Ceyhun Bayramov: "Cavabdehlər öz cəzalarını almalıdırlar"
"30 il ərzində Azərbaycan diplomatiyasının qarşısında duran ən əsas məqsədlərdən biri ölkəmizə qarşı aqressiya, işğal, etnik təmizləmə siyasətini beynəlxalq təşkilatlara, dünya dövlətlərinin, böyük güclərin önündə israrlı şəkildə qaldırmaq, bunu beynəlxalq təşkilatların gündəliyindən çıxarılmasına yol verməmək, onun hüquqi təməlini və bazasını gücləndirmək idi. Bu günün özünün tələbləri, reallıqları mövcuddur. Biz bunları yaxşı anlayıb dərk etməliyik və öz fəaliyyətimizdə rəhbər tutmalıyıq".
AZƏRTAC xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov Ağdam şəhərindəki Konfrans Mərkəzində keçirilən "Ağdamın dirçəlişi" adlı tədbirdə deyib.
"Qarabağın dirçəldilməsi üçün aparılan işlərə dost dövlətlərin şirkətlərinin cəlb edilməsi, dünyada mövcud olan ən müasir, yeni texnologiyalar barədə məlumatların əldə edilməsi, ölkəmizdə olan müvafiq həmkar qurumlara onların ötürülməsi, ən ciddi problem olan mina təhdidi məsələsinin beynəlxalq qurumların və təşkilatların gündəliyində saxlanılması, günahkarların ifşa edilməsi, Azərbaycana yardımların artırılması və nəhayət, ən müasir texnologiyaların ölkəmizə cəlb edilməsi istiqamətində işlərimiz davam etməlidir. Burada gördüyümüz dağıntıların, çoxsaylı hərbi cinayətlərin də günahkarları var. Bizim bu istiqamətdə başladığımız işlər tam gücü ilə davam etməlidir. Cavabdehlər öz cəzalarını almalıdırlar. Bunun cəzası bilinməlidir və verilməlidir", - deyə xarici işlər naziri vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb