Yol kənarında turistsiz qalan obyektlər: Ekspertlər nə məsləhət görürlər?

Yol kənarında turistsiz qalan obyektlər: Ekspertlər nə məsləhət görürlər?İsmayıllı-Şəki yolunda aparılan təmir-bərpa işləri həmin ərazidə fəaliyyət göstərən turizm obyektlərinin fəaliyyətinə ciddi təsir edib. Turistlərin sayı kəskin azalıb, gəlir səviyyəsi aşağı düşüb. Ekspertlər sahibkarlara səbirli olmağı məsləhət görürlər.

Bir müddətdir ki, İsmayıllı-Şəki yolunda əsaslı təmir-bərpa işləri aparılır. Bu yolla hərəkət etmək xeyli çətinləşib. Bu səbəbdən məlum istiqamət üzrə turistlərin axınında azalmalar müşahidə olunur. Qeyd edək ki, təmir işləri aparılan yol boyunca çoxsaylı istirahət mərkəzləri, təndirxanalar, restoranlar, kafelər mövcuddur. Nəticədə, hər il yay aylarında müştərilərlə dolu olan bu restoranlar, istirahət mərkəzləri indi boş qalıb. Üstəlik, bir neçə gün əvvəl yaşanan sel fəlakəti turizm obyektlərinin vəziyyətini daha da çətinləşdirib. Belə vəziyyətdə tək qazanc yeri turistlər olan obyekt sahibləri nə etməlidirlər?

"Kaspi" qəzetinin mövzu ilə bağlı hazırladığı məqaləni təqdim edirik.

Turistlərə əvvəlcədən məlumat verilməlidir

Turizm eksperti Ramin Zamanov deyib ki, bu məsələdə tək çarə yolların inşasının yekunlaşmasını gözləməkdir:

"Turistlərin səfəri üçün alternativ yollar təklif oluna bilər. Yolsuzluq şəraitinə uyğun nəqliyyat vasitələrindən istifadə də mümkündür ki, səyahətlərini əvvəlcədən planlamış turistləri ünvana çatdıra bilsinlər. Məsələn, safari tipli nəqliyyat vasitələri seçilə, yaxud piyada keçidlər qoyula bilər. Yollarda təmir işləri aparılırsa, turistlərə əvvəlcədən bu barədə məlumat verilməlidir".

Həmin zonalarda aktivlik yaranacaq

Turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov isə bildirib ki, bu rayonlara hazırda insanlar az üz tutsa da, təmirdən sonra səyahətlərin sayı artacaq:

"İsmayıllı-Şəki yolunda hazırda təmir-bərpa işləri gedir. İstənilən infrastruktur işləri - yolların bərpa olunması, kommunikasiya xətlərinin çəkilməsi iqtisadi canlanma yaradır. Yolun təmiri müsbət haldır. Gələcəkdə həmin yerlərin turizm bölgəsi olaraq inkişafına xidmət edəcək. Çünki yol daha rahat, ərazilər daha əlçatan olarsa, həmin yerlərə gedən turistlərin intensivliyi də artar. Bu zonalarda aktivlik yaranacaq, daha çox istirahət mərkəzləri, otellər fəaliyyət göstərə biləcək. Çünki turistlər, əsasən daha əlçatan yerlərə səyahət etməyi üstün tuturlar".

Belə vəziyyətdə obyektlərin işləməyi çox çətindir
C.Aşurovun fikrincə, yol təmiri sahibkarları düşünərək indiki vaxta salınmamalı idi:

"Yol tikintisi müvəqqəti xarakter daşıyır. Amma yaxşı olardı ki, təmir-tikinti işləri mövsüm vaxtı aparılmasın. Qeyri-mövsümi zamanda olsaydı, sahibkarlara dəyən ziyan daha az olardı. Bu, əslində razılaşdırılmalı idi. Adətən, belə təmir-tikinti işləri sahibkarlıq subyektlərinin fəaliyyəti nəzərə alınaraq mövsüm olmayan vaxtlarda həyata keçirilir. İnsanların istirahətə getdiyi dövrdə qazıntı işlərinin aparılması fonunda obyektlərin işləməsi çox çətindir. Ancaq mövcud şəraitdə atıla biləcək başqa addım yoxdur".

