Əmlak sektorunun inkişafına mane olan qüvvələr

Əmlak sektorunun inkişafına mane olan qüvvələrQanunsuz qeyri-yaşayış təyinatlı tikililərin qeydiyyatı, sənədləşdirilməsi ilə bağlı yeni prosesə start verilir. Artıq minlərlə sahibkar öz əmlakları üzərində mülkiyyət hüququ qazanmaq imkanı əldə edəcəklər.

Azərbaycanda şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə tam cavab verməyən çoxsaylı qeyri-yaşayış təyinatlı tikililər mövcuddur. Hazırda onların üzərində mülkiyyət hüquqlarının tanınması, iqtisadi dövriyyəyə cəlbi çətinləşib. Bu problemlərin aradan qaldırılması məqsədi ilə Prezident İlham Əliyev tərəfindən "Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərman imzalanıb.

"Kaspi" qəzeti mövzu ilə bağlı araşdırma aparıb.

Əmlak qeydiyyatında yeni mərhələ

Fərman 2023-cü il iyunun 1-dək inşa edilən qeyri-yaşayış sahələrini əhatə edir, daşınmaz əmlakın qeydiyyatı sahəsində amnistiya xarakteri daşıyır. "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini Elşad Məmmədov mediaya bildirib ki, bu Fərman ilk növbədə sahibkarlara mülkiyyət hüquqlarını tanıtmaq imkanı verir. Onun sözlərinə görə, Fərman qeyd edilən tikililərin təhlükəsizlik qaydasına uyğunluğu yoxlanılmadan, istismara yararlı olub-olmamasına baxılmadan birbaşa amnistiyasını deyil, onların islah olunaraq problemlərinin aradan qaldırılmasını təmin edəcək. Dövlət orqanları tərəfindən bir-bir, addım-addım müvafiq problemlər aradan qaldırılaraq, o obyektlərin iqtisadiyyata qazandırılması həyata keçiriləcək.

Torpaqların təyinatı dəyişdiriləcək

E.Məmmədov deyib ki, tikinti işi aparılmasına icazə verilməyən ərazilərdə vaxtilə inşa olunmuş, yaxud, qanuni prosedurlar icra edilmədən tikilmiş qeyri-yaşayış obyektlərinin sahibləri birbaşa Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq regional idarələrinə müraciət edəcəklər: "Vətəndaşın hansısa əlavə quruma müraciət etməsinə, arayış alıb digər quruma təqdim etməsinə ehtiyac qalmayacaq. FHN də vətəndaşın müraciəti əsasında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edəcək. Orada torpaq, yer quruluşu işləri aparılaraq bütün məsələlər aydınlaşdırılacaq. Obyektin mühafizə zolağına düşüb-düşməməsi və digər amillər nəzərə alınmaqla, mümkün hallarda torpağın təyinatının dəyişdirilməsi üçün Nazirlər Kabineti qarşısında vəsatət qaldırılacaq. Əgər torpaq mülkiyyətdə deyilsə və ya öz mülkiyyətində olan torpağı aşaraq qonşunun bələdiyyə torpağından istifadə edilibsə, hərracdankənar qaydada sürətli şəkildə həmin sahibkarların icarəsinə veriləcək, yaxud özəlləşdiriləcək. Əkin və örüş təyinatlı torpaqlarda, xüsusən Abşeron ərazisində yüzlərlə, minlərlə yaşayış və qeyri-yaşayış obyekti tikilibsə, müraciət əsasında onların təyinatı dəyişdirilərək sənədləşdirilməsinə imkan tanınacaq. Təhlükəli mühafizə zolaqlarında olan qeyri-yaşayış sahələri yenə də sənədləşdirilməyəcək. Bu, mümkün ola bilməz və çox təhlükəli tendensiyaya səbəb ola bilər".

Əmlak sahiblərinin mülkiyyət hüquqları tanınacaq

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev vurğulayıb ki, Azərbaycanda, xüsusən Bakıda çıxarış ala bilməyən yüz minlərlə fərdi həyət evləri, torpaq sahələri, on minlərlə qeyri-yaşayış obyektləri var. Onun sözlərinə görə, bu çıxarışsız əmlakların böyük hissəsi sovetlər dövründən qalıb: "Qeyri-yaşayış obyektlərinə çıxarışların verilməsi ilə bağlı imzalanmış Fərman təbii ki, həmin əmlak sahiblərinin mülkiyyət hüquqlarının tanınmasına gətirib çıxaracaq. Həmin şəxslərə çıxarışların verilməsi onu deməyə əsas verir ki, artıq vətəndaşın mülkiyyət hüququ tanınır və o, kapital olaraq dəyərləndirilir. Bu gün həmin əmlakların satış dəyəri çox aşağıdır. Lakin çıxarış olduğu zaman əmlak sahibi onu bank vasitəsilə sata, girov qoyub pul götürə bilər. Yaxud, həmin obyektləri icarəyə verərkən çıxarış olduğuna görə rəsmi notarial formada icarə müqaviləsi bağlayıb dövlətə vergi ödəyəcək".

