Prezident keçmiş məcburi köçkünlərə müraciət etdi
"Biz (ərazilərin minalardan təmizlənməsində - red.) dronlardan fəal şəkildə istifadə edirik. Bizim bəzi parlaq zəkaya malik insanların sayəsində belə artıq dronlar var. Bu, bizə böyük kömək olur. Biz dərk edirik ki, bu, çox uzun prosesdir".
"Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında bildirib.
Ermənilərin bizə qarşı terrorunun davam etdiyini diqqətə çatdıran dövlət başçısı deyib: "Biz minalardan təmizlənməmiş əraziləri təcrid etmişik və azad olunmuş ərazilərə giriş hələ də məhduddur. Bu, bizə imkan verir ki, itkilərin qarşısını alaq. Ancaq keçmiş məcburi köçkünlər kütləvi şəkildə qayıdacaqsa, onlar çox ehtiyatlı olmalıdırlar".
Azərbaycan Prezidenti keçmiş məcburi köçkünlərə, həmvətənlərimizə müraciət edərək bildirib ki, icazə olmayan ərazilərə səfər etməsinlər. Bu, olduqca təhlükəlidir.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1055 Tarix: 21 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyev yunanıstanlı həmkarını təbrik edib
Prezident İlham Əliyev Yunanıstan Prezidenti Konstantinos Tasoulasaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Prezident,. Yunanıstan Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram
25 martBakı və Brüssel münasibətləri yeni mərhələyə qədəm qoyub
Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət sayəsində ölkəmizin beynəlxalq aləmdəki mövqeyi günü-gündən güclənir, dünyanın aparıcı dövlətləri Azərbaycanla münasibətlərin genişlənməsində maraqlıdır. Xüsusilə Vətən müharibəsində qazanılan Şanlı Qələbədən sonra ölkəmizin beynəlxalq nüfuzu dah
13 martİlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib
Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb. -a istinadən xəbər verir ki, məktubda deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Qazaxıstan Respublikasının yeni Konstitusiyası üzrə referendumun müvəffəqiyyətlə başa çatması münasibətil
16 martPrezidentlə xanımı Xocavəndə getdi - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Xocavənd rayonunun Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar. "Qafqazinfo" xəbər verir ki, sonra dövlət başçısı və birinci xanım kəndə köçmüş Bəybala Qasımovu
18 mart