İsti günlərdə başağrısının səbəbləri açıqlandı
Yay aylarında bəzi insanlar ilin digər vaxtlarına nisbətən daha tez-tez baş ağrıları keçirə bilərlər.
Rusiyalı nevroloq, epileptoloq və tibb elmləri doktoru Vasili Generalov bunun səbəbləri barədə danışıb.
Həkimin sözlərinə görə, istidə başağrısının bir mümkün səbəbi bədənin susuzlaşmasıdır.
"Susuzluq və bol tərləmə baş ağrılarına səbəb ola bilər. Qanın tərkibində də su olur və susuzluq baş verərsə, qırmızı qan hüceyrələri kapilyarlardan keçərkən bir-birinə yapışmağa başlayır, kapilyar səviyyədə oksigen mübadiləsi ləngiyir, toxumaların hipoksiyası baş verir. İsti havalarda, çoxlu su içmək lazımdır", - deyə Generalov izah edib.
Nevroloq vurğulayıb ki, bir çox insanlar meteohəssasdır və havanın temperaturunun dəyişməsi onlara başağrısı verə bilər. Onun sözlərinə görə, belə hallarda ağrını yüngülləşdirmək üçün spazmı aradan qaldıracaq dərman istifadə etmək olar.
"Həmçinin xüsusi məşqlər də var. Məsələn, evdə birində isti, birində soyuq su olmaqla iki qab qoyun və növbə ilə pəncələrinizi suya salıb təxminən 30 saniyə saxlayın. Bu, cəmi 15 dəqiqə çəkir, lakin bu cür manipulyasiyalardan sonra hava temperaturundakı dəyişikliklərə həssaslığınızı daha da azalda bilərsiniz", - deyə həkim əlavə edib.
Generalov başağrısına daha bir səbəb kimi təzyiqi göstərib. Onun sözlərinə görə, havanın isti olmasına görə damar genişlənməsi baş verdiyi üçün təzyiq düşə bilər. Belə insanlara tünd çay və ya qəhvə kömək edər.
Generalov narahatlığın digər mümkün səbəbinin vegetativ-damar distoniyası və böyrəküstü vəzi funksiyalarının pozulmasını göstərib, həmçinin venoz qan axını pozulanlarda da problemlər yarandığını deyib.
"Yaxşı olar ki, belə insanlar istidə az olsunlar və həkimlə məsləhətləşib, venotonik dərmanlar qəbul etsinlər", - deyə nevroloq bildirib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yatmazdan 1 saat əvvəl süd için
Çoxları rahat yata bilməməkdən, yuxusuzluqdan, gecələr tez-tez oyanmaqdan şikayət edir. Yuxu pozuntusunu yaradan səbəblər arasında qidalanma birinci yerdədir. Belə ki, gün ərzində yediklərimiz yuxu rejimini tənzimləyir. Axşam.az-a istinadən xəbər verir ki, insan sağlamlığı üçün yuxu ən önəmli faktordur
15 sentyabr 2021Dünyaya yayılan "Mu" ştamı: Əlamətləri nələrdir?
Koronavirusun "Mu" variantı dünyaya yayılmaqda davam edir. Artıq Türkiyədə 2 nəfərdə bu ştam aşkarlanıb. Bəs "Mu" ştamı nədir? Əlamətləri hansılardır?. həmin araşdırmanı təqdim edir:. Vaksinin təsirini azaldırmı?. "Hürriyet"in xəbərinə görə, "Mu" ştamının ən önəml
8 sentyabr 2021Arpa suyu - süd artıran vasitə
Dünyada anaların rəğbətini qazanan İsveçrəli əmizdirmə məsləhətçisi Hillary Jacobson süd artıran reseptləri ilə tanınmışdır. -ın Sağlamolun.az-a istinadən verdiyi xəbərə görə, mütəxəssis qeyd edir ki, onun tövsiyyə etdiyi reseptləri əmizdirdiyi dövrdə özünün süd azlığı çətinlikləri zamanı sınamışdır
8 sentyabr 2021Ağıl dişi problemi - Kökündən çıxartmaq, yoxsa müalicə?
Stomatoloqların baş bəlası olan "Ağıl dişi" mövzusu hələ də mübahisəlidir:çünki bir çoxları onları lazımsız artıq bilib çəkdirməyi, digərləri isə saxlamağı vacib sayır. dişlərin içində ən çətini olan müdriklik dişləri haqqında pasiyentləri maraqlandıracaq 3 əsas məsələyə aydınlıq gətirir. Müdrikli
17 sentyabr 2021Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB
Bir smartfondan gələn radiasiya xərçəng xəstəliyi ilə təhdid edə bilər, buna görə də cihazı uzun müddət başınızın yanında saxlamayın. Bu barədə rusiyalı mütəxəssis Anton Yastrebtsev bildirib. Onun sözlərinə görə, telefonun orqanizmə təsiri mobil rabitənin baza stansiyasından olan məsafəyə mütənasib olara
17 sentyabr 2021Türkiyədə daha 259 nəfər koronavirus qurbanı oldu
Türkiyədə son sutkada COVID-19-dan 259 nəfər ölüb. xəbər verir ki, son sutkada 314 046 nəfər test edilib, onların 22 923-nün nəticəsi pozitiv çıxıb. Son 24 saatda COVID-19-dan 30 144 nəfər sağalıb
11 sentyabr 2021Əks-göstəriş sertifikatları ilə vaksin pasportu eynihüquqludur? - AÇIQLAMA
Vaksinə qarşı əks-göstəriş sertifikatlarına sahib olan şəxslər vaksin pasportu və immunitet sertifikatı olanlarla bərabərhüquqludur. Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. O bildirib ki, vaksin pasportu tələb olunan yerlərdə bunun əvəzin
11 sentyabr 2021Beyin üçün zərərli qidalar açıqlandı
Düzgün qidalanmamaq beyində iltihabı proseslərə, yaddaş pozulmasına və digər əqli problemlərə gətirib çıxara bilər. Buna yol verməmək üçün, ilk növbədə şəkər tərkibli məhsulların istifadəsini azaltmaq vacibdir. Lakin şəkərdən imtina etmək də olmaz. Belə ki, bu, əqli imkanların zəifləməsi və hətta qısamüddətl
17 sentyabr 2021"Mu" ştammının Deltadan fərqi - Yoluxma əlamətləri hansılardır?
Koronavirus infeksiyası bütün dünyada sürətlə yayıldığı halda yeni variantları da yaranır. Bu dəfə Covid-19-un "Mu variantı" ortaya çıxıb. xəbər verir ki, vaksinlərə qarşı dözümlü bu ştammda əlamətlər nəfəs darlığı, boğulma, boğaz ağrısı, iştahsızlıq, qusma, ürəkbulanmadır. Xəsətlik zaman
9 sentyabr 2021