"Heç kim biznesin riskləri olduğunu fikirləşmir"

İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, sahibkarlıq fəaliyyətində belə hallar çox baş verir:

"Həmişə soruşulur ki, niyə mövsüm vaxtı qiymətlər daha baha olur. Amma heç kim biznesin riskləri olduğunu fikirləşmir. Sahibkar obyektdən üç ay pul qazanır, amma doqquz ay müştərisi olmur. Sahibkar hər bir halda obyektin xərclərini ödəməlidir. Qiymətlərin baha olduğunu deyəndə onların problemlərini düşünmürük. Bu məsələ sahibkarın öz problemidir. Yol çəkilir, yaxud sel gəlib deyə, onlara büdcədən yardım edilməsindən söz gedə bilməz. Çünki bu, büdcə təyinatına uyğun deyil. Güzəştli kreditlər verilməsini də deyə bilmərik. İnsanlara satışı kompensasiya etmək üçün kredit vermək ədalətli çıxış yolu deyil".

X.Kərimli qeyd edib ki, sahibkarların tək yolu insanları həvəsləndirməkdir:

"Bu obyektlərin dövriyyəsi tam olaraq aşağı düşməyəcək. Çünki, vətəndaşlar yenə də alternativ yollardan istifadə edərək, bir az artıq məsafə qət edərək həmin ərazilərə gedə biləcəklər. Amma, yol çəkilən hissədəki sahibkarlar satış dəyərinin itirilməsindən əziyyət çəkəcəklər. Qiymətləri maksimum ucuzlaşdırmalıdırlar ki, vətəndaşlar həvəsləndirmə yolu ilə gəlsinlər. İnsanlar fikirləşsinlər ki, "pis yolla gedəcəyəm, amma daha ucuz şəkildə istirahət edəcəyəm". Təbii ki, bu müddətdə sahibkarlar pul qazanmayacaq, hətta ziyana da gedə bilərlər".

"Ziyanı öz hesablarına qarşılamalıdırlar"

İqtisadçı düşünür ki, sahibkarlar səbirli olmalı və ziyanı öz hesablarına qarşılamalıdırlar: "Sahibkar həmişə pul qazanacaq" deyə bir qayda yoxdur. Nəzərə alaq ki, yol da çəkilməlidir. Çünki çəkilən yoldan həmin sahibkarlar da faydalanacaq. İnsanlar yeni yoldan istifadə edəcək və həmin sahibkarlara da xeyir verəcək. Bu halda insanların daha çox gəlməsi nəticəsində sahibkar əksinə, qiyməti daha da qaldıracaq. Bu, təbii biznes prosesidir. Onlar belə nüansları öz hesablamalarında nəzərə almalıdırlar. Sahibkarlar mövcud vəziyyətdə bu ziyanı öz ehtiyatları hesabına kompensasiya etməlidir".


Sonxeber.az
Telegramda izləyin
Turizm   Baxılıb: 1455   Tarix: 16 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Uiteker: ABŞ-nin Avropaya göndərdiyi F-35-lərinin sayı tezliklə 600-ə çatacaq

ABŞ-nin Avropa müttəfiqlərinə tədarük etdiyi F-35 qırıcılarının ümumi sayı tezliklə 600-ə çatacaq. "Report"un məlumatına görə, bunu ABŞ-nun NATO-dakı daimi nümayəndəsi Metyu Uiteker Münhen Təhlükəsizlik Konfransında bildirib. "Düşünürəm ki, yaxın gələcəkdə Avropada müttəfiqlərimizə məxsu

15 fevral
.