Ekspert deyib ki, çıxarış olmadığı zaman, həmin obyektlərin notarial icarə müqaviləsi bağlanıla bilmir və dövlətə vergi ödənilmir: "Çıxarış olmadığına görə, bu əmlaklar bələdiyyə və əmlak vergisinə də cəlb olunmurlar. Ən nəhayət, hansısa formada satılanda da, çıxarışı olmadığı üçün dövlətə vergi ödənilmir. Mövcud durumdan itirən tərəf tək əmlak sahibləri yox, həm də dövlətdir. Qeydiyyatsız əmlaklarla bağlı dəfələrlə qərarlar qəbul edilib, tapşırıqlar verilib. Amma bu zamana qədər ciddi addım atılmayıb. Əksər hallarda bu qərarlar kağız üzərində qalıb. Yaxud, çox kiçik sayda əmlak çıxarışla təmin olunub".

Əmlak sektorunun inkişafına mane olan qüvvələr

E.Fərzəliyev söyləyib ki, sovetlər dövründən qalan çıxarışsız həyət evləri olan ərazilər əsasən Bakının Yasamal, Nəsimi rayonları, Abşeron ərazisindədir. Bu ərazilər nə əkin, neftçıxarma sahələri, nə də digər xüsusi kateqoriyaya aid deyil: "Sırf yaşayış məntəqələri olsa da, oradakı əmlaklar indiyə qədər çıxarışla təmin olunmayıb. Bəzi tikinti normativləri pozulsa da, faktiki vətəndaşlar orada bir neçə onilliklərdir yaşayır. Onların çıxarışının olmaması səbəbindən dövlət büdcəsi də böyük itkilərə məruz qalır. Ümumən, tikinti ilə əlaqədar yeni qaydalar hazırlanmalıdır. Bu gün biz çıxarışsız əmlaklardan danışırıq. Paytaxtın hansısa bir hissəsində qadağan olunmuş ərazilərdə, digər təyinatlı torpaqlarda faktiki olaraq yenə də tikinti işləri gedir. Bu vəziyyətdə vətəndaş haqlı tərəfdir. Bələdiyyə sənədi, yaxud, hansısa dövlət qurumunun verdiyi rəsmi sənəd əsasında torpaq alıb, üzərində hansısa əmlak tikir. Bu gün həmin ərazilərə çıxarışların verilməməsi, təyinatın fərqli olması və s. bu kimi bəhanələrin bildirilməsi vətəndaşların günahı deyil. Təəssüf ki, Azərbaycanda əmlak sahəsinin inkişafına mane olan hansısa qüvvələr var. Bu da son nəticədə vətəndaşların mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 912   Tarix: 23 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qar, 10° şaxta... - Sabahın havası

Fevralın 26-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə havanın çiskinli olacağı ehtimal

25 fevral
.

Xocalı soyqırımından 34 il ötür

Bu gün Xocalıda törədilən dəhşətli soyqırımından 34 il ötür. xatırladır ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş SSRİ ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum ediblər. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkə

26 fevral
.

"İdrak"da şagirdi tərəfindən güllələnən müəllimə liseydə işinə qayıdıb?

Bakıda "İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllimə Şəhla Kamilovanın müalicəsi ev şəraitində davam etdirilir. -a istinadən xəbər verir ki, müəllimənin vəziyyəti yaxşı olaraq qiymətləndirilir. Lakin, o, hələ "İdrak" liseyindəki işinə geri dönməyib. Xatırladaq ki, fevralı

24 fevral
.

Trampın oğlu ilə eyni universitetdə oxuyacaq azərbaycanlı: "Kənddən Çinə getmək asan deyil"

Dünyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan NYU Şanxay Universitetinə illik təxminən 82 min ABŞ dolları dəyərində təhsil paketindən 72 min dollar təqaüd qazanan ilk azərbaycanlı - Pirəkəşkül kənd tam orta məktəbinin şagirdi Nilufər Şükürova -la təəssüratını bölüşüb. Nilufər Şükürova bildiri

24 fevral
.

26 yaşlı qadın 15 gündür itkindir - Foto

Cəlilabadda 26 yaşlı qadın itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, rayon sakini Mətanət Hüseynova fevralın 9-da rayonun Sərhədabad kəndində yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib. O bir daha geri qayıtmayıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Lənkəran regional qrupunda

24 fevral
.

İmsak vaxtı azan oxunarkən su içmək orucu pozur?

Ramazan ayında sahur oruca hazırlığın əsas mərhələsi hesab olunur. İmsak vaxtına yaxın azanın oxunması orucun başlama anını göstərir. Bu vaxt su içməyin caiz olub-olmaması ilə bağlı suallar tez-tez səslənir. Qaynarinfo mənbələrə istinadən xəbər verir ki, azan imsak vaxtının daxil olduğunu xəbər verir

24 fevral
.

Ramazanın 8-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 8-ci günüdür. xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda imsak saat 05:55-də, iftar isə saat 18:42-dədir. Ramazan ayının 8-ci gününün duası:. "Allahummərzuqni fihi rəhmətəl-əytami və it-amət-təami. Və ifşa əs-səlami və söhbətəl-kiram

25 fevral
.

Möhbalıyevin restoranının pullarını kazinoda uduzdu

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən "Batabat" restoranının Aqil adlı icraçı direktoru sözügedən obyektin pullarını kazinoda uduzub. xəbər verir ki, bu barədə "Qaynarinfo" məlumat yayıb. Restoran sahibinin bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyi bildirilir

24 fevral
.

Azərbaycanda universitet 1 500 qurbağa alır

Azərbaycan Tibb Universiteti (ATU) 1 500 qurbağa və 60 dövşan almağı planlaşdırır. -ın məlumatına görə, heyvanlar universitet laboratoriyaları üçün alınacaq. ATU bunun müqabilində 8 985 manat ödəməyi planlaşdırır

24 fevral