Prezident İlham Əliyev Misir Prezidentini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisini təbrik edib.
Sonxeber.az xəbər verir ki, təbrik məktubunda deyilir:
"Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Xalqlarımızı ənənəvi dostluq münasibətləri birləşdirir. Bu gün bu xoş ənənələr üzərində qurulan dövlətlərarası əlaqələrimiz müvəffəqiyyətlə inkişaf etməkdədir. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Misir arasında dostluq və əməkdaşlıq münasibətləri birgə səylərimizlə bundan sonra da genişlənəcək və möhkəmlənəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Misir xalqına daim əmin-amanlıq və rifah diləyirəm"
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 536 Tarix: 23 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb
Prezident İlham Əliyev dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb. -a istinadən xəbər verir ki, Fərmana əsasən "Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi" publik hüquqi şəxsin əsasında Azərbayca
25 iyunPrezident İlham Əliyevdən şəhid hərbçilərlə bağlı SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, Sərəncam
25 iyunAzov dənizində həlak olan iki soydaşımızın nəşi TAPILDI
İyun 5-i tarixində Azov dənizində dron hücumları nəticəsində zərər görmüş gəmilərin heyət üzvləri olan 19 nəfər Azərbaycan vətəndaşı ölkəmizə yola salınıb və onların 9 iyun tarixində günorta radələrində ölkəmizə çatmaları gözlənilir. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirili
9 iyunBu institut ləğv edilir
"Bakımənzilkommunlayihə" Layihə İnstitutu ləğv ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. "Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakımənzilkommunlayihə" Layihə İnstitutunun ləğv edilməsi ilə bağlı zəruri tədbirlə
10 iyun"Türk xalqlarının birliyi ideyası əsrlər boyu formalaşıb" - DEPUTAT
"Birinci Türkoloji Qurultay ilk dəfə 1926-cı ildə Bakıda keçirilib. 100 il sonra keçirilməsi təşəbbüsü Prezident İlham Əliyev tərəfindən 2025-ci il oktyabrın 6-7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə Görüşündə irəli sürülüb", - bunları -a danışa
30 iyun