Ərdoğanın Körfəz turnesi: Ortaya çıxan sirlər, Azərbaycanla bağlılıq - TƏHLİL

Ərdoğanın Körfəz turnesi: Ortaya çıxan sirlər, Azərbaycanla bağlılıq - TƏHLİLTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Körfəz regionunun ərəb ölkələrinə turneyə çıxacaq, o, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərində müzakirələr aparacaq.

Ərdoğanın səfər zamanı qoltuğunda götürəcəyi portfel Türkiyənin birbaşa və nəzdində olan maraqlarının önəmini artırmaq mətləblərindən xəbər verir.

Türkiyə xarici siyasətində genişlənən iddialarını:

- Çinin Körfəz ölkələri üzrə maraqlarını böyütməsindən;

- Rusiyanın Səudiyyə Ərəbistanı ilə əlbir olub ABŞ-yə qarşı müqavimət "hərəkatı" yaratmasından;

- İsrailin Körfəz regionunun ərəb dövlətləri ilə münasibətlərini istiləşdirmək cəhdlərindən;

- İranın regiondakı tonundan doğan iddialı gündəliklərin arasında yerbəyer etməkdə qətiyyətli görünür.

Deməli, Türkiyə Körfəz bölgəsində çoxtərəfli əməkdaşlıq və rəqabət mühitində özünə yeni nəfəsliklər açmaq çağırışı ilə rastlaşır.

Ankara həmin zolaq üzrə bir nömrəli çağırışları icra etmək üçün təkcə siyasi-iqtisadi münasibətləri deyil, Türkiyə ilə Körfəz ölkələrinin ərəb oxunda xalqlararası, mədəni əlaqələri format edərək nəhəng institusional meyarlar formalaşdırmalıdır.

Elə bu kifayət edir söyləyək ki, regionda geosiyasi rəqabətin şiddətlənməsi gözləniləndir, lakin əsasən, Türkiyə və İran bir-birilə ideoloji müstəvidə də mübarizə aparacaqlar.
Çünki Türkiyə hər nə qədər dünyəvi dövlət olsa da, islam amili onun geosiyasətinin ideoloji yüklərindən birini təşkil edir. Ankaranın din faktoru üzrə strategiyası bir məzhəbin şişirdilib, digərlərinin kölgədə qoyulması təəssübkeşliyinə söykənmir. Bununla belə, Türkiyənin ideoloji tutumu İranın siyasiləşən şiəlik hərəkatına qarşı orbitdə qərarlaşır. Məntiqi cəhətdən belə fikrin yaranmasına əsas var ki, Körfəz regionunda Türkiyənin artan nüfuzu İranın bölgədə şiələr üzərindəki manipulyasiyalarını tarazlaşdıra biləcək bazaya sahibdir.

Kələfin ucu başqa regionlara aparacaq, Türkiyə bu əsaslarla prioritetlərini müəyyənləşdirərkən anti-İran oxunda durmağı düzgün addım hesab edir ki, bu da başadüşüləndir.

Ərdoğanın region turuna çıxmasının nəticələri Türkiyənin xarici siyasətindəki tətbiqlərə və əxz etdiyi təcrübələrə yeniliklər gətirə bilər.

Diqqəti itiləyə biləcək başqa bir məqam Ərdoğanın regiona səfərindən sonra Şimali Kipr Türk Respublikasına gedəcəyidir, bununla Ankaranın müzakirə masasında ortaya qoyacağı məsələlərdən biri daha aydınlaşır.

Körfəz ölkələrindən Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Küveyt və Bəhreyndə Şimali Kiprin nümayəndəlikləri fəaliyyət göstərir. İndi Ankara üçün ən vacib prioritetlərdən biri Şimali Kiprin müstəqilliyinin tanınmasıdır, deməli, Ərdoğan Cənubi Qafqazda Azərbaycandan, Körfəz regionunda isə ərəb ölkələrindən həmin prizma üzrə gözləntilərini paralel şəkildə ortaya qoyur.

Ərdoğanın Körfəz turundan sonra Şimali Kiprə yolunu salması aparılan müzakirələrin perspektivini dəqiqləşdirməyə kömək etmək məqsədləri daşıyır və yaxın zamanda proqnozlaşdırmaq olar ki, Azərbaycanla da eyni məzmunlu danışıqlar aparılsın.

Körfəz regionunun malik olduğu geosiyasi təsirlər Türkiyənin rastlaşdığı çağırışların həyata keçirilməsi üçün potensial imkanlar deməkdir.

