Şuşa Qlobal Media Forumu işini başa vurub
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində "Heydər Əliyev İli" çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü münasibətilə təşkil edilən "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" Qlobal Forumu yekunlaşıb.
"Report" xəbər verir ki, üç gün davam edən forumda yerli və xarici media nümayəndələri, eyni zamanda, ekspertlər iştirak ediblər.
Forum ərzində "Medianın gələcəyi: Rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər və medianın rolu", "Mediada investisiya və istehlak tendensiyaları", "Təhlükəsizlik məsələləri" adlı sessiyalar keçirildi, iştirakçılar və çıxışçılar arasında interaktiv müzakirələr aparılıb.
Həmçinin Qlobal Forum çərçivəsində bəzi "side-event"lər (paralel tədbirlər), sərgi və təlimlər də keçirilib.
Qeyd edək ki, Şuşa Qlobal Media Forumuna 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Haradan haraya: İndi bütün dünya bu uşağı tanıyır
Tək vasitə ilə aylarla təzə qalacaq: Kartof xərclərinə son qoyan sirr
Azərbaycanda toyda bu adət DƏYİŞDİ - VİDEO
Zaurun əməkdar artistlə illər öncəki VİDEOsu müzakirə yaratdı
Qatıq yeməyin də saatı varmış: Faydası qat-qat artır
Tramp: "İran bu gün bizə çox dəyərli bir hədiyyə verdi"
Sevgilisini başından güllələyib ÖLDÜRDÜ
Dünyanın ən zəngin qızıl yatağı tapıldı: Dəyəri 83 milyard dollardır
Sabah yağış yağacaq, şimşək çaxacaq
Safura Bakıdakı möhtəşəm villasını göstərdi - FOTO
Kim Çen In ölkəsinin "ən böyük düşməni"nin adını AÇIQLADI
Daha 7 məşhur SAXLANILDI: Hande Erçel, Sabancılar...
Niyə şənbə günləri təmizlik, bazar günləri istirahət edirik? - MARAQLI FAKTLAR
Yağıntılı hava martın 27-də GÜCLƏNƏCƏK
Ronaldo ilə evlənmək üçün imzalatdırdığı müqavilənin şərtləri inanılası kimi deyil