Xarici turistlərin yolunu hökumət, bizimkini isə qiymətlər kəsib - COVID-in gətirdiyi "bərəkətsizliyi" necə DƏF ETMƏLİ?

Xarici turistlərin yolunu hökumət, bizimkini isə qiymətlər kəsib - COVID-in gətirdiyi "bərəkətsizliyi" necə DƏF ETMƏLİ?Koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib. 2020-ci ilin mart ayından başlayaraq bu sahədə ciddi tənəzzül olub. Rəsmi statistikaya əsasən, ötən il ərzində ölkəmizə 1 602 600 xarici vətəndaş səyahət edib və bu rəqəm 2021-ci il ilə müqayisədə 2 dəfə artım deməkdir, ancaq pandemiyadan əvvəlki 2019-cu illə müqayisədə 2 dəfə azdır, belə ki, həmin il Azərbaycana 3 milyon 170 min nəfər turist gəlib.

2019-cu ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 3,9 dəfə azalaraq 1073,4 min nəfər olub. Ölkə vətəndaşlarının 30,9 faizi İrana, 27,7 faizi Gürcüstana, 19,5 faizi Rusiya Federasiyasına, 13,2 faizi Türkiyəyə, 8,7 faizi digər ölkələrə səfər ediblər.

Sərhədlər bağlandıqdan sonra belə rəy formalaşdı ki, daxili turizmdə canlanma baş verəcək. Yəni istirahət üçün xaricə üz tuta bilməyənlər daxili turizmin imkanlarından yararlanacaqlar. Amma Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib ki, quru sərhədlərin bağlı olması daxili turizmin artımına ciddi təsir göstərməyib.

Məsələ ilə bağlı Publika.az-a danışan Hotellər və Restoranlar Assosiasiyasının sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi bilirib ki, daxili turizmin statistikası o qədər də əl çatan deyil:

"Ümumiyyətlə rəsmi statistikamızda daxili turizm haqqında qeydlər yoxdur. Görünür ki, bunu hesablayıb ortaya çıxmaq çətin gəlir. Lakin bunun da bir həll yolu olmalıdır. Sadəcə üzərində çalışmaq lazımdır. Bəlkə də rəqəmlər var, hansısa səbəbdən açıqlanmır. Quru sərhədlərin bağlanması əslində daxili turizmə təsir göstərib. Çünki təyyarə biletlərinin qiyməti dodaq uçurur".

Onun sözlərinə görə, son zamanlar ərzaq məhsullarında olan qiymət artım restoranlara da təsir edib:

"Qiymət artımı turizm bölgələrində olan restoranların menyusundakı qiymətlərin artımına səbəb olub. Bu gün restoranlarda olan hesabın bir neçə illə müqayisə etsək görərik ki, qiymətlərdə artım var. Bu artım eyni zamanda da digər sahələrə də təsir göstərib. Hotellərin qiymətində də artım var. Lakin qidalanmada qiymət artımı azmış kimi servis haqqı da alırlar".

S.Dübəndi turizm xidmətlərinin təkcə hotel və qidalanma olmadığını diqqətə çatdırıb:

"Digər turizm xidmətləri olan ekskursiya, nəqliyyat, gecələmə, bələdçi kimi xidmətlərin qiymətlərində elə də ciddi artım olmayıb Qeyd etmək lazımdır ki, Qərb bölgəsinə maraq olduqca artıb. Marağın artma səbəblərində biri də sürət qatarıdır. İnsanları 5-6 saat avtomobillə yol getməkdən yorulurlar. Ona görə də sürət qatarlarının saylarını artırmaq lazımdır. Artarsa daxili turizmə müsbət təsir göstərəcək. Daxili turizmi artırmaq istəyiriksə nəqliyyat vasitələrini də əlverişli etməliyik".

Turizm eksperti Rəhman Quliyev vurğulayıb ki, bugünkü turizm bazarının əvvəlki ilə fərqli cəhətləri olduqca çoxdur:

"Artıq turizm bazarı fərqli istiqamətdə inkişaf edir. Əlbəttə ki, quru sərhədlərin bağlı olması daxili turizmdən də yan ötmədi. Bu yay regionlarda yağan intensiv yağışlar, yüngül təbii fəlakətlər regionlara turist axının artmasına mane oldu. Havaların belə olması quru sərhədlərin bağlı olmasını ikinci plana keçirdi. Bütün dünyada baş verən siyasi çəkişmələr, krizislər turizm sektoruna ciddi təsir göstərir. Bu gün İranla Azərbaycan arasında olan siyasi gərginlik və quru sərhədlərin bağlı olması ölkəmizin turizminə təsir edir. Həmçinin Azərbaycandan Gürcüstana gedən turistlərin sayı olduqca çox idi. Gürcüstan turizmi üçün azərbaycanlı turistləri böyük bazar idi".

Ekspert qeyd edib ki, bütün dünyada turizm sektorunda turist mübadiləsi vacib rol oynayır:

"Quru sərhədlərin bağlı olmasının təsirini daxili turizmdə görürük. Turistik bölgələrə həftəsonu nəzər salsaq, görərik ki, hər yer doludur. Həftə içi isə bu göstərici 70-80 faiz olur. Ümumiyyətlə, yay tətilində bölgələrdə fəaliyyət göstərən hotellərlə yanaşı insanlar da öz evlərini kirayə verirlər. Əslində bu çox sevindirici haldır. Azərbaycanda turizmi inkişaf etdirmək istəyiriksə, hər bir vətəndaşın mənfəəti olmalıdır. Həmişə ucqar kənd yerlərində insanların öz evlərini turistlərə kirayə verməsinin tərəfdarı olmuşam. Belə ki, onlar həm sosial rifahlarını yüksəldirlər, həm də turizmi inkişaf etdirirlər. Hansısa turistin kənd yerində ev tutub bir neçə gün qalması həmin kəndin inkişafına təsir edir".