Bölgənin strateji əhəmiyyəti Türkiyənin təsir imkanlarını genişləndirmək səylərinə təkan verdiyindən Ankaranın maraqlarının toqquşduğu və birləşdiyi oyunçuların manevrləri Cənubi Qafqaz, Yaxın Şərq, Mərkəzi Asiyaya kimi uzanan böyük coğrafiyada fərqli səslər çıxara bilər.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 3567   Tarix: 17 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Xəzər dənizindəki adalar materikə birləşdi: Dağıstanın ərazisi genişləndi

Xəzər dənizinin səviyyəsinin azalması nəticəsində Dağıstan Respublikasının faktiki quru sahəsi 2-3 min kvadratkilometr artıb. xəbər verir ki, bu barədə "RİA Novosti"yə coğrafiya elmləri namizədi, geoloq İdris İdrisov məlumat verib. O, bu prosesi suyun geri çəkilməsi və bir sıra adaların materikl

25 oktyabr
.

Avropa Taekvondo İttifaqının birinci vitse-prezidenti Bolqarıstanda qətlə yetirildi

Bolqarıstan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, iş adamı Slavi Binev Sofiya şəhərində başından güllələnərək öldürülüb. xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin (DİN) rəsmisi brifinqdə məlumat verib. Cinayətdə şübhəli bilinən üç nəfər - bir Bolqarıstan və iki Türkiyə vətəndaş

24 oktyabr
.

Nigeriyada yeni evlənənlərə qeyri-adi toy hədiyyəsi verilir

Nigeriyada yeni evlənənlərə toy hədiyyəsi kimi günəş panellərinin verilməsi halları getdikcə artır. Bu tendensiya ölkədə yanacağın bahalaşması və əsasən Çindən idxal olunan avadanlıqların münasib qiymətə olması ilə əlaqələndirilir. xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb

25 oktyabr
.

İnsan üzərində ilk sınaq: Süni intellektlə hazırlanmış viruslar nə vəd edir?

Süni intellektlə yaradılan viruslar antibiotiklərə davamlı bakteriyalarla mübarizə aparmaq məqsədilə ilk dəfə insana yeridilib. Eksperimentin nəticələri isə hələlik açıqlanmır. xəbər verir ki, bu barədə ABŞ-nin "Radical Numerics" şirkəti məlumat yayıb. Laboratoriya şəraitində süni intellek

25 oktyabr
.

Tramp saxta addan istifadəyə görə konqresmeni istefaya çağırdı

ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasından olan konqresmen İlhan Omardan dərhal istefa verməsini tələb edib. xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib. "Konqresdə and içərkən saxta addan istifadə etdiyinə görə hesab edirəm ki, o, dərha

25 oktyabr
.

10 km hündürlükdən düşüb sağ qalmışdı - Dünyanı heyrətləndirən qadının HEKAYƏSİ

1972-ci ildə 22 yaşlı serbiyalı stüardessa Vesna Vuloviç aviasiya tarixinin ən inanılmaz hadisələrindən birinin qəhrəmanına çevrilib. O, təxminən 10 min metr yüksəklikdə parçalanan təyyarədən yerə düşməsinə baxmayaraq, möcüzə nəticəsində sağ qalıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə 1972-c

25 oktyabr
.

Hamilə olduğunu doğuşa saatlar qalmış öyrəndi

Böyük Britaniyada 41 yaşlı qadın hamilə olduğunu doğuşa cəmi bir neçə saat qalmış öyrənib. xarici mediaya istinadən xəbər verir ki, Semmi Evans adlı qadın qarnında yaranan qeyri-adi şişkinlik səbəbindən həkimə müraciət edib. Məlumata görə, sentyabrın 14-də tibbi müayinədən keçən qadına hamiləlik test

25 oktyabr
.

İrana qarşı zərbələr ABŞ-də siyasi böhrana səbəb oldu: Heqset hədəfdə

Pentaqon rəhbəri Pit Heqset ABŞ-də keçiriləcək aralıq seçkidə Demokratlar Partiyası qələbə qazanacağı təqdirdə diqqət mərkəzində olacaq şəxslərdən biri ola bilər. xəbər verir ki, bu barədə "Foreign Policy" nəşri ABŞ Nümayəndələr Palatasının Demokratlar Partiyasından olan üzvü Mayk Levinə istinadə

25 oktyabr
.

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı

Dağıstanın Sulak qəsəbəsi yaxınlığında, Xəzər dənizində içərisində iki balıqçının olduğu qayıq aşıb. Onlardan birinin cəsədi dərhal tapılmışdı, ikinci şəxsin axtarışları isə dörd gün sonra, bu gün yekunlaşıb. xəbər verir ki, bu barədə regionun Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "İkinci itki

25 oktyabr