və riyazi bacarıqlar üzrə müsbət dinamikanın olduğu, baz

5 oktyabr
.

Sarayda "unikal" təhsil müəssisəsi: "İki min yerlik məktəbdə altı min şagird oxuyur"

Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 3 nömrəli tam orta məktəbdəki mövcud vəziyyət valideynlər arasında narazılıq yaradıb. Bu barədə -ın qaynar xəttinə (+994 55 224-12-12) vətəndaş şikayəti daxil olub. Valideyn iddia edir ki, təxminən iki min şagird üçün nəzərdə tutulan məktəbdə hazırda alt

5 oktyabr
.

Maaş və pensiyalar artacaq: Qiymətlər də bahalaşa bilər? - Ekspertdən AÇIQLAMA

Gələn il maaş və pensiyaların artırılması əhalinin gəlirlərinin yüksəlməsinə və alıcılıq qabiliyyətinin yaxşılaşmasına şərait yarada bilər. Bununla yanaşı, əhalinin gəlirlərinin artması istehlak tələbinin yüksəlməsinə səbəb olmaqla, təklifin tələbi tam qarşılamadığı halda bəzi məhsul və xidmətlərin qiymətlərin

6 oktyabr
.

Şəhidimizin adını daşıyan gəmi dron hücumuna məruz qaldı: Həlak olan Məhəmmədin fotosu

Ukraynadan İtaliyaya taxıl daşıyan Türkiyə bayraqlı "Royal Məmmədov" yük gəmisinin PUA hücumuna məruz qalması nəticəsində həlak olan digər azərbaycanlı dənizçinin də kimliyi müəyyənləşib. -ın əldə etdiyi məlumata görə, həlak olan digər dənizçi Məhəmməd adlı şəxsdir. Onun fotosunu təqdim edirik:

5 oktyabr
.

Həccə gedəcək zəvvarların nəzərinə: Yeni tələblər olacaq

Bu ildən Həcc ziyarətinə gedəcək azərbaycanlı zəvvarlar üçün sağlamlıqla bağlı əlavə tələblər tətbiq olunacaq. Qaynarinfo "Xəzər" TV-yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı bu tələbləri ötən ildən tətbiq edir və tələblərə əməl etməyən bəzi Həcc missiyaları cərimələnib. Qafqaz Müsəlmanlar

6 oktyabr