"Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolu və jurnalistlərin fəaliyyəti əvəzolunmaz idi" - Tamam Cəfərova

"Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolu və jurnalistlərin fəaliyyəti əvəzolunmaz idi" - Tamam Cəfərova"Milli mətbuatın yaranmasından 148 il ötür. "Əkinçi" qəzeti ilə başlanan milli mətbuatımız dövlətçilik tariximizdə milli-mənəvi dəyərlərin formalaşmasında, milli şüurun inkişafında önəmli rol oynayıb. Böyük Azərbaycan ziyalısı Həsən bəy Zərdabinin redaktorluğu ilə nəşrə başlayan "Əkinçi" qəzetinin Azərbaycan milli mətbuatının yaranmasında və təşəkkül tapmasında əvəzsiz rolu olub.Qəzet xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük əhəmiyyət daşıyıb. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidentinin 5 iyul 1991-ci il tarixli fərmanı ilə "Əkinçi" qəzetinin nəşrə başlandığı gün– 22 iyul ölkəmizdə Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur".

Bu fikirləri Sonxeber.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib
Millət vəkili qeyd edib ki, Sovet hakimiyyəti dönəmində ciddi senzura ilə qarşılaşan milli mətbuatımız ötən əsrin 80-ci illərindən başlayaraq azad və demokratik mətbuat missiyasının, insanların düşüncə və sözlərinə hörmətin, yeniləşən informasiya vasitəsilə operativ məlumatlandırmanın, plüralizm və tolerantlıq ideyalarının daşıyıcısı olub. Sovet hakimiyyəti dövründə kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət göstərsə də, Azərbaycan mətbuatı milli varlığını qoruyub saxlaya bilib, respublikanın ictimai-siyasi həyatında fəal şəkildə təmsil olunub. Bu dövrdə ölkədə qəzet və jurnalların şəbəkəsi genişlənmiş, jurnalistikanın çeşidli növləri meydana çıxmışdır.
Tamam Cəfərova bildirib ki, müstəqilliyin ilk illərindən başlaraq mətbuatın inkişafı ölkəmizin dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və mətbuatın davamlı inkişafı, mətbuat və söz plüralizmi hər zaman təmin olunur. Azərbaycan müstəqillik qazandıqdan qısa bir müddət sonra, Prezident Heydər Əliyevin "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzuranın ləğv edilməsi ilə Azərbaycan mətbuatının inkişafında yeni bir mərhələ başlanmış və kütləvi informasiya vasitələrinin rasionallığının artırılmasında ciddi addımlar atılmışdır. Azərbaycanda Mətbuat Şurasının formalaşması media sahəsində pərakəndəliyi aradan qaldırmağa imkan verib, 2003-cü il martın 15-də Azərbaycan jurnalistlərinin birinci qurultayında qəbul edilmiş Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları isə media qurumları arasında problemlərin həllinə müsbət təsir göstərib. Azad mətbuatın inkişafı, iqtisadi müstəqilliyin təmin edilməsi, reklam bazarında müəyyən nöqsanların aradan qaldırılması, sosial vəziyyətin yaxşılaşdırılması məqsədilə xüsusi proqramlar hazırlanıb. Milli mətbuatın inkişafına göstərilən dəstəyə görə Ulu Öndər Heydər Əliyev 2002-ci ildə Ruh" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən təsis olunmuş "Jurnalistlərin dostu" mükafatına layiq görülmüşdür.
Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində medianın inkişafında keyfiyyət etibarilə yeni mərhələ başlanmışdır. Bu baxımdan, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə yaradılmış Medianın İnkişafı Agentliyi ölkəmizdə çap və onlayn medianın inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, mütərəqqi layihələrin davamlı dəstəklənməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Bu gün ölkədə 5 mindən çox media subyekti var. Onu da qeyd edək ki, Prezident İlham Əliyev 2010, 2013, 2017 və 2018-ci illərdə " Ruh" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən təsis olunmuş "Jurnalistlərin dostu" mükafatına layiq görülmüşdür.
Millət vəkili qeyd edib ki, ölkə rəhbərliyinə təqdim olunan "Jurnalistlərin dostu" mükafatları Azərbaycan iqtidarının mətbuata açıq olmasının, eləcə də sahənin inkişafına ayrılan yüksək diqqətin təcəssümüdür. Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev bütün dövrlərdə mətbuatın inkişafına prinsipial diqqət ayırmışlar. Mətbuat işçiləri ilə mütəmadi təşkil olunan görüşlər, habelə institusional təşəbbüslər mətbuatın davamlı inkişafına səbəb olmuşdur.
Mətbuat işçilərinin fədakarlıq və qəhrəmanlıq rəmzinə çevrildiyini deyən Tamam Cəfərova vurğulayıb ki, həm Birinci Qarabağ, həm də İkinci Qarabağ müharibəsində və müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolu və jurnalistlərin fəaliyyəti əvəzolunmaz idi. 1991-1992-ci illərdə yüksək peşəkarlıq və fədakarlıqla vəzifələrini yerinə yetirərkən şəhid olmuş – Çingiz Mustafayev, Salatın Əsgərova, Alı Mustafayev, Osman Mirzəyev, Fəxrəddin Şahbazov, Kazımağa Kərimov və Arif Hüseynzadə Birinci Qarabağ müharibəsində, Sirac Abışov və Məhərrəm İbrahimov isə erməni işğalından azad edilmiş Kəlbəcər rayonunda 2021-ci ildə Şəhidlik zirvəsinə yüksəlmiş jurnalistlərimizdir. Şəhid jurnalistlərimizi dərin hörmət və ehtiramla anır, hər birinə Allahdan rəhmət diləyirəm.
Onu da qeyd etməıiyik ki, məhz nümayiş olunan peşəkarlıq, fədakarlıq və çeviklik sayəsində dünya ictimaiyyətinə müharibə ilə əlaqədar, o cümlədən rəsmi Ermənistanın törətdiyi hərbi cinayətlər haqqında dolğun məlumatların çatdırılması mümkün olmuşdur. Təxminən iki il öncə öz peşə vəzifələrinin icrası zamanı Kəlbəcər rayonu ərazisində iki jurnalistin minaya düşərək həlak olması faktı isə beynəlxalq jurnalistlər birliyinin sərt reaksiyasına səbəb olmuşdur. Bu günə qədər fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqlənmişlər. Hazırda Azərbaycanda fəaliyyət göstərən bütün kütləvi informasiya vasitələri böyük Qələbədən sonra cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olmuş ərazilərdə aparılan geniş miqyaslı bərpa-quruculuq işləri barəsində ictimaiyyətin məlumatlandırılması, qələbədən sonra ölkədə vətənpərvərlik ruhunun daha geniş təbliğ olunması istiqamətində yorulmadan çalışırlar.
"Bu gün Azərbaycan mətbuatı fəaliyyətində Zərdabinin "hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun" sözlərini unutmadan onun mənəvi mirasını gələcək nəsillərə uğurla ötürür. Milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbəşəri dəyərlərin təbliğindəki fəaliyyətində bütün mətbuat nümayəndələrini təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayıram" ,- deyə Millət vəkili Tamam Cəfərova belə deyib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1128   Tarix: 22 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Dönər həvəskarlarına PİS XƏBƏR

