Ağdamda tikinti-söküntü tullantılarının təkrar emalına başlanılıb - FOTO

Ağdamda tikinti-söküntü tullantılarının təkrar emalına başlanılıb - FOTOİşğaldan azad edilmiş ərazilərin bərpasında yaşıl iqtisadiyyat prinsiplərinin tətbiqi məqsədilə özəl sektorla birlikdə tikinti-söküntü tullantılarının təkrar emalı layihəsinə başlanılıb.

Sonxeber.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Faiq Mütəllimov bildirib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə dövri iqtisadiyyatın təmin edilməsi və təbii sərvətlərdən səmərəli istifadə olunması ilə bağlı qarşıya qoyulan hədəflərə uyğun olaraq, Ağdam rayonunun Kəngərli kəndinin bərpa və yenidənqurulması zamanı yaranan tikinti-söküntü tullantılarının təkrar emalına başlanılıb.

O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri nəticəsində tikinti və söküntü tullantılarının sayı xeyli artıb: "Təşəbbüs ilk növbədə Ağdam rayonunda yaranan tikinti və söküntü tullantılarının ətraf mühitə təsirini əhəmiyyətli dərəcədə azaltmağa kömək edəcək. Bu materiallar poliqona atılmaq əvəzinə, təbii ehtiyatları qoruyaraq və çirklənməni minimuma endirməklə təkrar emal ediləcək və yenidən bu ərazilərdə aparılan bərpa işlərində istifadəyə veriləcək. Layihənin məqsədi tullantıların dayanıqlı şəkildə idarə olunmasını təmin etməkdir".

O, həmçinin bildirib ki, layihə dövlət və özəl sektor təşkilatları arasında birgə səydir: "Bu, strateji cəhətdən Ağdam rayonunda təkrar emal müəssisələrinin yaradılmasını nəzərdə tutur. Bu qurğular müxtəlif tikinti və söküntü tullantılarını emal etmək qabiliyyətinə malik olacaq. Bundan əlavə, layihə regionda yerli iqtisadiyyata da təkan verəcək. Davamlı təcrübələri təşviq etməklə biz ümid edirik ki, bu digər regionlar üçün də nümunə olacaq".

F.Mütəllimov xatırladıb ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən BMT-nin Ətraf Mühit Proqramının ekspertlərinin iştirakı ilə Şuşa şəhəri və Ağdam rayonu ərazisindəki dağıntılardan götürülmüş nümunələrin laborator təhlilləri aparılıb və bu tullantıların təkrar emal edilərək tikintidə istifadəyə yararlı olduğu müəyyən olunub.

Qeyd edək ki, Ağdam rayonunun bərpası nəzərdə tutulan digər kəndlərində də bu layihənin davam etdirilməsi planlaşdırılır. Növbəti mərhələdə bu fəaliyyətin genişləndirilərək işğaldan azad edilmiş digər ərazilərdə də tətbiqi ilə bağlı tədbirlər görülür.

Ağdamda tikinti-söküntü tullantılarının təkrar emalına başlanılıb - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 928   Tarix: 22 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Dönər həvəskarlarına PİS XƏBƏR

Son dövrlərdə dönərin qiymətində artım müşahidə olunur. Dönərçilərin bildirdiyinə görə, əsas səbəblərdən biri toyuq ətinin alış qiymətinin əvvəlki dövrlə müqayisədə təxminən 25 faiz bahalaşmasıdır. Maraqlıdır ki, mal ətinin qiymətindəki artımdan sonra toyuq ətinin də bahalaşması istehlakçılarda sua

4 oktyabr
.

Bu ərazilərə yağış yağıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağış yağıb. Düşən yağıntının miqdarı Astarada 7, Cəlilabad, Lənkəran, Lerikdə 5

6 oktyabr
.

Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi

Zəngəzurun Şəki kəndində saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayev insidentdən sonrakı gecə Sisyan xəstəxanasından İrəvandakı tibb mərkəzlərindən birinə aparılıb. "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə nəşrə mənbələr məlumat verib. Müvafiq dövlət qurumları isə Azərbayca

5 oktyabr
.

Gürcüstanda 35 yaşlı azərbaycanlı qətlə yetirildi

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Qardabani rayonunda 35 yaşlı həmvətənimiz qətlə yetirilib. "Qafqazinfo" yerli mediaya istinadən xəbər verir ki, hadisə dünən rayonun Nəzərli kəndində qeydə alınıb. 35 yaşlı Araz Yusubov soyuq silahla öldürülüb. Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatın

5 oktyabr
.

"Bu o deməkdir ki, biz öz işimizi başa düşməmişik"

"Bu gün bizim məktəbimizin ən vacib müzakirə mövzusu şagirdlərimizin öyrənib-öyrənməməsidir. Şagirdlər öyrənirsə, deməli, hər şey yaxşıdır". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda çıxışı zamanı bildirib

5 oktyabr
.

Apteklərdə yerli dərman dövrü başlayır? - İstehsalda kəskin artım

Azərbaycanda dərman istehsalında nəzərəçarpacaq artım qeydə alınıb. 2026-cı ilin yanvar-avqust aylarında ölkədə 25.7 milyon manatlıq əczaçılıq məhsulu istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 48.4 faiz çoxdur. İstehsalın əsas hissəsini dərman preparatları təşkil edib - səkkiz ayd

4 oktyabr
.

Sabah yağış yağacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 6-da fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Gecə və səhər bəzi yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperatur

5 oktyabr
.

Kimlərin kredit borcu SİLİNƏ BİLƏR? - Ekspertdən AÇIQLAMA

Kredit borcunun silinməsi ilə bağlı müxtəlif hallar mövcud olsa da, borcalanın sadəcə maddi çətinlik yaşaması borcun avtomatik olaraq ləğv edilməsi üçün əsas sayılmır. Borcalanın vəfat etməsi, kreditin sığortalanması, bankın borcu bağışlaması, dövlət tərəfindən xüsusi qərarın qəbul edilməsi, iddia müddətini

5 oktyabr
.

Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırıb

Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırıb. -a istinadən xəbər verir ki, hadisə rayon ərazisində baş verib. Rayon sakini olan 17 yaşlı yeniyetmə 14 yaşlı qızı evlənmək məqsədi ilə qaçırıb. Oktyabrın 1-də bu barədə Sabirabad Rayon Polis Şöbəsinə məlumat daxil olub. Daxil olan müraciət üzrə onla

6 oktyabr