ABŞ Almaniyadakı qoşunlarını Macarıstana köçürə bilər

ABŞ prezidenti Donald Tramp Amerika qoşunlarını Almaniyadan çıxarmaq, sonra isə onları Macarıstana yerləşdirmək imkanını nəzərdən keçirir. "Report" xəbər verir ki, bu barədə Britaniyanın "The Daily Telegraph" nəşri Tramp administrasiyasına yaxın mənbələrə istinadən məlumat yayıb

9 mart 2025
.

Tramp Uitkoff və Kuşnerin İslamabada səfərini ləğv edib

ABŞ Prezidenti Donald Tramp xüsusi elçi Stiv Uitkoff və sahibkar Cared Kuşnerin İranla danışıqlar aparmaq üçün Pakistana səfərini ləğv edib. "Report"un məlumatına görə, o, bunu "Fox News" telekanalının jurnalisti Aişə Hesniyə deyib. Jurnalist "X" sosial şəbəkəsində yazı

26 aprel
.

Blinken İraqdan İranın Suriyaya silah göndərməsinin qarşısını almasını istəyib

ABŞ-nin dövlət katibi Antoni Blinken İraqın Baş naziri Məhəmməd Əl-Sudanidən İranın Suriyaya silah tədarükünün qarşısını almasını istəyib. xəbər verir ki, "Bloomberg" agentliyi bu barədə Birləşmiş Ştatlar rəsmisinə istinadən xəbər yayıb. Məlumata görə, Blinken vurğulayıb ki, Suriya həssas vəziyyətdədir

14 dekabr 2024
.

Rusiya ABŞ-nin Zaporojye AES-lə bağlı təklifini rədd edib

Rəsmi Moskva Vaşinqtonun Ukraynadakı münaqişəni həll etmək üçün Zaporojye Atom Elektrik Stansiyasını ABŞ-ın nəzarətinə keçirmək təklifinə qarşı çıxıb. "Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb. Amerikanın təklifinə görə, ABŞ Zaporojye AES-ə nəzarə

8 fevral
.

İstanbulda hoteldə yanğın: ölənlər var

İstanbulda üçmərtəbəli hoteldə baş verən yanğın nəticəsində ən azı üç nəfər həlak olub. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb. Yanıq xəsarətləri alan iki nəfərin vəziyyəti ağırdır. Hadisə yerli vaxtla saat 03:30 radələrində Ataşehir rayonunda baş verib

18 yanvar 2025
.

Panama Donald Trampdan BMT-yə şikayət edə bilər

Panama Prezidenti Xose Raul Mulino bildirib ki, Donald Tramp Panama kanalı ilə bağlı ölkəyə təzyiqləri davam etdirərsə, ölkəsi BMT Təhlükəsizlik Şurasına müraciət edə bilər. xəbər verir ki, bu barədə "Politico" nəşri Panamanın keçmiş prezidenti Ernesto Balladaresə istinadən məlumat verib. Sabi

11 yanvar 2025
.

Qrenlandiya ABŞ ilə müdafiə sazişi bağlaya bilər

Qrenlandiya ABŞ ilə müdafiə sazişini Danimarkanın iştirakı olmadan uzatmaq niyyətindədir. -ın xəbərinə görə, bunu adanın hökumət koalisiya partiyasından olan deputatı Siumut Kuno Fenker deyib. "Bizim Danimarka və ABŞ arasında müdafiə sazişimiz var. Biz bunu alnız Qrenlandiya və ABŞ arasında müdafi

19 yanvar 2025
.

İranın Suriyadakı səfirliyinin əməkdaşı öldürülüb

İranın Dəməşqdəki səfirliyinin əməkdaşı Davud Bitərəf öldürülüb. "Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai məlumat verib. Onun sözlərinə görə, səfirliyin əməkdaşı dekabrın 15-də Suriya paytaxtında avtomobilin

21 dekabr 2024