Avropa Taekvondo İttifaqının birinci vitse-prezidenti Bolqarıstanda qətlə yetirildi
Bolqarıstan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, iş adamı Slavi Binev Sofiya şəhərində başından güllələnərək öldürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin (DİN) rəsmisi brifinqdə məlumat verib.
Cinayətdə şübhəli bilinən üç nəfər - bir Bolqarıstan və iki Türkiyə vətəndaşı nəzarətə götürülüb.
Hadisə zamanı istifadə olunan silah da aşkar edilib. Hazırda istintaqın araşdırdığı əsas ehtimal iş ortaqları arasında baş vermiş maliyyə anlaşılmazlığıdır. Hadisə ilə bağlı istintaq tədbirləri davam etdirilir.
Bolqarıstan Taekvondo Federasiyasına rəhbərlik edən 60 yaşlı sahibkar həm də Avropa Taekvondo İttifaqının birinci vitse-prezidenti postunu tuturdu.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 113 Tarix: 24 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş83 yaşlı qadın toyundan əvvəl əməliyyat olundu
Rusiyanın paytaxtı Moskvada həkimlər toyuna hazırlaşan 83 yaşlı qadını xərçəng xəstəliyinə görə uğurla əməliyyat ediblər. Bu barədə N.N. Bloxin adına Milli Tibbi Onkologiya Tədqiqat Mərkəzinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, yaşına baxmayaraq, qadın fəal həyat tərzi keçirir, mütəmadi idmanl
24 oktyabrSəudiyyə Ərəbistanı Yəməndən Ər-Riyada atılan ballistik raketi ələ keçirib
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya şənbə günü Səudiyyə Ərəbistanının Mülki Müdafiəsinin Ər-Riyad, Nəcran və Vadi-ə-Dəvasir əyalətində mümkün təhlükə barədə xəbərdarlıqlarından sonra Yəməndə husilər tərəfindən Ər-Riyada atılan ballistik raketi ələ keçirdiyini və məhv etdiyini açıqlayıb
24 oktyabrFilippində təlim uçuşu zamanı 4 pilot ölüb
Batanqasda təlim uçuşu zamanı iki "SF-260" təyyarəsinin qəzaya uğraması nəticəsində Filippin Hərbi Hava Qüvvələrinin 4 pilotu həlak olub. "Report" xəbər verir ki, bu barədə "Philippine Daily Inquirer" ölkənin Hərbi Hava Qüvvələrinə istinadən məlumat yayıb. Filippin Hərb
24 oktyabrHərəkətdə olan iki nəhəng aysberq təhlükə yaratmaqda davam edir
Antarktidadan qopan A81 və D32 aysberqləri minlərlə kilometrlik yol qət etdikdən sonra Cənubi Corciya adasına doğru hərəkət edir. Yeni peyk görüntüləri onların marşrutunu göstərir. Mütəxəssislər aysberqlərin dayazlıqlarda ilişib qalması ehtimalına və gəmilər üçün təhlükə yaradan kiçik buz parçaların
23 oktyabr