Emin Mahmudov "Neftçi"yə sadiq qaldı

Emin Mahmudov "Neftçi"yə sadiq qaldı"Neftçi"yə sadiqəm. Bir dəfə "ağ-qaralı" olan həmişə "ağ-qaralı" qalır. Qismət olsa, karyeramı elə doğma komandamda bitirməyi düşünürəm".

Bunu "Report"a eksklüziv açıqlamasında "Neftçi"nin kapitanı Emin Mahmudov deyib.

Futbolçu bildirib ki, heç vaxt bir az daha çox qazanmaq üçün komandadan ayrılmaq haqqında düşünməyib: "Sadəcə, özümü daha reytinqli və güclü çempionatda, fərqli atmosferdə sınamaq istəyirdim. Ona görə də yeni çağırışları dəyərləndirmək fikrinə düşdüm. Sözün düzü, həm Rusiya, həm Türkiyə, həm də bir sıra digər ölkələrdən təkliflər aldım. Amma gəlin, açıq danışaq ki, oynayacağın çempionatdan əlavə, həm də çıxış edəcəyin komanda da önəmlidir. Bu baxımdan təklifləri nəzərdən keçirdim, götür-qoy etdim və son olaraq qərar verdim ki, gələn təkliflərin heç biri 6 ildir formasını geyindiyim "Neftçi"dən ayrılmağa dəyməz. Çünki bu klubda özümü həqiqətən xoşbəxt hiss edirəm. Azarkeşlər, klub rəhbərliyi, komanda yoldaşlarım və digərləri, hər kəs məni sevir, hörmət edir, komandanın kapitanıyam. Bütün bu amilləri nəzərə alaraq yekunda doğma klubumda qalmağa qərar verdim".

Azərbaycan milli komandasının da üzvü olan yarımmüdafiəçi qeyd edib ki, maliyyə məsələlərindəki anlaşmazlıqla bağlı söhbətlərin hardan çıxdığını bilmir: "Əgər məsələ təkcə pul və ya daha çox qazanmaq olsaydı, inanın ki, geridə qalan 6 il ərzində dəfələrlə hətta indikindən də sərfəli şərtlərlə təkliflərim olmuşdu. Amma hər zaman sevildiyim yerdə, mənə doğma olan "Neftçi"də qalmağı seçmişəm".

Mahmudov azarkeşlərə də səslənib: "Qərar vermək periodu bir az uzun çəkdi. Klub rəhbərliyi sağ olsun, səbirlə gözlədi. Azarkeşlərə yaşatdığım narahatlıq üçün məyusam. Dünyanın ən yaxşı fanatları "Neftçi" azarkeşləridir. Onların temperamenti, qələbə istəyi, çılğın dəstəyi daim məni yeni qələbələrə motivasiya edir. Ümid edirəm ki, qarşıdakı oyunlarda əlimdən gələnin ən yaxşısını edərək, meydanda var gücümlə mübarizə apararaq yenidən onların könlünü ala biləcəm. Azarkeşlər də əmin olsunlar ki, bundan sonra da meydanda daha istəkli, daha yaxşı Emin görəcəklər. Komandamın uğurları üçün son damla tərimə kimi mübarizə aparacam".

Yarımmüdafiəçi bu gün Rusiyanın Sankt Peterburq şəhərinə, komandanın təlim-məşq toplanışına yola düşdüyünü bildirib: "Çatan kimi məşqlərə start verəcəm. Ümid edirəm ki, qarşıdakı "Srvena Zvezda" ilə oyunda meydana çıxıb komanda yoldaşlarıma kömək edəcəm".

Qeyd edək ki, Emin Mahmudov 2017-ci ildən "Neftçi"də çıxış edir.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 980   Tarix: 06 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Qəbələ"nin yeni baş məşqçisi Yeton Bekiri olub

"Qəbələ" yeni baş məşqçisinin adını açıqlayıb. bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, "qırmızı-qaralar" şimali makedoniyalı Yeton Bekiri ilə "1+2" illik müqavilə bağlayıb. 44 yaşlı mütəxəssis son olaraq ölkəsində "Şkendiya" klubuna rəhbərli

16 sentyabr
.

