Tahir Kərimli: "BNA-nın elə bir Mətbuat xidməti var ki, nə tənqidi fikir deyirsənsə, əks mövqe sərgiləyir, yaxşılığa doğru nəsə olmur"
"Zaman-zaman Bakı Nəqliyyat Agentliyi barədə tənqidi fikirlərimi demişəm. Bakı paytaxtdır, yeganə aqlomerasiya olunmuş, böyük şəhərdir. Köhnə MDB məkanının beş böyük şəhərindən biridir və burada ictimai nəqliyyatla bağlı problemlərin aradan qaldırılması çox vacib məsələdir. BNA-nın Bakı Şəhər İcra Hakimiyyətinin balansından alınıb, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin balansına verilməsi nəyi dəyişəcək? Bu barədə söz deməkdə çətinlik çəkirəm, çünki BNA öz proqram məqsədlərini qarşıya qoymalıdır. Qurum başqa bir qurumun balansına verilməklə hansı dəyişikliyi edəcək? Bilirik ki, BNA-da heç bir kadr dəyişikliyi olmayıb. BNA-nın elə bir Mətbuat xidməti var ki, nə tənqidi fikir deyirsənsə, əks mövqe sərgiləyir, amma işdə yaxşılığa doğru heç nə olmur. Bu qurum özünü təqdim etməlidir. Hansı işləri görmək istəyir? Bu qədər şikayətlər var, yəqin ki, xəbərləri olmamış deyil..."
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.
"Balansı dəyişməklə ictimai nəqliyyat sahəsinə hansı yeniliklər gələcək, hansı yaxşılaşma olacaq? Şəhərətrafı ərazilərdə avtobus tapmaq mümkün deyil. Bu sahəyə büdcədən də xeyli pul ayrılır. Bizdə ümid yaratmaqdan, nəhayət, şəhər nəqliyyat təsərrüfatını qaydaya salmaqdan ötrü müəyyən işlərin görülməsi çox vacibdir. Həm Bakıda yaşayan, Bakıya gələn əhalimiz üçün, həm də xarici qonaqlar üçün çox vacibdir ki, nəqliyyat dəqiq işləsin. Vaxtilə Sovet dövründə olan tramvay, trolleybus yolları söküldü. Sonradan xeyli sayda proqramlar irəli sürüldü ki, yenidən bərpa olunacaq. Ekoloji təmiz nəqliyyata üstünlük veriləcək. Çoxdandır deyilir, amma hələ ki heç nə baş vermir. Proqramdan xəbərsizəm, BNA-nın hansısa iş görmək istəməsi barədə də hər hansı məlumat eşitməmişəm. Nə mətbuatdan, nə də vəzifəli şəxslərin dilindən. Yaxşı olar ki, BNA-nın rəhbəri mətbuat konfransı keçirə, həm öz proqramını açıqlaya, həm də sənədi ictimaiyyət üçün çap edə ki, görək bunlar nə iş görmək istəyirlər? Çünki bu, hamıya dəxli olan məsələdir", - deputat bildirib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 940 Tarix: 18 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq
Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu
17 sentyabr 2021Peyvənd olunanların sayı AÇIQLANDI
Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say
17 sentyabr 2021Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO
Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini
18 sentyabr 2021Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə
17 sentyabr 2021Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB
"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın
17 sentyabr 2021Tovuza dolu düşüb - VİDEO
Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl
17 sentyabr 2021Rayonlara dolu düşüb, şimşək çaxıb
Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd
17 sentyabr 2021Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18 sentyabr 2021