ABŞ-də qalmaqal: Kəşfiyyat idarəsinin əməkdaşı məxfi məlumatları sevgilisinə ötürüb
ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) milli müdafiəyə dair məxfi məlumatları sevgilisinə ötürməkdə şübhəli bilinən 42 yaşlı MKİ (Mərkəzi Kəşfiyyat İdarəsi) podratçısı Yan Brinksmanı həbs edib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS ABŞ Ədliyyə Nazirliyinin açıqlamasına istinadən məlumat yayıb.
İstintaqın məlumatına əsasən, qadın əldə etdiyi gizli sənədləri "Substack" platformasında yayımlayıb və Brinksman onun bu məlumatları ictimailəşdirmək niyyətindən əvvəlcədən xəbərdar olub.
ABŞ Ədliyyə Nazirliyindən verilən məlumata görə, 2020-ci ildən hökumət üçün işləyən Brinksman ən yüksəkdərəcəli məxfi materiallara çıxış imkanına malik olub.
FTB direktoru Kəş Patel vurğulayıb ki, şübhəli şəxs verdiyi andı pozaraq ölkənin milli təhlükəsizliyini ciddi şəkildə təhlükə altına atıb. MKİ-nin məlumatlarına istinadən hazırlanan və İsrailin mülki iğtişaşlar, eləcə də dövlət institutlarında dərin böhranla üzləşə biləcəyini iddia edən nəşr xüsusi diqqət çəkib.
Rəsmi qurumlar hesab edirlər ki, gizli məlumatların bu cür açıqlanması kəşfiyyat əməliyyatlarına, məlumat mənbələrinə və xüsusi xidmət orqanlarının işçilərinə zərər vura bilərdi.
Hələlik qadının kimliyi rəsmi olaraq açıqlanmayıb. Bununla belə, onun "Capital və Empire" müstəqil nəşrinin müəllifi, jurnalist Aida Çaves ola biləcəyi ehtimal edilir. Lakin bu versiya hələ ki, rəsmi təsdiqini tapmayıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











XƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq
Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək
Kombilər söküləcək? Azərbaycanda istilik sistemləri ilə bağlı yeni plan - İQTİSADÇIDAN AÇIQLAMA
"WhatsApp"a iki yeni funksiya gəlir
Deputat Arzuxan Əlizadənin Bakıdakı kafedə qətl törədən oğlunun fotosu - Video
Qatıq hazırlayanda 1 qaşıq əlavə edn - nə su salır, nə də turşuyur
"Nar"da biabırçı mənzərə: İnternet bərbad, tariflər baha, müştəri xidməti əlçatmaz!
Qızıl bazarında son vəziyyət
Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu
Oğlundan danışan Röya: "Səhvlər edir, onu keçirəm"
Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq
Evlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ
XƏBƏRDARLIQ! Bakıya LEYSAN YAĞACAQ - Proqnoz verildi
Böyük Qayıdış, quruculuq və dayanıqlı inkişaf perspektivləri
Bakıda metro ilə bağlı ŞAD XƏBƏR - Yeni stansiya BU TARİXDƏ AÇILACAQ