Koxalski "Qarabağ"dan ayrılma səbəbini açıqladı

"Qarabağ"ın sabiq qapıçısı Mateuş Koxalski "Qarabağ"dan ayrılmaq səbəbi haqqında danışıb. "Qafqazinfo" xəbər verir ki, o, karyerasını Avropada qurmaq üçün Azərbaycan təmsilçisini tərk etdiyini bildirib. "Mən Avropaya qayıtmaq istəyirdim. Nəzəri olaraq, Azərbaycan avrokuboklard

22 sentyabr
.

Nene "Fənərbağça"dan ayrılmaq istəyir

Malidən olan futbolçu Dorqeles Nene Türkiyənin "Fənərbağça" klubundan ayrılmaq istəyir. xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçi qış transfer dönəmində İstanbul təmsilçisi ilə vidalaşmaq niyyətindədir. Afrikalı oyunçu artıq bununla bağlı agentin

22 sentyabr
.

Şahin Mustafayev yenidən federasiya prezidenti seçildi

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) prezidenti seçilib. ASTF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Şahin Mustafayev qarşıdakı 4 il ərzində də bu vəzifəni icra edəcək. Qeyd edək ki, Ş.Mustafayev 2014-c

16 sentyabr
.

Lionel Messi karyerasında 930-cu qolunu vurub

Argentinalı ulduz futbolçu Lionel Messi karyerasında 930-cu qolunu vurub. xəbər verir ki, ABŞ-nin "İnter Mayami" klubunda çıxış edən 39 yaşlı hücumçu "San Dieqo" ilə heç-heçə etdiləri MLS oyununda fərqlənib. O, 23-cü dəqiqədə adını tabloya yazdırıb. Xatırladaq ki, görüş 2:2 hesab

21 sentyabr
.

Ançelotti Neymarın Braziliya millisinə qayıtmaq şansından DANIŞDI

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Neymarın milliyə qayıtmaq planının olmadığını bildirib. xarici mediaya istinadən bildirir ki, italiyalı məşqçinin sözlərinə görə, Braziliya indi 2030-cu il Dünya çempionatında komandanı təmsil edə biləcək yeni nəsil oyunçuların yetişdirilməsinə diqqə

15 sentyabr
.

"Sabah"ın qapıçısı ən çox qurtarış edənlər siyahısında

"Sabah"ın qapıçısı Stas Pokatilov UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turundan sonra ən çox qurtarış edən qapıçılar siyahısında yer alıb. "Qafqazinfo" xəbər verir ki, o, "Mançester Yunayted"ə 0:4 hesabı ilə uduzduqları oyunda 5 dəfə seyv edib. Siyahıya hərəy

11 sentyabr
.

"Neftçi" "Qəbələ"yə, "Qarabağ" "Şəfa"ya qarşı

Bu gün Misli Premyer Liqasında 6-cı tura start verilir. "Qafqazinfo" xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək. Liderlər qrupunda olan "Neftçi" "Qəbələ" ilə qarşılaşacaq. Bu, "ağ-qaralar"ın Azərbaycan çempionatlarının yüksək dəstəsindəki 100-ci matçıdır

18 sentyabr
.

PSJ Mbappedən 60 min avro təzminat alacaq

"Real Madrid"in hücumçusu Kilyan Mbappe Paris Apellyasiya Məhkəməsinin qərarı ilə PSJ klubuna 60 min avro təzminat ödəməlidir. xəbər verir ki, bu barədə "L’Equipe" məlumat yayıb. Qərar futbolçunun nümayəndələrinin PSJ-nin bank hesablarına tətbiq etdirdiyi təminat tədbiri ilə bağl

16 sentyabr