Keçmiş hakimin 200 min dollarını ələ keçirən prokurora hökm oxundu
Keçmiş hakim Həsən Əliyevlə sabiq prokuror Mirələkbər Seyidov arasındakı məhkəmə çəkişməsi başa çatıb.
"Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, M.Seyidov külli miqdarda dələduzluqda təqsirli bilinib. Lakin məhkəmə dəymiş ziyanın ödənilməsini, təqsirləndirilən şəxsin yaşını nəzərə alaraq ona münasibətdə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsini tətbiq edib.
Onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunub. Belə ki, prokuror ona səkkiz il həbs cəzası istəmişdi.
İttihama görə, Mirələkbər Seyidov Binəqədi rayon prokuroru olduğu müddətdə Həsən Əliyevə onun məhkəmə sədri təyin olunacağına kömək edəcəyi barədə yalan vəd verərək 200 min dollar pul alıb.
M.Seyidova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib.
İstintaq dövründə dəymiş ziyan tam ödənilib, tərəflər arasında barışıq əldə olunub.
Xatırladaq ki, Mirələkbər Seyidov və zərərçəkmiş Həsən Əliyev əvvəllər dələduzluq əməllərinə görə məhkum ediliblər. H.Əliyev 2015-ci ildə hakimlikdən azad olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 676 Tarix: 22 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dünənki imtahanın nəticələri 6 həftə sonra açıqlanacaq
Aprelin 26-da keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilən test tapşırıqlarının doğru cavab etalonları açıqlanıb. Dövlət İmtahan Mərkəzindən (DİM) -a verilən məlumata görə, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilmi
27 aprelBakıda 16 dərəcə isti olacaq, rayonlara yağış yağacaq
Bakıda aprelin 28-də hava yağmursuz olacaq, rayonlarda isə qısamüddətli yağıntılar gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qər
27 aprelMilli Qəhrəmanın gəlini onun adını daşıyan nəvəsinin fotosunu paylaşdı
Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin gəlini Ülkər Mirzəyeva həyat yoldaşı və körpəsi ilə birgə foto paylaşıb. xəbər verir ki, o, paylaşımına: "Sizsiz bir anım, bir günüm olmasın", -deyə şərh verib. Qeyd edək ki, Elvin Mirzəyev bu ilin yanvarında dünyaya gələn övladın
27 aprelAbituriyentlərə şad xəbər - İmtahanda əlavə vaxt veriləcək
"2027-ci ildə tam orta təhsil səviyyəsində (11 illik) buraxılış imtahanında xarici dillər üzrə yeni imtahan modelinin tətbiqi nəzərdə tutulur. Bu çərçivədə abituriyentlərə 15 dəqiqə əlavə vaxt verilməsi nəzərdə tutulur". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM
27 aprelQar yağacaq, dolu düşəcək - Xəbərdarlıq
Aprelin 28-dən 30-u səhərədək Azərbaycanın bəzi rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib. Qeyd olunub ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı
27 aprelİki avtomobilin arasında qalaraq öldü
Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, rayonun Şorsulu kəndində "VAZ" markalı minik avtomobili yol kənarında dayanmış "Qazel" markalı yük avtomobilinə çırpılıb. Qəza zamanı "Qazel"in yanında olan kən
27 aprelMəzahir Pənahov yenidən MSK sədri seçildi
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilib. "Qafqazinfo" xəbər verir ki, iclasda MSK-nın sədri, müavini və katibləri seçilib. Məzahir Pənahov yenidən MSK-nın sədri seçilib. Qeyd edək ki, 75 yaşlı Məzahir Pənahov 26 ildir (200-ci ildən) Komissiyaya rəhbərli
27 aprel