Son dövrlərdə dönərin qiymətində artım müşahidə olunur. Dönərçilərin bildirdiyinə görə, əsas səbəblərdən biri toyuq ətinin alış qiymətinin əvvəlki dövrlə müqayisədə təxminən 25 faiz bahalaşmasıdır. Maraqlıdır ki, mal ətinin qiymətindəki artımdan sonra toyuq ətinin də bahalaşması istehlakçılarda sua

4 oktyabr
.

Bu ərazilərə yağış yağıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağış yağıb. Düşən yağıntının miqdarı Astarada 7, Cəlilabad, Lənkəran, Lerikdə 5

6 oktyabr
.

Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi

Zəngəzurun Şəki kəndində saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayev insidentdən sonrakı gecə Sisyan xəstəxanasından İrəvandakı tibb mərkəzlərindən birinə aparılıb. "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə nəşrə mənbələr məlumat verib. Müvafiq dövlət qurumları isə Azərbayca

5 oktyabr
.

Gürcüstanda 35 yaşlı azərbaycanlı qətlə yetirildi

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Qardabani rayonunda 35 yaşlı həmvətənimiz qətlə yetirilib. "Qafqazinfo" yerli mediaya istinadən xəbər verir ki, hadisə dünən rayonun Nəzərli kəndində qeydə alınıb. 35 yaşlı Araz Yusubov soyuq silahla öldürülüb. Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatın

5 oktyabr
.

"Bu o deməkdir ki, biz öz işimizi başa düşməmişik"

"Bu gün bizim məktəbimizin ən vacib müzakirə mövzusu şagirdlərimizin öyrənib-öyrənməməsidir. Şagirdlər öyrənirsə, deməli, hər şey yaxşıdır". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda çıxışı zamanı bildirib

5 oktyabr
.

Apteklərdə yerli dərman dövrü başlayır? - İstehsalda kəskin artım

Azərbaycanda dərman istehsalında nəzərəçarpacaq artım qeydə alınıb. 2026-cı ilin yanvar-avqust aylarında ölkədə 25.7 milyon manatlıq əczaçılıq məhsulu istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 48.4 faiz çoxdur. İstehsalın əsas hissəsini dərman preparatları təşkil edib - səkkiz ayd

4 oktyabr
.

Sabah yağış yağacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 6-da fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Gecə və səhər bəzi yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperatur

5 oktyabr
.

Kimlərin kredit borcu SİLİNƏ BİLƏR? - Ekspertdən AÇIQLAMA

Kredit borcunun silinməsi ilə bağlı müxtəlif hallar mövcud olsa da, borcalanın sadəcə maddi çətinlik yaşaması borcun avtomatik olaraq ləğv edilməsi üçün əsas sayılmır. Borcalanın vəfat etməsi, kreditin sığortalanması, bankın borcu bağışlaması, dövlət tərəfindən xüsusi qərarın qəbul edilməsi, iddia müddətini

5 oktyabr
.

Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırıb

Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırıb. -a istinadən xəbər verir ki, hadisə rayon ərazisində baş verib. Rayon sakini olan 17 yaşlı yeniyetmə 14 yaşlı qızı evlənmək məqsədi ilə qaçırıb. Oktyabrın 1-də bu barədə Sabirabad Rayon Polis Şöbəsinə məlumat daxil olub. Daxil olan müraciət üzrə onla

6 oktyabr