R.Quliyev əlavə edib ki, həmçinin ötən illərə nisbətdə qiymətlərdə artım müşahidə olunur:

"Lakin qiymət artımı müştərilərin getdikcə azalmasına gətirib çıxarır. Müştəri bazasını itirməmək üçün mütləq şəkildə düzgün qiymət siyasəti aparmaq lazımdır. Vəziyyətdən yaxşı mənada istifadə edib daxili turizmin inkişafına töhfə vermək lazımdır. Turistik bölgələr, istirahət mərkəzləri hər zaman öz müştəri bazasını dayanaqlı etmək üçün düzgün qiymət siyasəti aparmalıdırlar. Havalar belə keçdiyi üçün qiyməti minimum etmək lazımdır. Lakin bu heç bir halda servisə təsir etməməlidir. İstirahət mərkəzləri bunu sınaq kimi düşünməlidirlər. Bu sınaqdan bölgələrdə olan istirahət mərkəzləri üzüağ çıxarsa, növbəti illərdə daha çox gəlir əldə edəcəklər".


Sonxeber.az
Telegramda izləyin
Turizm   Baxılıb: 1001   Tarix: 22 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Braziliyada bir uşaq köpəkbalığı hücumu nəticəsində ölüb

Braziliyanın Olinda şəhərinin çimərliyində 13 yaşlı yeniyetmə köpəkbalığı dişləməsi nəticəsində həlak olub. "Report" xəbər verir ki, bu barədə "Agência Brasil" məlumat yayıb. Agentliyin yazdığına görə, oğlan dənizdə dostları ilə oynayarkən köpəkbalığı ona hücum edərək sağ budunu

1 fevral
.

Zelenski Rusiya ilə birbaşa danışıqlara başlamaq üçün şərtləri açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin Moskva ilə birbaşa danışıqlara hazır olduğunu bildirib. xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" agentliyi məlumat yayıb. Bununla belə, o, Rusiya prezidenti Vladimir Putinlə məsələləri müzakirə etmək istəmir. "Düşünürəm ki, prinsipcə bi

30 mart 2025
.

Panama Donald Trampdan BMT-yə şikayət edə bilər

Panama Prezidenti Xose Raul Mulino bildirib ki, Donald Tramp Panama kanalı ilə bağlı ölkəyə təzyiqləri davam etdirərsə, ölkəsi BMT Təhlükəsizlik Şurasına müraciət edə bilər. xəbər verir ki, bu barədə "Politico" nəşri Panamanın keçmiş prezidenti Ernesto Balladaresə istinadən məlumat verib. Sabi

11 yanvar 2025
.

ABŞ-də parkda silahlı qarşıdurma: Ölən və yaralananlar var

ABŞ-nin Nyu-Meksiko ştatının Las-Kruses şəhərində, parkda baş verən silahlı atışma nəticəsində bir nəfər ölüb. xəbər verir ki, bu barədə "CBS4 Local" telekanalı məlumat verib. Hadisə zamanı yaralananların dəqiq sayının hələlik məlum olmadığı bildirilir. Məlumatda qeyd olunur ki, hazırda hadis

22 mart 2025
.

Yunanıstan və Fransa strateji müdafiə tərəfdaşlığı sazişinin müddətini uzadıblar

Yunanıstan və Fransa 2021-ci ildə imzalanmış strateji tərəfdaşlıq və əməkdaşlıq sazişinin müddətini uzadaraq müdafiə sahəsindəki əməkdaşlığı gücləndiriblər. "Report" xəbər verir ki, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis bu barədə Afinada səfərdə olan Fransa Prezidenti Emmanuel Makronl

26 aprel
.

Qədim vulkanın altından 1,5 trilyon dollarlıq sərvət çıxdı

ABŞ-nin Oreqon və Nevada ştatlarının sərhədində yerləşən qədim bir vulkanın (McDermitt Kalderası) altında dünyanın ən böyük litium yatağı kəşf edilib. Bu kəşf həm enerji sektoru, həm də qlobal iqtisadiyyat üçün böyük bir inqilab deməkdir. xəbər verir ki, tədqiqatçılar bu ərazidə təxminən 20 ilə 40 milyo

21 fevral
.

Pakistanda terror hücumu nəticəsində azı 16 hərbçi ölüb

Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində hərbi nəzarət-buraxılış məntəqəsinə hökumətə müxalif qruplara məxsus döyüşçülərin hücumu nəticəsində azı 16 Pakistan hərbçisi ölüb, beş nəfər ağır yaralanıb. "Report" bu barədə "The Times of India"ya istinadən xəbər verir. Məlumat

21 dekabr 2024
.

Cənubi Koreya parlamenti birinci xanıma qarşı araşdırma ilə bağlı qanunu rədd edib

Koreya Respublikasının parlamenti ölkənin birinci xanımı Kim Qon Hi barəsində araşdırma başlanılması ilə bağlı qanun layihəsini rədd edib. "Report" xəbər verir ki, bu, YTN telekanalının dərc etdiyi deputatların səsvermə nəticələrindən məlum olub. Məlumata görə, müxalifət Kim Qon Hini deputatlığ

7 dekabr 2024
.

Azərbaycana Avropadan turist axını 15 % artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycana Avropa ölkələrindən 41 941 turist səfər edib. "Report" rəsmi statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15 % çoxdur. O cümlədən, hesabat dövründə Şərqi Avropa ölkələrindən Azərbaycana 20 731 turist gəlib. Bu da

30 may